Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Şəhərin səsi”

“Şəhərin səsi”

09.12.2014 [09:03]

2014-cü ilin noyabrında “YAY!” Qalereyası və “YARAT” Müasir İncəsənət Məkanı müasir incəsənətə dəstək ideyası çərçivəsində yeni “Şəhərin səsi” adlı beynəlxalq pablik-art layihəsinə başlayıb.
“YARAT” Müasir İncəsənət Məkanından AzərTAc-a bildirilib ki, layihə “YAY!” Qalereyasının qarşısında olan postament üçün art layihənin işlənməsinin açıq müsabiqəsidir.
“YAY!” Qalereyası böyük məmnuniyyətlə rəssamları, heykəltəraşları, memarları, dizaynerləri müsabiqədə iştiraka dəvət edir. Art layihə qismində heykəl, instalyasiya, monumental qurğular, strit-art layihələri, o cümlədən işıq və digər effektlərin istifadəsi ilə ərsəyə gələn və ictimai yerlərdə nümayiş üçün nəzərdə tutulan eskizlər qəbul olunur.
Müsabiqənin konsepsiyasının tezisi - “İnsanın daxili dünyasının müasir dünyanın xarici faktorları ilə toqquşması”dır.
Müasir şəhər yaşayış üçün cəlbedici yerdir. Şəhərin məkanı müasir həyət tərzinin təcəssümü və bir növ mücəssəməsinə çevrilir. Əhalinin müxtəlif qatları öz maraqları, zövqləri və arzularına uyğun olaraq şəhər məkanının təşkilinə öz tələblərini irəli sürürlər.
Müasir dünyada insan böyük şəhərin artmış səs-küyü ilə artıq bacarmaq gücünə malik deyil. Hərəkətdə olan avtomobillərin gurultusu, bitməyən təmir işləri, çoxsaylı reklam aksiyaları, avtomobil siqnalizasiyasının dəhşətli səsi - bütün bunlar və bir çox başqa faktorlar bir tərəfdən şəhər infrastrukturunun və cəmiyyətin bütövlükdə inkişafının ayrılmaz hissəsidir, lakin hər zaman “medalın əks tərəfi”də var ... İnsanın şəxsi məkanına bu səs-küy necə təsir edir? Pəncərələri bərk bağlayıb, pərdələri çəkmək, qulaqlara pambıq salmaq problemin həlli deyil.
Böyük şəhərin müasir sakini onu əhatə edən səs-küydən heç yerdə gizlənə bilmir. Fiziki məkan komfort, harmoniya hissinə, insanın ətrafındakılarla uyğunlaşmasına və ya əksinə özgəninkiləşməsinə gətirib çıxara bilər...
Müsabiqədə iştirak açıq və pulsuzdur.
İştirakçı olmaq üçün müsabiqənin elan edildiyi gündən qeydiyyatın bitdiyi günə qədər www.yaygallery.com saytında ərizə formasını yükləyib dolduraraq info@yaygallery.com e-mail ünvanına göndərmək lazımdır.
Müsabiqəyə iş təqdim edən hər iştirakçı maksimum 5 layihə təklif edə bilər. Şərtlərə görə art layihələr orijinal olmalıdır: xüsusi olaraq bu layihə üçün yaradılmalı, müəllifin şəxsən irəli sürdüyü konsepsiyaya əsaslanmalı (kiminsə öncədən mövcud olan konsepsiyasından götürülməməlidir), bundan əvvəl heç yerdə nümayiş, dərc, istehsal və realizə olunmamalıdır. Art layihədə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan vizual və yazılı informasiyanın yayılması (vətəndaşların və ya millətlərin, o cümlədən milli azlıqların dini və irqi hisslərinin təhqiri, zorakılığa, ekstremizmə çağırış, pornoqrafiya, narkotik vasitələrin, intihar və s. təbliği) qadağandır.
Müsabiqəyə göndərilmiş material, sənədlər, eyni zamanda, art layihə geri qaytarılmır.
Müsabiqəyə açıq səma şəraitinə və xarici təsirə davamlı 146 x 324 sm ölçüsündə postament üçün nəzərdə tutulmuş layihələr qəbul olunacaq.
Layihələr bütün texniki parametrlərin qiymətləndirilməsindən sonra incəsənət peşəkarları tərəfindən qalib müəyyən olunacaq.
Layihə çərçivəsində qalib əsər realizə olunacaq və “YAY!” Qalereyası qarşısındakı postamentdə quraşdırılacaq. Seçilmiş işin realizə edilməsi üçün “YAY!” Qalereyası işin istehsalına lazım olan xərcləri öz üzərinə götürəcək. Müsabiqənin finalçısı iştirakı haqqında sertifikat alacaq. Bundan əlavə, qalibə pul mükafatı veriləcək.

Paylaş:
Baxılıb: 1029 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30