/ / “Cənub Qaz Dəhlizi” həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin təmininə töhfə olacaq
“Cənub Qaz Dəhlizi” həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin təmininə töhfə olacaq
24.09.2014 [11:36]
AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri, Milli Məclisin deputatı Fuad Muradov
- Fuad müəllim, bir neçə gün öncə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Bu hadisə Azərbaycanın beynəlxalq müstəvidə nufuzuna necə təsir edəcək?
- Bu, çox böyük və tarixi hadisədir. Azərbaycan hələ 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevrilib. Ötən əsrin 90-cı illərində mürəkkəb geosiyasi vəziyyətlə üzləşən Azərbaycan bütün bunlara baxmayaraq zəngin təbii sərvətlərindən istifadə etmək haqqında strateji qərar qəbul edə bildi. Ümummilli liderimiz Heydər Əliyevin üzaqgörən siyasəti nəticəsində bu çətinliklərdən çıxan ölkəmiz Avropada enerji təhlükəsizlik tələbatlarına töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Məhz “Əsrin müqaviləsi” AzərbaycanıAvropaya çıxarmaqla onun milli neft strategiyasının hədəflərərini müəyyənləşdirdi. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün öz uğurlu nəticələrini göstərir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi” Azərbaycanın 20-ci əsrdə imzaladığı böyük müqavilədirsə, Prezident İlham Əliyev tərəfindən imzalanan “Cənub Qaz Dəhlizi” yeni əsrin- 21-ci əsrin nəhəng razılaşmasıdır. “Cənub Qaz Dəhlizi” bu baxımdan, yürüdülən siyasətin davamı olmaqla eyni zamanda Prezident İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür. Hələ 2011-ci ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo arasında keçirilən görüş zamanı “Cənub Qaz Dəhlizi” ilə bağlı Birgə Bəyannamə imzalanmışdı. Bu Azərbaycanla Avropa Komissiyası arasında çox mühüm sənəd idi. Orada təkcə enerji sahəsində deyil, ümumiyyətlə Azərbaycanla Avropa Birliyi arasında sosial-mədəni və digər istiqmətlər üzrə əməkdaşlıqdan bəhs edirdi.
Azərbaycan bu gün Avropanın ən böyük və etibarlı enerji tərəfdaşlarından biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə də öz töhfəsini verməkdədir. Belə status isə ölkəmizin dünyada mövqeyini yüksəkltməklə yanaşı onun etibarlı tərəfdaş olaraq sambalının göstəricisinə çevrilib. “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifə olmaqla ölkəmizə öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək imkanı verəcək. Artıq uzun müddətdir ki, Azərbaycanın malik olduğu enerji ehtiyatlarının Avropanın təhlükəsizliyi istiqamətində istifadəsi haqqında müzakirələr gedirdi. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas iştirakçı kimi fəaliyyət göstərir. Bu əməkdaşlıq artıq ona gətirib çıxarıb ki, Azərbaycan Avropa ölkələri ilə ən yüksək səviyyədə strateji əməkdaşlıq formatında öz fəaliyyətini davam etdirəcək. Qeyd edim ki, aparılan bu işlər qardaş Türkiyə ilə birgə görüləcək.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan bu istiqamət üzrə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına hər zaman hazırdır. Əslində son 10-15 ildə Azərbaycan bu rolu mükəmməl şəkildə həyata keçirir. Bu layihənin həyata keçirilməsi Avropanın Azərbaycanın enerji resurslarına çıxışını təmin edəcək. Eyni zamanda, bu layihə Avropanın Azərbaycan arasında daha dərin iqtisadi əməkdaşlığa imkan verəcək. “Cənub Qaz Dəhlizi” həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin təmininə töhfə olacaq.
- Bu layihədən Avropa hansı faydalar götürəcək? Mürəkkəb proseslər fonunda Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyində necə rol oynayacaq?
- Avropa İttifaqı ilə Azərbaycan ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. 2006-cı ildə Brüsseldə imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” Azərbaycanla Avropa Birliyi arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirib və bu tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün əsas sahələri müəyyən edib. Bu baxımdan “Cənub Qaz Dəhlizi” yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. Enerji resurslarının nəqlinə başlandığı gündən diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Prezident İlham Əliyev tərəfindən aparılan bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasındadır. Bu siyasət artıq ona gətirib çıxarıb ki, bu gün Azərbaycan təkcə Avropa ölkələrinin deyil, bir çox böyük ölkələrin əsas tərəfdaşına çevrilib. Bu baxımdan yeni nəhəng enerji layihələrinin düşünlməsi və həyata keçirilməsi heç kimi narahat etməməlidir.
Çünki biz Avropa Birliyinə vahid platforma kimi baxırıq. Bizim üçün Avropa Birliyi ölkələrinə enerji nəql etmək elə AB-nin enerji təhlükəsizliyinin təmin olunması deməkdir. Avropada bu siyasətin miqyasını çox gözəl başa düşürlər. Amma belə uğurlu strategiya müəyyənləşdirən ölkəmizin bədxahları da az deyil. Bizə məlumdur ki, Avropada Azərbaycanın müstəqil olaraq Avropa Birliyi ilə əməkdaşlığına mane olan bir neçə müxtəlif siyasi qruplar mövcuddur. Onlar Azərbaycanın iqtisadi-sosial sahədə qazandığı uğurlarını, beynəlxalq maliyyə dairələrində Azərbaycanın etibarının yüksəlməsini həzm edə bilmirlər.Odur ki, Azərbaycanın müstəqil siyasəti, beynəlxalq çağırışlara müdrik yanaşması bu qrupları tez-tez hərəkətə gətirir.
Təbii ki Azərbaycan kimi enerji ehtiyatları ilə zəngin olan ölkələr bir az gücləndikdən və müstəqil siyasət yeritməyə başladıqda bu “dostlar” ona öz şərtlərini diqtə etməyə çalışırlar. Azərbaycanın tarixi torpaqları işğal edən Ermənistanın və ona bu işdə kömək etmiş himayədarlarını nəzərə alsaq, bu ikili yanaşmanın səbəbi aydın olur. Amma bu cəhdlər əbəsdir.
- Fuad müəllim, sizcə, Azərbaycanın bu xoşməramlı təşəbbüsləri fonunda Avropa Dağlıq Qarabag probleminə yanaşmada prinsipial mövqe ortaya qoya bilərmi?
- Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizə marağı daha da gücləndirib. Fikrimcə, bu əməkdaşlıq çərçivəsində Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllinə də ciddi diqqət yetirməlidir. Çünki problemin həllinə bu ölkələrin təsir etmək imkanları böyükdür. Məlumdur ki, sülh danışıqları prosesində Ermənistan bütün öhdəliklərinin yerinə yetirilməsindən boyun qaçırır. Bu, Ermənistanın gerçək siyasətidir və bu ölkənin hakimiyyəti bütün danışıqlardan qaçaraq vaxtı uzatmaq və vəziyyəti indiki kimi saxlamaq niyyətindədir.
Beynəlxalq birlik işğalçı dövlətə qarşı ciddi addımlar atmalıdır. Biz də öz tərəfimizdən iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasəti haqqında ətraflı məlumat veririk. Azərbaycan həmişə bütün beynəlxalq təsisatlardakı toplantılarda bütün torpaqlarımızın, o cümlədən Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı məsələsini qaldırır. Avronest PA da bizim üçün bu baxımdan həqiqətləri paylaşmaq üçün yaxşı tribunadır. Avropa ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində rolu mühümdür və bu istiqamətdə səylərini artırılması zəruridir. Regionda təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biri isə Azərbaycanın ərazi bütövlüyünün bərpası və separataçı meyllərin qarşısının qətiyyətlə alınmasıdır.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

