/ / Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin iclası olub
Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin iclası olub
28.01.2016 [09:59]
Məlum olduğu kimi, aprelin 25-dən 27-dək Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yanvarın 27-də Forumun Təşkilat Komitəsinin iclası olub.
Müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət Təşkilat Komitəsinin iclasında komitənin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən BMTSA ilə ikitərəfli sənədlər təsdiq olunub və qüvvəyə minib. Forumun loqotipi təsdiqlənib və veb-saytı (baku.unaoc.org) açılıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 2015-ci ilin yekunlarına dair Nazirlər Kabinetinin iclasında sivilizasiyalar və mədəniyyətlərarası dialoq məsələlərinə, xüsusilə də Forumun əhəmiyyətinə toxunub və tədbirin Bakıda keçirilməsini əsas gətirərək müvafiq Sərəncamı ilə 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan edib.
Qeyd edilib ki, ötən il oktyabrın 1-də BMT Baş Assambleyası çərçivəsində keçirilən iclasda Forumun təqdimatı keçirilib və həmin iclasda xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.
Nazir 50-dək ölkənin rəhbərlərinə dəvətnamələrin göndəriləcəyini qeyd edərək bildirib ki, Foruma yüksək səviyyəli dövlət nümayəndələrinin gəlməsi nəzərdə tutulur.
Ə.Qarayev bir neçə gün əvvəl tamamlanmaqda olan Bakı Konqres Mərkəzi ilə tanış olduqlarını qeyd edərək Forum çərçivəsində iki gün ərzində 40 tədbirin keçiriləcəyini və bunun üçün lazımi şəraitin yaradılacağını deyib.
Təşkilat Komitəsinin sədri Forum çərçivəsində keçiriləcək bütün tədbirlərin yüksək səviyyədə işıqlandırılması üçün xüsusi media planının hazırlanacağını nəzərə çatdırıb. Vurğulayıb ki, AzTV və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Forumun rəsmi media tərəfdaşları olacaq.
Ə.Qarayev vurğulayıb ki, beynəlxalq ekspertlər tərəfindən xüsusi kitab hazırlanacaq ki, burada da Forum haqqında dünyanın tanınmış xadimlərinin fikir və rəyləri yer alacaq.
Forum çərçivəsində aprelin 25-də gənclərlə bağlı tədbirin keçiriləcəyini qeyd edən Ə.Qarayev bu tədbirdə BMT-nin baş katibi Pan Gi Munun da iştirak edəcəyini deyib.
Yanvarın 15-də BMT-də Sivilizasiyalar Alyansı üzrə Milli Əlaqələndiricilərin toplantısında 7-ci Qlobal Forum və Azərbaycanın ev sahibliyi barədə geniş təqdimat keçirildiyini qeyd edib.
Sonra Forumun Təşkilat Komitəsinin katibi, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə həmin təqdimatla bağlı məlumat verib. “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” mövzusunda keçiriləcək Forumla bağlı indiyədək təşkil edilmiş tədbirlər və Forumun proqramı barədə slayd vasitəsilə təqdimat edib.
V.Eyvazzadə nəzərə çatdırıb ki, tədbir iştirakçıları www.baku.unaoc.org saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Qeyd olunub ki, Forum çərçivəsində tədbirlər Bakı Konqres Mərkəzində və Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
Sonra Foruma hazırlıq, Tədbirlər Planının icrası və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43

