ÇİNAR KÖLGƏSİNDƏ YATAN NƏĞMƏLƏR
29.04.2016 [09:58]
2016-cı il aprel ayında tanınmış Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynlinin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncam imzalamışdır. Sərəncamda Qəmbər Hüseynlinin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin həyata keçirilməsi təsbit olunmuşdur. Ölkə rəhbərinin bu qayğısı bir daha onu göstərdi ki, vətən qarşısında xidməti olan heç kəs unudulmur və öz qiymətini vaxtında alır.
Mən 1961-ci ilədək tanınmış bəstəkar Qəmbər Hüseynli ilə Gəncədə cəmi iki dəfə görüşmüşdüm. İndi isə onun çinar kölgəsində yatan məzarı və barelyefi ilə gündə iki dəfə görüşürəm, səhər-səhər işə gələndə və axsam evə qayıdanda.
İlk görüş. 60-cı illərdə Gəncədə görkəmli şair, dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında tamaşaya hazırlanırdı. Tamaşaçılar bu hadisəni həyəcanla izləyirdilər. Əlbəttə, bu, Gəncənin mədəni həyatında cəsarətli və məsuliyyətli addım idi. Özüm-özümə sual verirdim - görəsən, teatr bu mürəkkəb və məsuliyyətli işin öhdəsindən necə gələcək? İslam dininə sadiq görkəmli Şeyx Sənan məhəbbət yolunda “donuz çobanı” olmağa hazırdırmı, aşıq Sənan xaçpərəst Xumarın eşqi ilə həyat tərzini necə dəyişəcək? Xaçpərəst Xumar Sənanı qəbul edəcəkmi? Onu deyim ki, bundan əvvəl “Şeyx Sənan” faciəsini Azərbaycan Dövlət Dram Teatrı Bakıda tamaşaya qoymuşdur. Bakıda tamaşanın musiqisini dünyada tanınmış bəstəkar Fikrət Əmirov yazmışdı. Tamaşaya yazılmış “kor ərəb”in mahnısı sonralar sərbəst mahnı kimi oxunur və dinləyici ürəyini fəth edirdi. Əlavə edərək qeyd olunmalıdır ki, tamaşada (Bakıda) bu mahnını Məmmədəli Əliyev oxumuş, sonra gənc müğənni Ərəstun Xəlilov Gəncədə bu mahnının ən yaxşı ifaçısı kimi tanınırdı. O dövrdə Ərəstun Xəlilovun şöhrəti bütün respublikaya yayılmış, onun gələcəkdə müğənni olması haqqında məşhur müğənni Rəşid Behbudov qəzetdə böyük bir məqalə ilə çıxış etmişdir. Hətta o dövrdə Moskvada keçirilən Azərbaycan ongünlüyünə müğənni kimi Ərəstun Xəlilovu da aparmışdılar. Bunlar öz yerində. Məni maraqlandıran o idi ki, Gəncədə bu mahnını teatr üçün kim yazacaq? Yoxsa Fikrət Əmirovun musiqisindənmi istifadə olunacaq? Bu zaman məlum oldu ki, Gəncə Dövlət Dram Teatrı üçün “Şeyx Sənan” tamaşasına musiqini Qəmbər Hüseynli yazıb. Günlər keçdi, tamaşa hazır oldu, getdik tamaşaya baxmağa. “Kor ərəb”in mahnısı Qəmbər Hüseynli yaradıcılığında uğurlu bir hadisə kimi qəbul olundu. Tamaşanın ruhuna uyğun həzin bir musiqi nömrəsi alınmışdı.Tamaşada “Kor ərəb”in mahnısı ifa olunduqdan sonra tamaşanı hazırlayanlar səhnəyə dəvət olundular. Mən Qəmbər Hüseynlini lik dəfə orda gördüm. Sonralar 100-dən artıq mahnı, romans, teatr tamaşalarına yazılan musiqilər və başqaları radio dalğalarında tez-tez eşidilməyə başladı.
Qəmbər Hüseynlinin həyat fəaliyyəti haqqında rəsmi mənbələrdə müəyyən məlumat vardır: bu məlumatlarda oxuyuruq: Qəmbər Hüseynli 1916-cı il aprel ayının 16-da Gəncədə dəmirçi ailəsində dünyaya gəlmişdi.
O, uşaqlıqda tez-tez atası Məşədi Muxtarın yanına gedər, emalatxanada oturub onun zindanda dəmir döyməsinə heyranlıqla baxardı. Dəmir döyülür, aramsız ritmik səslər kiçik Qəmbərin təxəyyülündə səslər qalereyası düzəldir, beləliklə gələcək mahnıların ritmi elə buradaca, zindanın üstündə formalaşırdı. Emalatxanadan çıxandan sonra gənc Qəmbər bütün günü nəyi isə zümzümə edir, boş vaxtlarında tütək hazırlayıb onu üfürürdü. Bu dövr nəğmə rüşeyminin inkişafı dövrü idi və gələcəkdə bu rüşeymdən bol məhsul - gözəl nəğmələr yaranacaqdı.
Qəmbər Hüseynli 1925-ci ildə Gəncədə ibtiadi məktəbə gedir və 1927-ci ildə Məşədi Cəmil Əmirovun (bəstəkar Fikrət Əmirovun atası) təşəbbüsü ilə açılan orta ixtisas musiqi məktəbinə tar sinfinə daxil olur. Burada tanınmış tarzən Həmzə Əliyevdən dərs alır, sonra 1929-cu ildə Gəncədə fəaliyyət göstərən Pedaqoji Texnikumda təhsil almağa başlayır. Bu illərdə görkəmli bəstəkar Fikrət Əmirov və tanınmış tarzən Zərif Qayıbovla (mərhum İsmət Qayıbovun atası) dostluq edir, bir neçə aşıq və xalq mahnılarını toplayır, onları nota köçürür.
1932-ci ildə Qəmbər Hüseynli istedadının ilk tumurcuğu baş qaldırır. Belə ki, Gəncəyə Moskvanın “Şərq Simfonik orkestri” qastrola gəlir. Konsertdən bir gün əvvəl məlum olur ki, “Bas-tar”da çalan musiqiçi bərk xəstələnir, onu əvəz etmək Qəmbər Hüseynliyə həvalə olunur. Tanış olmayan orkestrlə cəmi bir dəfə məşq edəndən sonra Qəmbər Hüseynli konsertdə bu işin öhdəsindən yüksək ustalıqla gəlir.
1934-cü ildə təhsilini davam etdirmək üçün Qəmbər Hüseynli Bakıya köçür və 1935-ci ildə Bakı Musiqi Texnikumuna daxil olur. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır. Bu zaman Qəmbər Hüseynli bir neçə lirik mahnı bəstələyir, onlardan Zeynal Xəlilin sözlərinə yazdığı “Ay işığında” mahnısı Nərminə Məmmədovanın ifasında geniş populyarlıq qazanır. Cəfər Cabbarlının sözlərinə yazılmış “Tellər oynadı” romans-mahnı, “Muğana ceyran” mahnısı dillər əzbəri olur.
1939-cu ildə bəstəkarı Şuşa Musiqi Texnikumuna direktor göndərirlər. Qəmbər Hüseynli orada ürəklə çalışır. Bir ildən sonra onu təzədən Bakıya dəvət edirlər və Qəmbər Hüseynliyə yeni təşkil edilmiş Azərbaycan xalq çalğı alətləri orkestrində dirijor köməkçisi işini tapşırırlar. Bu illərdə Üzeyir bəy Hacıbəylinin tövsiyəsi ilə yaranan “Sazçı qızlar” ansamblına təşkilatçı və bədii rəhbər təyin edilir.
1951-ci ildə Qəmbər Hüseynli yenidən Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq şöbəsində professor Zeydmanın sinfində təhsil almağa başlayır. Oranı qurtararkən Qəmbər Hüseynli şair Mirmehdi Seyidzadənin liberettosu əsasında “Qızıl quş” operasını diplom işi kimi yazır və müdafiə edir. 1954-cü ildə həmin məktəbi bitirir. Qəmbər Hüseynlini dünya miqyasında tanıdan onun “Cücələrim” mahnısı olmuşdur. Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru idi. T.Mütəllibov bir neçə uşaq şeirinin müəllifi idi. Mən sonralar T.Mütəllibovla münasibət yaratmışdım. O, “Azərbaycan gəncləri” qəzetində işləyirdi. Mənim şeirlər kitabım haqqında özümü tanımadan müsbət rəy yazıb çap etdirmişdi. “Cücələrim “ mahnısının yaranması haqqında maraqlı hadisələr danışırdı. Bütün dünyanı gəzən “Cücələrim” mahnısı asanlıqla yazılmaqla qəlbə yatan, yaddaqalan və dünya xalqları dilində asanlıqla ifadə olunan bir mahnıdır. Bu gün də “Cücələrim” ən yaxşı uşaq mahnılarından sayılır. Maraqlıdır ki, həmvətənlilərimiz xarici ölkələrə gedərkən bu mahnını hədiyyə kimi aparır və onun oxunub yayılmasında təşəbbüskarlıq göstərirlər.
Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, professor Arif Tağıyev göstərir ki, mən bir neçə il bundan əvvəl Kubada elmi ezamiyyətdə olarkən özümlə “Cücələrim” mahnısının lent yazısını aparmışdım. Kubalılar bu mahnını dinlədikdən sonra ona vurğun olduqlarını bildirdilər və bu mahnı dildən-dilə, əldən-ələ gəzməklə ətrafında geniş dinləyici kütləsi toplamağa nail oldu. Bunun bir səbəbi də onda idi ki, bu mahnı çox asanlıqla öyrənilir və tez yadda qalır.
Təəssüflə deməliyik ki, Qəmbər Hüseynlinin həyatında üzüntülü çağlar da az olmamışdır. 1943-cü ildə bəstəkar repressiyanın qurbanlarından birinə çevrilmiş və dörd il bu bəlanın əzablarını çəkmişdir. Sonralar 1947-ci ildən 1951-ci ilədək Gəncə Dövlət Filarmoniyasının rəhbəri və Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının musiqi şöbəsinin müdiri olmuşdur. 1954-cü ildə əfsanəvi musiqiçi B.İ.Zeydmanın sinfində tam bəstəkarlıq kursuna yiyələnmişdir. Qəmbər Hüseynli 100-dən artıq romans və mahnı müəllifidir. Onun şöhrəti 1959-cu ildə Azərbaycan İncəsənətinin Moskvada keçirilən dekadasında “Cücələrim” mahnısının ifasında dünyaya yayılıb. İndi dünyanın 100-dən artıq ölkəsində bu mahnı həvəslə oxunur.
Qəmbər Hüseynlinin 100 illik yubileyi doğulduğu Gəncədə də yüksək səviyyədə təşkil olundu.
Qəmbər Hüseynli 1961-ci il avqust ayının 1-də dünyasını dəyişdi. Bəstəkarın vida mərasimi Gəncə Dövlət Dram Teatrında təşkil edilmişdi. Mən ikinci dəfə Qəmbər Hüseynli ilə yenə həmin teatrda görüşdüm. Yadımda qalan odur ki, onun dəfnində, demək olar ki, bütün şəhər iştirak edirdi. Şəhərdə nəqliyyat tamam dayanmış, vida mərasimində iştirak edənlərin sayını isə demək çox çətin idi. 55 ildir ki, Qəmbər Hüseynlinin “Cücələrim” mahnısının səsi qulağımda, məhəbbəti urəyimdə və bəstəkarın istedadı gözümün qarşısındadır. Hazırda Gəncədə çinar ağacının kölgəsində ruhu ilə neçə-neçə nəgməni yaşadan Qəmbər Hüseynli əbədiyyətə qovuşub.
Rübail
Azərbaycan Respublikasının
Əməkdar müəllimi
Aprel, 2016-cı il, Gəncə
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

