Qəbələdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub
29.07.2015 [09:52]
Heydər Əliyev Fondunun möhtəşəm tədbiri olan Qəbələ VII Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, iyulun 28-də Heydər Əliyev Konqres Mərkəzində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Dövlət Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, Prezident mükafatçısı Teymur Göyçayevin dirijorluğu ilə keçən konsertdə dahi bəstəkar Ü.Hacıbəylinin “Arazbarı”, F.Əmirovun “Min bir gecə” baletindən Mərcanənin rəqsi, S.İbrahimovanın fortepiano və orkestr üçün 5-ci konserti, Motsartın “Divertisment in B”, D.Şostakoviçin fortepiano və orkestr üçün 1-ci konserti tamaşaçılara təqdim edilib.
Konsertdə məlumat verilib ki, Azərbaycan musiqisinin klassikləri olan Q.Qarayev və F.Əmirovun təşəbbüsü ilə 1964-cü ildə yaradılan Azərbaycan Dövlət Kamera Orkestrinin ilk baş dirijoru və bədii rəhbəri Xalq Artisti, dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 40 ildən çox davam edən fəaliyyəti zamanı dünyanın bir çox şəhərlərində, beynəlxalq nüfuzlu festivallarda iştirak edib. Orkestrin repertuarına Qərbi Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. 1998-ci ildən Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Teymur Göyçayevdir.
Həmçinin konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadənin (piano) və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundovanın (piano) çıxışı maraqla qarşılanıb.
Qeyd edək ki, iyulun 29-da Qəbələdə kamera konsertləri ilə yanaşı, muğam axşamı da təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

