Dünya azərbaycanlılarını birləşdirən dəyər!
13.09.2023 [11:30]
Yeganə BAYRAMOVA
Son dövrlər diaspor və lobbiçilik fəaliyyəti aktuallığını daha da artırır və qarşıya qoyulan əsas hədəflər sırasına daxil olur.
Müasir dünyada diaspor təşkilatlarının formalaşdırılması və fəaliyyətlərinin genişləndirilməsi istənilən ölkənin prioritet məsələləri sırasındadır. Əlbəttə ki, bu sırada Azərbaycan da istisna deyil. Dünyanın çox sayda ölkələrində məskunlaşan soydaşlarımızın təşkilatlandırılması istiqamətində ciddi addımlar atılır.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili bildirib ki, beynəlxalq münasibətlər sistemində hər bir dövlətin öz yerini və rolunu dövlət maraqları çərçivəsində müəyyən etməsi üçün bir sıra şərtlər var. Onun sözlərinə görə, son illər Azərbaycanın diaspor və lobbiçilik fəaliyyətində bəzi dəyişikliklər baş verib: “Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın bir arada cəmləşməsinə nail olub. Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün mühüm işlər görülür. Əgər bu gün diaspor quruculuğu lazımi səviyyədə həyata keçirilməsəydi, xalqımıza qarşı olan soyqırımlar, barədə məlumatları beynəlxalq səviyyədə təbliğ edə bilməzdik. Hesab edirəm ki, ciddi nəticələr əldə etmişik və gələcək illərdə də bu sahədə olan problemləri həll edə biləcəyik. Yaşadığı ölkədən asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizin milli maraqlarını üstün tutmalı, Vətənin inkişafı naminə bacardığını etməlidir”.
T.Allahverdili Azərbaycanın müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə uğurlar qazandığını qeyd edib. Bunlardan biri də azərbaycanlıların xüsusilə kompakt yaşadığı bütün dövlətlərdə diaspor fəaliyyətinin qurulması və onların koordinasiya olunmasıdır: “Eyni zamanda, dünyanın aparıcı ölkələrində, Rusiya, Türkiyə, eləcə də ABŞ-da Azərbaycan dövlətinin maraqları prizmasından lobbiçilik fəaliyyəti göstərə biləcək qurumlar və şəxslərlə milli maraqlarımıza birgə xidmət edə biləcəyimiz qarşılıqlı əlaqələr formalaşdırılıb. Hesab edirəm ki, ötən 30 ildə dünya azərbaycanlılarının səylərinin birləşdirilməsi istiqamətində əsaslı işlər həyata keçirilib. Dünya azərbaycanlıları ilin bütün günlərində Azərbaycan maraqlarının təminatına çalışmalı və hazırki gərgin dönəmdə dünyadakı nüfuzunun qorunması baxımından güclərini daha da birləşdirməlidirlər”.
Mərkəz sədri qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq, biz Azərbaycan dövlətinin maraqlarının təmin olunmasına, diaspor və lobbiçilik fəaliyyətinin uğurlu icrasına nail olmuşuq: “Azərbaycan regionun, eləcə də dünyanın nüfuzlu və əhəmiyyətli dövlətlərindən birinə çevrilib. Bu gün Cənubi Qafqazda Azərbaycan dövlətinin maraqlarını və istəklərini nəzərə almadan hansısa layihəni nəinki həyata keçirmək, hətta planlaşdırmaq belə olmaz. Azərbaycanın təmin olunmuş hüquqlarının qorunması və bir daha pozulmaması üçün kənar müdaxilələri vaxtında aşkar edib qarşısını ala bilmək üçün bundan sonra da dünya azərbaycanlıları arasında əlaqələr daha sıx şəkildə koordinasiya olunmalıdır”.
T.Allahverdilinin sözlərinə görə, Azərbaycan diasporunun rolunu 44 günlük müharibə dönəmində də, torpaqlarımızın işğaldan azad olunduğu vaxt da müşahidə etmiş olduq: “Dünyanın bir çox ölkələrində, xüsusilə həmin ölkələrin səfirlikləri qarşısında Azərbaycan əleyhinə aksiya keçirən erməni təşkilatlanmasının da qarşısına məhz Azərbaycan diasporu çıxdı, onlarla mübarizə apardı, onları yerindəcə susdurdular. Beləliklə, diasporumuz bizim haqlı tərəf olduğumuzu bütün dünyaya bəyan etdi. Ölkə rəhbərinin dövlətimizin diaspor quruculuğuna, lobbiçilik fəaliyyətinə hansı səbəbə görə önəm verdiyini və qayğı ilə yanaşdığını hər kəs çox yaxşı başa düşür. Eyni zamanda onu da başa düşürük ki, qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində qarşıya yeni vəzifələr qoymaqdadır. Bilirik ki, hazırda diaspor anlayışının beynəlxalq münasibətlərin vacib elementinə çevrilməsi də təsadüfi deyil, qarşıya qoyulan həmin yeni vəzifələrdən irəli gəlir. Xüsusən də xalqlar arasında sürətli inteqrasiya prosesləri getdiyi zamanda diaspor təşkilatlarının beynəlxalq siyasətdə rolunu etiraf etməmək mümkün deyil. Çünki məhz diaspor təşkilatlarının rolunun artması onların genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib. Deməli, getdikcə diaspor quruculuğunun, lobbiçiliyin və həmrəyliyimizin daha da gücləndirilməsi öz aktuallığını qoruyur və prioritet olaraq qalır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

