Ağqoyunlu dövlətinin tariximizdəki yeri...
30.09.2023 [11:27]
“Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılır
Günel ABBAS
Tarixi abidələrimizin, adət-ənənələrimizin təbliği gənclərdə vətənpərvərlik ruhunun artırılması, tariximizin gələcək nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir. Bu baxımdan Heydər Əliyev Mərkəzində noyabrın 1-də açılması nəzərdə tutulan “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisini qeyd etmək yerinə düşər. Sərgidəki eksponatlar vasitəsi ilə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin yaratdığı Ağqoyunlu dövlətinin xırda bəylikdən böyük imperiyaya qədər keçdiyi yolu, Azərbaycan dövlətçiliyi tarixindəki xüsusi yerini izləmək mümkün olacaq. Ziyarətçilər bir çox nadir eksponatlar, o cümlədən İstanbuldakı Harbiye Hərb Muzeyində saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələrlə tanışlıq imkanı qazanacaqlar. Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423-1478) anadan olmasının 600-cü ildönümüdür.
Tarixçi-alim Faiq Ələkbərli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycanın qədim dövlətçilik tarixi var və bunu təbliğ etmək bizim prioritet məsələlərimizdən biridir: “Bu mənada Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423-1478) anadan olmasının 600-cü ildönümü münasibətlə paytaxtımızda sərginin açılması tariximizin təbliğatı baxımından əhəmiyyətlidir. Azərbaycanda tarixən ərazi, iqlim, insan məskunlaşması yüksək səviyyədə olub. Bu baxımdam da ərazimiz ən qədim dövrlərdən bu yana tarixi dövlətçilik ənənəsinə malikdir. Dünyanın bir sıra qədim abidələri də bizim ölkədədir. Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi dövlətlər qədim idarəçilik tariximizdən xəbər verir.
Bu gün sevindirici haldır ki, tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği ilə bağlı vacib addımlar atılır. Məsələn, Heydər Əliyev Fondunun dəstəyi ilə muğam sənəti, aşıq sənəti UNES?O-nun Qeyri-Maddi, Mədəni İrsi siyahısına daxil edilib. Qeyd edim ki, xalqın formalaşmasında əsas rol oynayan element məhz milli mədəniyyətdir. O mədəniyyətin qorunub saxlanılması, beynəlxalq miqyasda təbliği çox önəmlidir. Bu gün dövlətçiliyimizi, milli ənənələrimizin təbliği ilə bağlı müxtəlif birliklər var. İstər qeyri-hökumət təşkilatları, istərsə də dövlət səviyyəsində, istər gənclərin özləri təbliğatla bağlı müəyyən layihələr həyata keçirirlər”.
Tarixi bilməsək...
Tarixçi-alim qeyd edib ki, hazırda bu istiqamətdə təbliğat işləri kifayət qədər uğurla davam edir: “Xalqın tarixinin öyrənilməsi çox önəmli məsələdir. Çünki tarixi bilmədən o xalqın keçmişinin nəyə, haraya bağlı olduğunu bilmək mümkün deyil. İnsan öz Vətənini gəzməsə, tarixi abidələri gözləri ilə görməsə, hər hansı bir əcnəbiyə bunu təbliğ edə, çatdıra bilməz. Fikrimcə, gənclərimiz Azərbaycanın tarixini, mədəniyyətini mükəmməl bilməlidir ki, təbliğat işləri də görə bilsinlər. Onu da qeyd etməliyəm ki, gənclər düşünürlər ki, tarix elə xronologiyadan ibarətdir. Tarix elmi sırf hadisələri qeydə almır. Tarix elmi xalqın milli kimliyinin formalaşması prosesinin nəzəri xronologiyasını öyrənir. Müəyyən mərhələlərlə müqayisəni aparır. Təbliğat sistemini düzgün qurmaq, insanlara onu çatdırmaq lazımdır. Təbliğatı da, qəliz anlaşılan terminlərlə yox, sadə insanların anlayacağı şəkildə aparmaq zəruridir. Gənclərimiz və hər birimiz dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği ilə bağlı əlimizdən nə gəlirsə etməliyik”.
Sərgi gənclərdə təsəvvür yaradacaq
F.Ələkbərli vurğulayıb ki, Ağqoyunlu hökmdarı Uzun Həsənlə bağlı sərginin açılmasının üstün cəhətlərindən biri də gənclərə tarixi hadisələrin baş verdiyi məkanlar haqqındda təsəvvür yaradaraq onlarda tarixə maraq oyandırmaqdır. Çünki sərgi təkcə eksponantların sərgilənməsindən ibarət olmayacaq. “Burada ekspozisiyalar təşkil olunacaq və “Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti” bölməsində ziyarətçilərə Sultan Uzun Həsənin yürütdüyü siyasət, Ağqoyunlu dövlətini kiçik bəylikdən böyük imperiyaya çevirməyə nail olmasından danışılacaq. Həmçinin sərgidə Uzun Həsən, onun oğlu və davamçısı Sultan Yaqubun zirehləri, XV əsr Azərbaycan cəngavərlərinə aid silahlar da nümayiş etdiriləcək. Fərdi kolleksiyada saxlanılan, Uzun Həsənin qılınc və xəncərinin XV əsr texnologiyaları ilə düzəldilmiş replikaları, həmçinin dövrün hərbi ləvazimatlarından olan oxçu üzükləri də sərgidə görmək imkanı yaranacaq. Məhz buna görə gənclərimizin həm növbəti ay baş tutacaq sərgidə, həm də ümumilikdə tarixi hadisələr və mədəniyyətimizlə bağlı olan tədbirlərdə iştirakı vacibdir. Bunu nəzərə alaraq belə tədbirlərin sayı da artırılmalıdır”, -deyə tarixçi alim vurğulayıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56

