İKT-nin inkişafı!
16.08.2023 [11:10]
Dövrümüzün əsas tələblərindən biri...
Yeganə BAYRAMOVA
Dinamik, sürətlə inkişaf edən yüksək texnologiyalar əsrində yaşayırıq. Hazırda bütün dünyada informasiya-kommunikasiya texnologiyaları (İKT) insanların həyat tərzinə çevrilib. İKT cəmiyyətin fəaliyyətinə və dünya iqtisadiyyatının artımına kömək edir. Ona görə də onların səmərəli istifadəsi bu gün dünyanın müxtəlif ölkələrinin qarşısında duran əsas vəzifələr sırasındadır. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin yaratdığı üstünlüklərdən yüksək səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar.
Hazırda Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan İKT sahəsi inkişaf səviyyəsinə görə fərqlənir. Ölkəmizdə bu sahənin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Dövlət tərəfindən müasir texnologiyaların tətbiqinin təkmilləşdirilməsi, daha informativ cəmiyyətin qurulması üçün daimi islahatların aparıldığını görürük.
Azərbaycanda aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar sayəsində ictimai həyatın iqtisadi və sosial-siyasi sahələrində dinamik inkişafa nail olunub. Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət olunan bu inkişaf respublikanın beynəlxalq nüfuzunu, müdafiə qüdrətini, iqtisadi potensialını artırıb. Dövrümüzdə İKT-nin təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edib. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. İndi cəmiyyətimizi İKT sahəsində mühüm yenilik olan internetsiz təsəvvür etmək qeyri-mümkündür.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin icraçı direktoru Fərid Kazımov İKT-ni cəmiyyətin inkişafında əsas amil hesab edir. Onun sözlərinə görə, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin verdiyi üstünlüklərdən faydalanırlar: “Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. Dünya təcrübəsi göstərir ki, İKT dən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir. Məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması üçün tutarlı vasitələrdəndir”.
F.Kazımov qeyd edib ki, son illər Azərbaycanda İKT-dən istifadə sahəsində müəyyən addımlar atılıb: “Bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Pandemiya ilə mübarizədə bizim köməyimizə gələn vasitələr sırasında yenə də İKT ilk yerlərdən birində qərarlaşır. Təsəvvür edin ki, sosial məsafənin qorunması tələb olunduğu bir şəraitdə ölkənin internet imkanları zəif olsaydı, yaxud heç olmasaydı, nə baş verərdi? Həyat iflic olardı. Hətta burada bir müsbət məqamı da demək istəyirəm ki, pandemiya insanları İKT biliklərini və vərdişlərini artırmağa sövq etdi. Beləliklə, insanlar innovasiyaya daha da yaxınlaşdılar”.
Ekspertin qənaətincə, informasiya texnologiyaları tək özü inkişaf etmir, yalnız insanlara kömək olmur, eyni zamanda, digər sferalara da təsir edir: “İnformasiyanın əldə olunması, informasiya azadlığı, məlumatların maneəsiz olaraq yayılması imkanları ölkəmizdə yüksək səviyyədə təmin olunur. Müvafiq hüquq və azadlıqlara konstitutsion dəyər kimi hörmət edilir. Ölkədə informasiya, internet azadlığının təmin olunması ilə bağlı çox mühüm işlər həyata keçirilir. Bu gün Azərbaycan vətəndaşları belə imkanlara malik olduqları üçün məmnundurlar. Son zamanlar kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ilə bağlı yeni ixtisaslar açılıb. Çoxlu sayda gənclər bu istiqamətlərdə ali məktəblərə qəbul olunur, həmin peşələrə yiyələnirlər. Əmək bazarının özündə də bu kadrlara çox böyük ehtiyac var. Bu gün Azərbaycanda ən çox tələb olunan ixtisaslar proqramçılar, kompüter mühəndisləri, informasiya təhlükəsizliyi mütəxəssisləridir.
Ona görə də Azərbaycan təhsili, elmi bu reallıqları məsuliyyətlə anlayır və bütün fəaliyyətini dünyanın bu çağırışlarına, cənab Prezidentin qərarlarının icrasına yönəldir. Sevindirici haldır ki, Azərbaycan bu sahədə dünyada yüksək qiymətləndirilən ölkələrdən biridir. Ölkəmizdə dünyanın qabaqcıl texnologiyalarının transferi, bu sahədə fəaliyyət göstərən nəhəng transmilli şirkətlərin maraqlarının təmin olunması ilə bağlı mərkəz formalaşıb. Həmin mərkəzin yaradılmasında məqsəd ondan ibarətdir ki, Azərbaycanda süni intellekt texnologiyaları tətbiq olunmaqla dövlət orqanlarının fəaliyyətində keyfiyyət və məhsuldarlıq artırılsın”.
F.Kazımov vurğulayıb ki, bu gün İKT sahəsində əsas məqsəd beynəlxalq standartlara cavab verəcək inkişafa nail olmaqdır: “Bu, özündə İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsini ehtiva edir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28

