UNUDA BİLMİRİK...
03.10.2013 [10:16]
İlyas Əfəndiyev - nəslin və nəsrin əfəndisi...
Görkəmli nasir, dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Karyagində (indiki Füzuli rayonunda) tanınan və sayğın tacir ailəsində doğulub.
Ailənin xoş günləri, yazıçının uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında bitir. Sovet işğalından sonra “kulak” damğası ilə bu ailənin üzvlərinin hərəsi bir tərəfə dağılır. Təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən aralı salır. Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərinə dözmürdü. Bir yandan işsizlik, pulsuzluq, bir yandan da təqib onu əlli yaşında “səksən yaşlı qoca”ya çevirdi. Məhəmməd kişi 1934-cü ildə vəfat edir.
İlyas hələ uşaq yaşlarından zəhmətə qatlaşdı. Hələ məktəbə qədər oxumağı öyrənən yazıçı mütaliəyə böyük maraq göstərdi. 1921-ci ildə birinci sinifə gedən İlyas Əfəndiyev 1930-cu ildə pedaqoji təmayüllü orta məktəbi əla qiymətlərlə bitirir. Məktəbin direktoru Cəmil bəy Vəzirov, müəllimləri - tanınmış aydınlar Mehdi Mehdizadə, Cümşüd Zülfüqarlı, Bəylər Ağayev və başqaları idi.
“Kulak” oğlunun qəribə taleyi
Daim basqı altında yaşayan, Sovet rejiminin çətinliklərini, təqib olunan ailədə yaşamağın məsuliyyətini hiss edən İlyas Əfəndiyev orta məktəb illərindən bütün gücünü səfərbər edərək, özünü yetişdirməyi bacarır. Sadəcə müəllimlərin tapşırıqları ilə yetinməyən İlyas, dərsdən savayı çoxlu bədii kitab, o cümlədən, rus ədəbiyyatı klassiklərindən Puşkin, Lermontov, Çexov, Turgenev, Qorki kimi ədiblərin dilimizə çevrilmiş əsərlərini mütaliə edirdi. Maraq dairəsi ədəbiyyatla məhdudlaşmayan gələcəyin yazıçısı, eyni zamanda, riyaziyyat və fizikaya böyük maraq göstərir, coğrafiyanı həvəslə öyrənirdi. Böyük səyyahların, o cümlədən, Raul Amundsenin, Nansenin, Xristofor Kolumbun, Ameriqo Vespuççinin yaşamını öyrənirdi. Amma iç dünyası onu bədii ədəbiyyat və ədəbiyyatşünaslıqla daha çox maraqlanmağa sövq edirdi.
Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyən İ.Əfəndiyev, 1935-1938-ci illərdə o zamankı adı ilə Karyagin şəhər orta məktəbində coğrafiya müəllimi işləməklə yanaşı, eyni zamanda, gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərir.
İlyas Əfəndiyev orta məktəbi bitirdikdən sonra, ailə durumu ilə bağlı olaraq, təhsilində bir neçə il fasilə verməyə məcbur olur. Lakin ali təhsil almaq və Bakıya getmək arzusu onu tərk etmirdi.
O, Karyagin rayonunun Böyük Bəhmənli kəndində müəllim işlədikdən sonra Xalq Maarif Komissarlığı tərəfindən Nuxa(Şəki) şəhərindəki nümunəvi orta məktəbə tədris hissəsi müdiri vəzifəsinə təyin olunur. Bir il burada işlədikdən sonra ali təhsil almaq üçün Bakıya - Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (APİ) göndərilir. 1934-cü ildə APİ-nin ədəbiyyat şöbəsinə daxil olsa da, onun ali məktəbdə təhsil alması uzun çəkmir. Elə həmin il institutu tərk edib rayona qayıtmağa məcbur olur. Belə ki, İ.Əfəndiyev “kulak” balası olduğu üçün institutdan uzaqlaşdırılır. Ancaq yazıçı ruhdan düşmür. Oxumaq həvəsi ilə alışıb yanan yazıçı nəhayət, APİ-nin coğrafiya fakültəsinin qiyabi şöbəsinə daxil olur və 1938-ci ildə ali təhsilini tamamlayıb müəllimliyini davam etdirir...
Kənd müəllimi Bakıda
Müəllimliklə yanaşı, yaradıcılıqla məşğul olan gələcəyin böyük yazıçısı, kənddə coğrafiya müəllimi işləyərkən yazdığı hekayələrini götürüb Bakıya gəlir. “Kənd havası”nda yazdığı hekayələri Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyən yazıçı Əbülhəsənə göstərir. Hekayələri oxuyan Əbülhəsən onları bəyənir və çapını məsləhət görür. Beləliklə də, yazıçının “Kənddən məktublar” adlı ilk kitabı işıq üzü görür.
İ.Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlir. Yazıçı tezliklə Bakı ədəbi mühitinə qatıla bilir. Ev məsələsində isə ona Yazıçılar İttifaqının sədri Səməd Vurğun kömək edir. Böyük şairin köməkliyi ilə yazıçıya “Əski Şərq” mehmanxanasında bir otaq verirlər və yazıçı bu otaqda üç il yaşayır.
Dönüş nöqtəsi
Bakıya gəldikdən sonra bütün diqqətini yaradıcılığa yönəldən İlyas Əfəndiyev ədəbi mühitdə tezliklə parlamağa başlayır. 1940-cı ildə onu Yazıçılar İttifaqına qəbul edirlər. Bu artıq onun həyatındakı dönüş nöqtəsinin başlanğıcı idi.
1960-cı ildə respublikanın Əməkdar incəsənət xadimi fəxri adını alan İlyas Əfəndiyevin yaradıcılığında 60-80-cı illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında janr rəngarəngliyi özünü göstərir, bir-birinin ardınca iri nəsr əsərləri, ciddi ictimai-siyasi problemləri qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan, eyni zamanda, sözügedən dövrdə Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli örnəkləri kimi şöhrət qazanan “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1976-78), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981) kimi povest və romanlarını dərc etdirir, eyni zamanda, maraqlı dram əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçir.
İlyas Əfəndiyev “Sən həmişə mənimləsən” (1964) pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramanın əsasını qoyur. Yazıçının uşaqlar üçün yazdığı “Ceyran ovu”, “Maraqlı hadisə”, “Qoruqlarda”, “Yasəmən ağacı”, “İz ilə”, “Ovçunun nağılı”, “Zəmidə bir turac səslənirdi” kimi hekayələri orta məktəb dərsliklərinə də salınıb.
Zəngin və çoxşaxəli yaradıcılıq
İlyas Əfəndiyev əhatəli və rəngarəng yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı bir ilini, yaxud qısa bir dövrünü ciddi xronoloji ardıcıllıqla izləsək, maraqlı bir mənzərənin şahidi olarıq: yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi də fəaliyyət göstərib, irihəcmli roman və povestlərlə bərabər oçerk və məqalələr də ərsəyə gətirib, konfrans və qurultaylarda məruzələrlə çıxış edib.
Özünəməxsus yaradıcılıq üsulu, üslubu ilə XX yüzil Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşən İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və s. roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və s. daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açıb, “İlyas Əfəndiyev teatrı” yaradıb.
Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub. 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İ.Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu olub.
60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb yaradırdı, təzə pyeslərini tamaşaya qoyurdu. Sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları güncəlliklə ədəbiyyata gətirib, onları yeni zamanın kontekstində oxuculara təqdim edib. O, “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc etdi. Dramaturqun “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı” kimi pyesləri öz səhnə həyatına qovuşdu.
Zəngin yaradıcılıq yolu keçən, həyatın acılı-şirinli günlərini yaşayan böyük sənətkar 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmayıb. Akademik Milli Dram Teatrında yazıçının bütün pyesləri səhnələşdirilib.
Ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib.
Ədibin əsərləri son illər rus dilində, Türkiyə türkcəsində və digər dillərdə dəfələrlə nəşr olunub, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılıb.
Görkəmli yazıçı-dramaturq, ədəbiyyat xadimi kimi geniş şöhrət qazanmış, əlinə qələm aldığı ilk gündən güncəl, çağdaş mövzulara, (milli mövzulara!) daha çox üz tutan İ.Əfəndiyev 1979-cu ildə Azərbaycanın Xalq yazıçısı fəxri adına layiq görülüb.
Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-iyun aylarında Xalq yazıçısının 80 illik yubileyini təntənəli surətdə qeyd edib. O, ədəbiyyatımızın inkişafında böyük xidmətlərinə görə, Prezident Heydər Əliyevin Fərmanı ilə müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunub. Yeri gəlmişkən, respublikanın sənət adamları arasında o, birinci sənətkar idi ki, həmin ordenə layiq görülmüşdü.
Biz isə demək istəyirik ki, ustad, ruhun şad olsun! Geriyə baxa bilərsən - burada səni unuda bilməyənlər var, körpüsalanlar var, çiçəklənən Azərbaycan var!
Ləyaqət hücrəsi
“İntizar”da qalmayın, İlyas müəllim, “İşıqlı yollar”, “Bahar suları” durulur, “Sən həmişə... bizimləsən” - “Bizə inan”!
Doğrudur, hələlik “Mahnı dağlarda qalıb”... amma “Bağlardan gələn səs”imiz var, “Bizim qəribə taleyimiz” “Maraqlı hadisə”lərlə süslənib, süslənəcək...
“Qoruqlarda” “Yasəmən ağacı” ətir saçır, “Zəmidə bir turac səslənəcək”... “Kənddən məktublar” kəsilməyəcək “Aydınlıq gecələr” gündüz kimi gələcək insanımıza... - çünki “Gözlənilməyən sevgi”lər var... “Görüş”lərimiz var, inşallah! Füzulidə, Qarabağda “Gülaçar”, “Su dəyirmanı” işləyər və biz “Sən, ey böyük yaradan” şükranlığına qapılarıq yenə! Bu, bir “Abidin yuxusu” deyil, ustad, “Həyatın əbədi ahəngi”dir!
O günü “Qəhrəmanımın nişanlısı” da, “Balıqçılar” da, “Gül satan”lar da, bir “Cavan yolçu” da, “Yaylaq qonşumuz” da, “Şəhərdən gələn ovçu” da, “Yun şal” salan da, “Daş hasar” çəkənlər də, “Tufandan sonra” yaşananları bilənlər də görəcəklər, inşallah! Çünki “Torpağın sahibi” var! Füzilidə, Qarabağın işğaldan azad edəcəyimiz bütün yaşayış məntəqələrində “Söyüdlü arx”lar çəkiləcək, “Xan çinar”lar əkəcəyik, “Körpüsalanlar” qollarını çırmalayıb yeni-yeni körpülər salacaq, “Dağlar arxasında(n) üç dost” enib gələcək, “Sarıköynəklə Valehin nağılı” oralarda daha şirin olacaq! Bax, o vaxt sizi “... dağlarda axtaracayıq”, “...sizin qəribə taleyiniz”lə yeni nəsilləri tanış edib, deyəcəyik, buyurun, bu bir “Ləyaqət hücrəsi”dir!..
“YA ƏDƏBİYYAT”
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

