Yeni yaranan “Rebus” teatr truppasının növbəti uğuru
14.12.2016 [10:11]
Azərbaycan teatr məkanında ilk addımlarını atan “Rebus” teatr truppası klassik teatr ənənələrindən bəhrələnərək müasir sənət dünyamıza yeni rəngarəng səhnə əsərləri təqdim etməyi qarşısına məqsəd qoyub. Ceyhun Dadaşov, Elnur İsmayılov və Əli Əlizadənin yaratdığı bu teatr truppası qısa müddət ərzində nəinki tanınır, sevilir, həm də ölkəmizi yaxın-uzaq məmləkətlərdə tanıtmağı hədəfləyir. Artıq truppa bu istiqamətdə ilk addımlarını atıb. Belə ki, yaradıcı qrup bu günlərdə Türkiyədə keçirilən beynəlxalq festivaldan Vətənə mükafatla qayıdıb.
Bu barədə AZƏRTAC-a “Rebus” teatr truppasının rejissoru və aktyoru Ceyhun Dadaşov geniş məlumat verib.
Ankarada 21-ci Beynəlxalq Teatr Festivalına iştirak məqsədilə tamaşaları haqqında kiçik məlumat göndərdiklərini bildirən C.Dadaşov deyib ki, festival rəhbərliyi tərəfindən onların iki tamaşası nümayiş olunmaq üçün təsdiqlənib. Bunlardan biri “Mən və mən” monotamaşası, digəri isə “Tesserakt” tamaşası idi.
Onun sözlərinə görə, “Tesserakt” meydan tamaşası olduğundan festivalda hava şəraitinə görə yalnız “Mən və mən” monotamaşasını nümayiş etdiriblər. Eyni zamanda, festival çərçivəsində Ankarada “Cermodern” sənət mərkəzində “Rebus” teatr truppasının aktyorları Elnur İsmayılov və Ceyhun Dadaşov “Biomexanika” və aktyor yaradıcılığında “bədən dili” mövzusunda ustad dərsi keçiblər. Bu uğurlu iştirakdan sonra festivala qatılan bütün iştirakçılar kimi onları da mükafatlandırıblar.
Bu festival həm də “Rebus” teatr truppası üçün yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından düşərli olub.
Ceyhun Dadaşovun sözlərinə görə, bu festivaldan sonra onlar İstanbul teatr festivalına dəvət alıblar: “Bu festivalda adətən dövlət teatrları iştirak edir. İl ərzində bəzən bir-iki özəl truppaları cəlb edirlər. Festivalın təşkilatçısı ilə əlaqə yaratdıq və gələn il festivalda iştirak etmək istədiyimizi söylədik. Bu istəyimiz onlar tərəfindən müsbət qarşılandı”.
Ceyhun Dadaşov qeyd edib ki, bu heç də ilk addım deyil. Belə ki, “Rebus” teatr truppası ilk tamaşasını 2015-ci il avqustun 14-də İranın Təbriz şəhərində təqdim edib. “Tesserakt” tamaşası ilə böyük tamaşaçı sevgisi qazanan truppa İrandan Vətənə mükafatla qayıdıb. Bu ilk uğur teatrın növbəti festivallarda iştirakına təkan verib. Belə ki, elə həmin il İranın Mərivan şəhərində keçirilən festivalda eyni tamaşa ilə iştirak ediblər.
Teatr truppasının məqsəd və fəaliyyət istiqamətlərindən danışan Ceyhun Dadaşov bildirib ki, teatr biomexanika, klassik teatr, pantomima elementlərini özündə cəmləşdirmək yolunda çalışır. “Rebus” teatrı konkret bir janrda işləmir. Müxtəlif janrlarda, modern rəqs, hərəkət istiqamətində işləyərək, sözlü, psixoloji, hətta uşaq tamaşaları hazırlayır. Bu yaxınlarda uşaqlar üçün “Ürək planetinin sakinləri” adlı tamaşaları olub. Tamaşanın müəllifi Əməkdar artist Nargilə Qəribovadır. Kurt Hörtenhuberin əsərlərinin motivləri əsasında yazılan səhnə əsəri böyük maraq doğurub.
Hazırda yeni tamaşalar üzərində işlədiklərini söyləyən gənc rejissor deyib ki, yaxın vaxtlarda teatrsevərlər “Rebus” teatr truppasının ifasında “Kaliqula” monotamaşasına və “Hamlet”ə baxa biləcəklər.
Həmsöhbətimizin sözlərinə görə, onlar həm də aktyor olmaq istəyənlər üçün studiya yaradıblar. 30-a yaxın tələbəni ətrafında birləşdirən studiya başqalarından fərqli olaraq ödənişsiz fəaliyyət göstərir.
Qeyd edək ki, teatr truppası tamaşalarını, məşqlərini və yaratdığı studiyada keçirilən dərslərini “Megafun” əyləncə mərkəzində yerləşən “Modern” özəl teatrının səhnəsində təqdim edir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

