Azərbaycan radio və televiziya işçilərinin peşə bayramı geniş konsert proqramı ilə qeyd edilib
06.11.2018 [08:51]
Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 5-də bayram konserti təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında reallaşan konsertdən əvvəl Azərbaycan Dövlət Televiziya və Radiosunun keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş edilib.
Sonra Azərbaycan Dövlət Televiziya və Radiosunun tarixindən danışılıb, cəmiyyətimiz üçün əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi də nümayiş olunub.
Azərbaycan Televiziya və Radiosu mürəkkəb və şərəfli inkişaf yolu keçib. Fəaliyyətinin ilk mərhələsində televiziya sahəsində mütəxəssislər olmadığından, burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilib. Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə iki saatlıq proqramla efirə çıxıb. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış olmadığı üçün studiya əsasən retranslyator kimi fəaliyyət göstərib.
Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu, müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq göstərib. 1991-ci ildə AzTV rəhbərliyinin təşəbbüsü ilə ölkə teleməkanında ilk özəl studiya - “215 KL” adlı studiya yaradılıb. Sonrakı illərdə Azərbaycan teleradiosunda yetişən peşəkarlar özəl televiziya və radioların qurulması prosesində fəal iştirak ediblər.
Vurğulanıb ki, bu gün geniş tamaşaçı auditoriyasına malik AzTV-nin verilişləri peyk vasitəsilə dünyanın bir çox yerlərində yayımlanır. Bir sıra ölkələrdə onun müxbir məntəqələri fəaliyyət göstərir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və təbliğində ilk milli televiziyamızın rolu danılmazdır. Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası 2007-ci ildə “Avropa keyfiyyəti” medalına layiq görülüb.
Son illər AzTV-də aparılan ciddi islahatlar nəticəsində yeni proqramlar, verilişlər, tamaşalar meydana gəlib, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edilib, efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoyuluşu həyata keçirilib, bir sıra yeni studiyalar yaradılıb. Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, maraqlı sənədli və bədii filmlər nümayiş etdirilir.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə AzTV-nin bir sıra musiqi kollektivləri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun dirijorluğu ilə çıxış edib. Konsertdə xalq və bəstəkar mahnıları səsləndirilib.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

