İlk dəfə...
05.04.2024 [11:00]
“Dinlərarası harmoniya” festivalı keçirilib
Ölkəmizdə dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Vətəndaşların əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublika ərazisində yaşayan digər din mənsublarına da yüksək qayğı göstərir. Qeyd edək ki, azsaylı katolik icmasının üzvləri də dövlət qayğısından kənarda qalmayıb.
Azərbaycanda antisemitizmə heç vaxt yer olmayıb və indi də yoxdur. Ölkəmizdə dəfələrlə dini dözümlülük, dinlərarası dialoq mövzularına dair beynəlxalq konfranslar, elmi simpoziumlar və s. tədbirlər keçirilib.
Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycanda fəaliyyət göstərən dini qurumların birgə təşkilatçılığı ilə Bakıda “Dinlərarası harmoniya” festivalı keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ölkəmizdə mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə təşkil olunan festivalda Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ, Avropa, Gürcü yəhudiləri, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti (protestant yönümlü icmalar), Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi Xristian dini icması, Krişna Şüuru, gürcü pravoslav, Molokan ruhani xristian və digər dini qurumların fəaliyyətini əks etdirən stendlər, sənədli film və videoçarxlar nümayiş etdirilib. Eyni zamanda işğaldan azad edilən ərazilərimizdə yerləşən tarixi-dini abidələr və ziyarətgahların işğal dönəmindəki və hazırkı vəziyyətindən bəhs edən “Qarabağ” stendi təqdim edilib.
Festivalda açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin vəzifələrini müvəqqəti icra edən Səyyad Salahlı bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlətin din sahəsindəki siyasətinin uğurlu icrası nəticəsində Azərbaycanda nümunəvi dövlət-din münasibətləri formalaşıb, dini etiqad azadlığı tam təmin edilib, eyni zamanda, dini dəyərlərə, ibadət yerlərinə xüsusi qayğı göstərilir: “Məhz görülmüş bu işlər və atılmış addımlar sayəsində Azərbaycanda dövlətlə dini qurumlar arasında münasibətlərin özünəməxsus modeli dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Ümummilli Liderin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin hüquqları, dini etiqad azadlığı təmin edilir, dini əqidəsindən asılı olmayaraq, dövlət hər bir vətəndaşına eyni dərəcədə diqqət və qayğı göstərir, insanlarımız bir-birinə tolerant yanaşırlar”.
DQİDK sədrinin müavini Səyavuş Heydərov çıxış edərək bildirib ki, nümunəvi tolerantlıq və multikulturalizmin hökm sürdüyü, dinc birgəyaşayış və dialoq mədəniyyətinin, mənəvi harmoniyanın mövcud olduğu Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu dövlət başçımızın qlobal təşəbbüs və səyləri, siyasi iradəsi sayəsində layiqli şəkildə həyata keçirir: “Bu gün Azərbaycanda digər xalqların mədəniyyətləri ilə zənginləşmiş yeni tipli bir mədəniyyət formalaşıb. Bu mədəniyyət Azərbaycanda birgəyaşayışa, çoxmillətli cəmiyyətin harmoniyasına, multikultural dəyərlərin ön mövqeyə çəkilməsinə, dinlərarası harmoniyanın möhkəm üzvi sintezinin yaranmasına gətirib çıxarıb. Bu da həmrəylik, ictimai-siyasi cəhətdən möhkəm Azərbaycan modelini ortaya qoyub. Dünyada baş verən hadisələrə, problemlərə nəzər salanda görürük ki, bu problemlərin həll edilməsi üçün sivilizasiyalararası, dinlərarası, mədəniyyətlərarası dialoq olduqca mühümdür”.
“Müxtəlifliyin qorunması: 2024-cü ildə islamafobiya ilə mübarizə” konfransında iştirak etmək məqsədilə ölkəmizə səfər edən ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Ussama Əli Cammal, Pakistan Müsəlman İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əli, “Haider Global BVBA Brüssel” şirkətinin baş direktoru Səccad Kərim, İslam Əməkdaşlıq Təşkilatının İslam tarixi, incəsənəti və mədəniyyəti üzrə araşdırma mərkəzinin Baş direktoru Mahmud Erol Kılıç, Din Azadlığı üzrə Amerika Mərkəzinin baş direktoru Cannah Skott çıxış edərək, ölkəmizin tolerantlıq məsələləri üzrə ardıcıl dialoqu təmin edən mədəniyyətlərarası platforma, dinlərarası etimad, harmoniya və missionerlik daşıyıcısı olduğunu diqqətə çatdırıblar.
Qonaqlar festival çərçivəsində Azərbaycandakı dünyaya örnək tolerantlıq mühiti və dünyəvilik modelinə əyani şahidlik imkanı əldə etdiklərini, Prezident İlham Əliyevin multikultural siyasəti və görüşünü təqdir etdiklərini dilə gətiriblər.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53

