“Qəbələ - MDB-nin mədəniyyət paytaxtı” çərçivəsində yekun tədbirlər başlayıb
15.03.2014 [10:31]
Məlum olduğu kimi, Qəbələ şəhəri 2013-cü il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunub. İl ərzində rayonda “Qəbələ - MDB-nin mədəniyyət paytaxtı” çərçivəsində çox mühüm mədəni tədbirlər keçirilib.
AzərTAc xəbər verir ki, bununla bağlı yekun tədbirlərə isə Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunmuş konsertlə başlanılıb.
Konsertin aparıcısı, Rusiya Federasiyasının Əməkdar artisti Timofey Fyodorov Azərbaycanda olduğu müddətdə yüksək qonaqpərvərliklə qarşılandığını söyləyib. Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı elan olunmasının əhəmiyyətini qeyd edən aparıcı ölkəmizin gündən-günə gözəlləşməsindən də danışıb.
Sonra Qəbələ Mədəniyyət Mərkəzinin səhnəsi incəsənət ustalarının ixtiyarına verilib.
Rusiyanın və Moldovanın Əməkdar artisti Svetlana Toma bildirib ki, səhnədə olduğu müddətdə tamaşaçılara xoş enerji bəxş etmək üçün çalışıb. Bunun müqabilində isə alqışlar və isti münasibətlə qarşılaşıb. Svetlana Toma deyib: “Qəbələ gözəldir. Qaldığım mehmanxananın eyvanından baxanda dağları, gözəl şəhəri və gözəl təbiəti görürəm. Demək olar ki, sizdə hər şey yüksək səviyyədədir”.
Svetlana Toma Ulu öndər Heydər Əliyev ilə keçirdiyi görüşü xatırlatmaq istədiyini söyləyərək o zaman bu dahi şəxsiyyətin mədəniyyət və incəsənəti nə qədər dərindən bilməsinin şahidi olduğunu deyib. Bildirib ki, mən bu gün də o unudulmaz görüşün xoş anlarını xatırlayıram.
Müğənni Anastasiya Makayeva ilk dəfədir Qəbələdə olduğunu söyləyərək bu ecazkar diyarın ona çox xoş təsir bağışladığını deyib. Rusiyalı musiqiçi Qəbələdə son dərəcə qonaqpərvərliklə qarşılanmalarını, şəhərin qədim və müasir memarlığının, milli mətbəximizin hər kəsin xoşuna gəldiyini qeyd edib.
Aktyor və bəstəkar Qleb Matveyçuk burada gördüklərinin onu valeh etdiyini xüsusi vurğulayıb. Bildirib ki, Qəbələ hər cəhətdən gözəldir.
Gürcüstanın Xalq artisti İya Ninidze gördüyü bu gözəlliyin onda xoş təəssüratlar yaratdığını söyləyib.
Aktrisa Nino Ninidze yenidən Azərbaycana gəlməsindən çox şad olduğunu deyib. Səhnəyə çıxanda çox həyəcanlandığını vurğulayan gürcüstanlı aktrisa bu hissin qətiyyən qorxu ilə bağlı olmadığını nəzərə çatdırıb.
Rusiyanın Əməkdar artisti Boris Qalkin Qəbələdə olduqları ilk dəqiqələrdən xüsusi diqqət və yüksək qonaqpərvərliklə qarşılaşdıqlarını bildirib. O, 2013-cü il üçün MDB-nin mədəniyyət paytaxtından məhz bunu gözlədiklərini söyləyib.
Qəbələ rayon İcra Hakimiyyətinin MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu ilə birlikdə həyata keçirdiyi mədəni tədbirlər martın 16-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05

