“Yaşıl dünya naminə həmrəylik ili”
07.04.2024 [11:00]
UNEC-də beynəlxalq elmi konfrans keçiriləcək
Son illər xüsusilə iqlim dəyişikliklərinin mənfi təsirlərini azaltmaq və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün alternativ enerji mənbələrindən istifadə və yeni “yaşıl texnologiyalar”a keçid sürətlənib. Dünyanın hər yerində olduğu kimi, qarşıdakı bir neçə ildə ölkəmizdə də iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizədə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, ətraf mühitlə bağlı yeni texnologiyaların tətbiqi əsas prioritetlərdən biri olacaq. Məhz bu istiqamətdə Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonası elan olunub. Bu ərazilərdə həyata keçirilən dövlət siyasəti ekosistemin bərpasına və alternativ enerji mənbələrinin iqtisadiyyatdakı payının artırılmasına istiqamətlənib. Təsadüfi deyil ki, görülən işlərin nəticəsi olaraq sözügedən sahədə dünyanın ən nüfuzlu tədbiri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Azərbaycanda keçiriləcək. Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
UNEC-in elm üzrə prorektoru, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Fariz Əhmədov bildirib ki, ənənəyə uyğun olaraq mayın 23-26-da Heydər Əliyev Mərkəzində UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə VI ISCEMR keçiriləcək. Bu konfrans dünyanın müxtəlif ölkələrindən olan professor, müəllim və tədqiqatçılar üçün tədqiqat nəticələrinin paylaşılması və fikir mübadiləsi üçün bir platforma olmaqla yanaşı, ölkəmizdə təhsil və tədqiqatların inkişafına töhfə verəcək müxtəlif tədbirlərin keçirilməsi və akademik vəsaitlərin nəşr olunması ilə də fərqlənir.
UNEC-in prorektoru bildirib ki, builki konfrans “Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusuna həsr olunacaq. Əvvəlki konfranslarda, ümumilikdə, dünyanın 50-dən çox ölkəsindən 2000-ə yaxın tədqiqatçının öz elmi məqalələri ilə iştirak etdiyini xatırladan dosent Fariz Əhmədov deyib: “Konfransın elm komitəsi tərəfindən keyfiyyət standartlarına uyğun olaraq seçilmiş bu tədqiqat işləri üçün müxtəlif nəşr imkanları yaradılıb. Bu günədək konfrans tərəfindən beynəlxalq ISBN nömrəsi ilə “Konfrans xülasələr kitabı” və “Konfrans tam mətn məruzələr kitabı” nəşr edilib və elektron versiyada konfransın rəsmi saytına yerləşdirilib. Eyni zamanda, konfrans çərçivəsində elm komitəsi tərəfindən seçilmiş keyfiyyətcə daha yüksək olan tədqiqat işləri dünyanın qabaqcıl akademik platformalarında indekslənən beynəlxalq elmi jurnalda çap edilib və indekslənib. Bundan əlavə, ərsəyə gələn bütün elmi nəşrlər dünyanın müxtəlif nüfuzlu universitetlərinin kitabxanalarında və digər beynəlxalq bazalarda indekslənib. VI konfransla bağlı da sözügedən nəşrlərin indekslənməsi həyata keçiriləcək.
Beynəlxalq konfrans çərçivəsində ölkəmizdə təhsil və tədqiqatların keyfiyyətinin artırılmasına töhfə verilməsi məqsədilə müxtəlif mövzularda kitablar nəşr olunaraq ictimaiyyətə təqdim edilib. Bu baxımdan “Qarabağda biznes mühiti və kiçik və orta biznesin inkişafı”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında investisiyaların rolu” və “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının qiymətləndirilməsi”, “Strateji idarəetmə”, “Tədqiqat metodları”, ingilis dilində “Exploring The Green Economy: Issues, Challanges and Benefits”, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı “Bir əsrin iqtisadi portreti” kitablarını qeyd etmək olar. Builki konfrans çərçivəsində də “Yaşıl iqtisadiyyat” dərs vəsaiti və “Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf” məqalələr toplusu hazırlanaraq çap ediləcək, elektron formada konfransın rəsmi saytında yerləşdiriləcək, habelə müxtəlif universitetlərin kitabxana bazalarına göndəriləcək”.
Builki konfransın açılış mərasimindən sonra dövlət, özəl sektor və beynəlxalq qurumların rəhbər şəxslərinin iştirakı ilə “Gələcəyi istiqamətləndirmək: dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər”, “Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: əsas istiqamətlər və çətinliklər”, “Türk dünyasında yaşıl və dairəvi iqtisadiyyat: keçid üçün yol xəritəsi”, “Yaşıl enerji zonası olaraq Qarabağ və Şərqi Zəngəzur: mövcud vəziyyət və perspektivlər”, “Yaşıl maliyyə və yaşıl investisiyaların təkamülü: trendlər və ümumi baxış”, “Ətraf mühitlə bağlı sosial təşəbbüslərin həyata keçirilməsi”, “İqlim dəyişikliyi ilə mübarizədə yaşıl innovasiyalar”, “Dayanıqlı inkişafda beynəlxalq rəqabətqabiliyyətlilik meyilləri”, “Bərpaolunan enerji mənbələrinə keçid: qlobal istiləşmə ilə mübarizə” mövzularında panel müzakirələri təşkil olunacaq və konfransın rəsmi sosial media hesabları vasitəsilə canlı yayımlanacaq.
Beynəlxalq konfransa elmi məqalələri aprelin 15-dək göndərmək olar. Ətraflı məlumatı konfransın rəsmi saytından www.iscemr.com əldə etmək olar.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

