Bakıda “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində görüş keçirilib
04.02.2014 [09:26]
Fevralın 3-də Bakıda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun nümayəndələri ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihənin əhəmiyyətindən danışıb. Hicran Hüseynova dost və qardaş ölkələrimiz arasında mədəniyyətlə bağlı belə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.
Bildirilib ki, xalqlarımızın mədəniyyətində və tarixində çox böyük oxşarlıqlar var və bunların üzə çıxarılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Bu layihə sayəsində, eyni zamanda, Azərbaycanda olan istedadlı insanlar üzə çıxır.
Layihənin qadınlarda əl sənətləri sahəsində maraq oyadılması baxımından xüsusi əhəmiyyət daşıyacağını söyləyən komitə sədri onun uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva layihə çərçivəsində görülən işlərdən danışıb. Günay Əfəndiyeva qeyd edib ki, layihə çərçivəsində aparılmış bütün tədqiqatlar yekunda kitab şəklində buraxılacaq və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına təqdim ediləcək.
Diqqətə çatdırılıb ki, Türkiyə və Azərbaycan UNESCO-nun tədbirlərində hər zaman bir-birini dəstəkləyir və bu da iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olması ilə əlaqədardır. Qeyd edilib ki, əsas məqsədi xalqlarımızın mədəni əlaqələrində bir çox oxşarlıqların üzə çıxarılması olan bu layihə hər iki ölkənin mədəniyyətinin təbliğində mühüm rol oynayacaq.
UNESCO üzrə Türkiyə Milli Komissiyasının üzvü, Hacettepe Universitetinin professoru Aylin Görgün Baran Türkiyə ilə Azərbaycan arasında bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin inkişaf etdiyini söyləyib, həyata keçirilən layihənin uğur qazanacağına və əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Fevralın 4-7-də UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun nümayəndələri Zaqatalaya, Şəkiyə və Gəncəyə səfər edəcəklər.
Xatırladaq ki, UNESCO üzrə Azərbaycan və Türkiyə Milli komissiyalarının birgə həyata keçirdiyi “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində ötən il fevralın 24-dən martın 2-dək Azərbaycandan yeddi nəfərdən ibarət işçi qrupu Türkiyənin beş bölgəsinə səfər etmişdi.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51

