Azad sahibkarlığın inkişafı məqsədi ilə...
01.12.2023 [10:50]
“Fermerlərin dəstəklənməsi və dövlət-özəl sektoru əməkdaşlığı” adlı tədbir keçirilib
Ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində, milli ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının rolu danılmazdır. Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin genişlənməsi məhz ərzaq bolluğuna şərait yaradır. Bu baxımdan dövlət büdcəsinin imkanları çərçivəsində aqrar sahəyə yardım göstərilməsi bütövlükdə dövlətin strateji maraqlarının qorunmasına və aqrar sahədə ərzaq təhlükəsbizliyinin təmin edilməsinə, əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsinə xidmət edir.
Ölkə iqtisadiyyatında və əhalinin məşğulluğunda mühüm rolu olan aqrar sektorun inkişafı, azad sahibkarlığın inkişafı üçün dövlət mühüm tədbirlər görür. Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan olunub. Bu baxımdan aqrar sahənin inkişafı istiqamətində dövlət dəstəyi tədbirlərinin davam etdirməsi, aqrar-emal sahələrinin və bazar infrastrukturunun inkişaf etdirilməsi prioritet istiqamətlərdən hesab olunur.
Ötən gün “Fermerlərin dəstəklənməsi və dövlət-özəl sektoru əməkdaşlığı” adlı tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov, şirkətlər qrupunun icraçı direktoru Burak Dəniz, bölgələrdən dəvət olunmuş 150 fermer, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin və maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.
Panel formatında müzakirələrdə dövlət qurumlarının təmsilçiləri aqrar sektorda çalışanlara dövlət tərəfindən təqdim olunan dəstək və güzəştlər barədə ətraflı məlumat veriblər. Tədbir iştirakçıları yüksək rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalı üçün vacib olan amillərə toxunublar. Bazara çıxışı təmin etmək üçün lazım olan fəaliyyətləri, özəl sektorun bu sahədə rolunu müzakirə ediblər.
“Tarladan rəfə” strategiyası...
Tədbirdə şirkətlər qrupunun “Tarladan rəfə” strategiyasında ikiillik fəaliyyət nəticələr təqdim edilib. Qeyd edilib ki, məhsulların birbaşa tarladan mağaza rəflərinə gətirilməsi ilə bağlı 52 fermerlə başlanılan təşəbbüsün nəticəsi olaraq illər ərzində əməkdaşlıq edilən fermerlərin sayı bu il 190-ı keçib. Veysəloğlu Şirkətlər Qrupu bu ilin 11 ayı ərzində fermerlərdən 50 min tona yaxın kənd təsərrüfatı məhsulu alaraq “Araz” və “OBA” market şəbəkələrində təqdim etdiyi bildirilib.
“Dövlət-özəl sektoru əməkdaşlığı” panelində kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, istehlakçıların keyfiyyətli və uyğun qiymətə yerli məhsullarla təmin edilməsi müzakirə edilib. Bundan başqa, idxaldan asılılığı azaldaraq tədarük zəncirinin davamlılığının artırılması, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafının dəstəklənməsi kimi mövzulara toxunulub, təkliflər dinlənilib.
Tədbirdə fermerlər əməkdaşlıq təcrübəsini paylaşaraq bildiriblər ki, şirkətlər qrupunun qurduğu “soyuq zəncir” nəticəsində onların məhsullarını satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlmələrinə ehtiyac qalmır. Öz məhsullarının “Veysəloğlu”nun regional anbarlarına çatdırmaqla məhsullarının ölkə üzrə “Araz” və “Oba” marketlərində satışına nail olurlar.
Tədbirin sonunda fermerlərin təltifetmə mərasimi keçirilib, 13 kiçik fermerə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan şirkətlər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün texnikalar və avadanlıqlar təqdim edilib.
Aqrobiznesin inkişafı prioritet vəzifələrdəndir...
Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ölkəmizdə aqrobiznes sahələrinin inkişafı üçün daha əlverişli mühitin formalaşması sosial-iqtisadi inkişaf siyasətinin prioritet vəzifələrindən biridir.
Onun sözlərinə görə, kənd təsərrüfatı KOB subyektlərinin də daha çox fəaliyyət göstərdiyi sektorlardandır. Buna görə də, aqrobiznes fəaliyyətinin qurulmasına və inkişaf etdirilməsinə istiqamətlənmiş dəstək tədbirlərinin həyata keçirilməsi KOBİA-nın da fəaliyyət gündəliyinə daxildir: “KOBİA aqrobiznesi prioritet sahə kimi diqqətdə saxlamaqla, bu sahənin nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm verir. İstehsal, emal və satış istiqamətlərində aqrobiznesin inkişafına və sahibkarlıq subyektlərinin qarşılaşdıqları risklərə və çətinliklərə dair mütəmadi olaraq maraqlı tərəflərlə görüşlər keçirilir, müzakirələr aparılır.
Orxan Məmmədov onu da əlavə edib ki, dövlət-özəl əməkdaşlığı çərçivəsində bu potensialın reallaşdırılması qarşıdakı illərdə aqrar və qida sənayesinin, nəticədə isə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verəcək.
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

