44 gündə tarix yazan media qəhrəmanları
21.10.2023 [11:45]
Vətən müharibəsi jurnalistlərimizin peşəkarlıq xarakterini nümayiş etdirdi
İstər müharibə, istərsə də postmüharibə dövründə beynəlxalq mediaya nəzər yetirdikdə görürük ki, qalib Azərbaycanın haqlı, ədalətli və prinsipial mövqeyi dünya miqyasında geniş təbliğ edilir. Ən nüfuzlu nəşrlərdə Azərbaycan həqiqətlərinin təbliğ edildiyi, ermənilərin çirkin təbliğatının darmadağın olunduğu çox sayda informasiyaya və analitik materiallara rast gəlirik. Tanınmış ekspertlər, jurnalistlər Azərbaycan Prezidentinin fikirlərinə və faktlara istinad etməklə Vətən müharibəsi zamanı və postkonflikt mərhələsində cərəyan edən hadisələr və proseslərin mahiyyəti barədə geniş məqalələrlə bu gün də gündəmdədirlər.
Ümumilikdə, Azərbaycanın qlobal informasiya məkanında mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq ictimai rəyin ölkəmizin lehinə dəyişməsi yeni mərhələdə respublikamızın ardıcıl strateji nailiyyətlər qazanmasını təmin edən mühüm faktorlardan biri kimi çıxış edir.
Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlinin də dediyi kimi, 44 günlük Vətən müharibəsi jurnalistlərimizin peşəkarlıq və vətəndaşlıq xarakterini cəmiyyətə nümayiş etdirdi. Teleməkanımızda, mətbuatda, xəbər saytlarında fəaliyyət göstərən onlarla jurnalistimiz qeyrətli əsgərlərimizlə bir səngərdə oldu. Onlar Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Ali Baş Komandanın xarici jurnalistlərə verdiyi müsahibələri geniş təhlillərə cəlb etdilər. Xaricdə çalışan jurnalistlərimiz də çox iş gördülər.
Təbii ki, bu gün dünyada təbliğ etdiyimiz böyük Zəfərdə xüsusi yeri olan həm də səngərdə döyüşən Azərbaycan gəncləri idi. Prezident İlham Əliyevin: “Gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Şəhidlərimizin böyük əksəriyyəti gənclərimizdir. Gənclərimiz hərbi qələbələri şərtləndiriblər və Aprel döyüşləri şanlı tarixi qələbəmizdir” - sözlərini xatırlayaq.
Həqiqətən də gənclərimiz 2020-ci ilin Vətən müharibəsində də ordumuzun şəxsi heyətinin əksəriyyətini təşkil etməklə bu müqəddəs müharibədə böyük pay sahibi oldular. Gənc ərənlərimiz düşmən tapdağından azad olunan hər qarış torpaqda üçrəngli qələbə bayrağımızı müqəddəs yurd yerlərimizə sancaraq: “Qarabağ Azərbaycandır!” - dedilər.
Zəfər tələbələr arasında təbliğ olunur
Elə bu səbəbdən 44 gündə qazanılan zəfərin təbliği və bu qələbənin qazanılmasında böyük payı olan Vətən müharibəsi iştirakçıları ilə bağlı mütəmadi tədbirlər keçirilməkdədir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi də Zəfər gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirməkdədir.
Silsilə tədbirlər çərçivəsində oktyabrın 18-də Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. Fakültənin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev qonağı təqdim edərək görüşün əhəmiyyətini vurğulayıb.
“Media və siyasət” fənninin qonağı olan deputat 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tələbələrə mühazirə oxuyub. O, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənədin - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən, şanlı günün tarixindən danışıb. Elşad Mirbəşiroğlu qeyd edib ki, 44 günlük Vətən müharibəsi və birgünlük lokal antiterror tədbirlərindən sonra bu əlamətdar tarixi gün yeni əhəmiyyət kəsb edib.
Regionda baş verən hadisələrə diqqət çəkən qonaq bütün bu münaqişələr fonunda Azərbaycanın milli maraqlara söykənən uğurlu və dayanıqlı xarici siyasət həyata keçirdiyini vurğulayıb. Elşad Mirbəşiroğlu Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsi apardığını qeyd edərək, gənclərin, xüsusilə də tələbə-jurnalistlərin üzərinə böyük vəzifə düşdüyünü bildirib.
Fakültə rəhbərliyi və professor-müəllim heyətinin də iştirak etdiyi görüşün sonunda deputat tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Daha bir tədbir “44 Gündə tarix yazan media qəhrəmanları” mövzusunda keçirilib.
Jurnalistika fakültəsi Tələbə Elmi Cəmiyyəti (TEC) rəhbərliyinin təşkilatçılığı ilə “44 Gündə tarix yazan media qəhrəmanları” mövzusunda keçirilən elmi seminarın qonağı Vətən müharibəsi iştirakçıları Rəşad Baxşəliyev və Osman Hüseynov olub.
Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Jurnalistika fakültəsinin məzunu Rəşad Baxşəliyev Azərbaycan tarixinin şərəfli səhifələrindən, Vətən müharibəsinə xalqımızın qazandığı Zəfərin əhəmiyyətindən və ölkəmizin gələcəyi olan gənclərimizin vətənpərvər ruhda böyüməsinin zəruriliyindən danışıb.
Ardınca fakültənin digər məzunu Osman Hüseynova söz verilib. O, torpaqlarımızın azad edilməsi uğrunda aparılan əks-hücum əməliyyatlarında iştirakından və 44 günlük haqq savaşımızda vətənpərvər oğullarımızın igidliyindən söhbət açıb.
Tədbir Jurnalistika fakültəsinin müəllim və Tələbə Elmi Cəmiyyəti (TEC) üzvlərinin elmi məruzələri ilə davam edib.
Ə.İSMAYILOV
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21

