İnkişafın Azərbaycan modeli ölkəmizi uğurdan-uğura aparır
03.02.2015 [18:21]
Bahar Muradova: Azərbaycanla heç kimin güc dilində danışmağa nə iradəsi, nə də hərbi gücü yetməz
Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradovanın SƏS TV-yə müsahibəsi:
- Bahar xanım, Azərbaycan dövləti istər daxili, istərsə də xarici siyasətdə müstəqil addımlarla irəliləyir. Lakin bəzi beynəlxalq təşkilatlar, dairələr ölkəmizin qətiyyətli mövqeyinə qarşı qərəz nümayiş etdirirlər. Sizcə, bunun arxasında hansı məqsədlər dayanır?
- Azərbaycan Respublikası cənab İlham Əliyevin rəhbərliyi altında bölgədə və dünyada gedən proseslərdə fəal iştirak edir. Yürüdülən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq proseslərin fəal aktoruna çevrilib. Azərbaycan istər beynəlxalq təşkilatlar səviyyəsində çoxtərəfli, istərsə də ayrı-ayrı ölkələrlə ikitərəfli münasibətlər zəminində çox etibarlı tərəfdaş, öz öhdəliklərinə sadiq olan, eyni zamanda, daim beynəlxalq hüququn prinsiplərindən çıxış edən ardıcıl və məqsədyönlü siyasət yürüdən bir ölkədir. Yürüdülən siyasətin tam müstəqil olması onun əsas keyfiyyəti, özəlliyidir. Heç bir beynəlxalq təşkilatın, qurumun, ayrı-ayrı dairələrin, ölkələrin diktəsi, təzyiqi, təsiri Azərbaycan siyasətini yönəltmək gücünə malik deyil. Bu siyasət, ilk növbədə, xalqımızın, dövlətimizin maraqlarına hesablanıb və yalnız bu konteksdən çıxış edilir. Dünyada, eləcə də, regionda ölkəmizin geosiyasi vəziyyəti ilə əlaqədar, təbii və siyasi imkanlarımıza hesablanan ən müxtəlif maraqlar, o maraqların toqquşduğu məqamlarda belə Azərbaycanı öz xalqının və dövlətinin maraqlarından çıxış etməkdən çəkindirə bilməz. Bütün bunlar ölkə Prezidentinin apardığı siyasətin qətiyyətli, cəsarətli, müstəqil və yalnız xalqın iradəsinə söykənən bir siyasət olduğunun göstəricisidir. Məhz dövlətimizə yönəlik bir sıra təhdidlərin, bu və ya digər təsir üsullarının seçilməsi, hansısa qərarların qəbulu zamanı Azərbaycanı başqa maraqları da nəzərə almağa məcbur etməyə yönəlmiş cəhdlər heç zaman bu iradəni sındıra bilməz. Odur ki, bizə qarşı yönəlmiş cəhdlərin, qərəzli münasibətin, ölkəmizi qaralama kampaniyasının, gözdən salmaq istiqamətində göstərilən səylərin mahiyyətində, kökündə məhz bu faktorlar dayanır. Dünyada çox az sayda ölkələr var ki, onlar bütün məsələlərə yalnız beynəlxalq hüququn prizmasından yanaşır, tərəfdaşı olduğu ölkənin, beynəlxalq təşkilatların öhdəliklərinə ciddi yanaşır, buna adekvat olaraq öz mövqeyini ortaya qoyur. Bölgədə və Azərbaycanda, eləcə də Azərbaycanın vasitəsilə öz maraqlarını həyata keçirmək istəyən dairələr qarşılarında əsas maneə kimi bu müstəqil iradəni gördükdə əllərində alət olan qeyri-hökumət təşkilatları, beynəlxalq erməniçiliyə xidmət edən təşkilatların köməyi ilə ölkəmizə qarşı qaralama kampaniyası aparmağa çalışırlar. Sifarişlər əsasında işləyən beynəlxalq təşkilatların, bölgədə böyük dövlətlərin demokratiya, söz azadlığı, dini və etnik dözümlülük, tolerantlıq adına həyata keçirmək istədikləri layihələrdə yer alan şəxslərin mövqeyini zərərli tendensiya hesab edirəm. Azərbaycanla bağlı tərtib olunan bir sıra sənədlərdə, hesabatlarda dəyərləndirmələrin qərəzli və subyektiv amillərə söykəndiyi qənaətindəyəm. Ona görə də, biz hər zaman bu kimi hesabatlara qarşı öz mövqeyimizi açıq şəkildə söyləyirik, sağlam tənqidi açıqlamaları qəbul edərək öz fəaliyyətimizdə nəzərə alırıq. Sırf Azərbaycanı dünyada gözdən salmaq nöqteyi-nəzərindən edilən “tənqidlərin” isə əlbəttə ki, layiqli cavabını veririk.
- “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev tərəfindən səsləndirilən tezislər və bəyanatlar gələcəkdə ölkəmizin inkişafına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına hansı töhfələri verə bilər?
- Prezident İlham Əliyev həmin konfransda prezidentlik dövründə ölkəmizin ən müxtəlif istiqamətlər üzrə yüksək inkişaf səviyyəsinə nail olunduğunu növbəti dəfə nümayiş etdirdi. Enerji resursları ilə bağlı olan sektorun, qeyri-neft sektorunun, sənaye, kənd təsərrüfatı, sosial sahənin inkişafı ilə əlaqədar göstərilən rəqəmlər, faktlar ölkəmizin ən qabaqcıl yerlərdə olduğundan xəbər verir. Azərbaycanı kənardan müşahidə edən dairələr açıq şəkildə gördülər ki, regionda və dünyada gedən proseslərə, iqtisadi böhranlara, tənəzzülə rəğmən, münaqişələrin, müharibələrin yaratdığı reallıqlara rəğmən Azərbaycan öz inkişaf tendensiyasını qoruyub saxlayır. Bütün böhranların ölkəmizdən yan keçməsinin xalqımızın bu problemlərdən zərər çəkməməsinin ölkə Prezidentinin atdığı konkret addımların nəticəsi olduğunu görürük. Bu onu göstərir ki, Azərbaycan neft sektorundan asılı ölkə deyil. Dünyada neftin qiymətinin aşağı düşməsi digər ölkələrə kəskin təsirini göstərirsə, Azərbaycana qismən təsir edir. Cənab Prezidentin yeritdiyi siyasətin əsasında insan amilinin dayanması, bu siyasətin Azərbaycan insanının sosial rifahının yaxşılaşdırılması istiqamətinə yönəlməsi, məhz bu kimi böhranların yaratdığı problemlərin daha rahat həll edilməsinə şərait yaradıb. Daxildə əldə edilən nailiyyətlər təkcə ölkəmiz üçün yararlı deyil, həmçinin, dünya ölkələri üçün bir təcrübədir. İnkişafın Azərbaycan modeli deyilən terminin əsasında Ulu öndər Heydər Əliyevin zamanında əsasını qoyduğu möhkəm özül üzərində inkişaf edən Azərbaycan dövlətinin bugünkü nailiyyətləri dayanır. Neft sənayəsinin inkişafından əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ümumi iqtisadiyyatın 3 dəfədən artıq, qeyri-neft sektorunun isə 7 dəfədən artıq yüksəlməsini təmin edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə infrastruktur, enerji layihələrinin reallaşdırılması bir daha onu göstərir ki, yalnız öz resurslarına, imkanlarına, iradəsinə söykənən bir siyasət Azərbaycanda müsbət nəticələrini verə bilir. Dövlətimiz ziddiyyətlər, böhranlar içərisində fırlanan dünyada sabitlik adası kimi görünür. Bu onu göstərir ki, hökumət bu və ya digər inkişafı, layihələri proqnozlaşdırarkən bütün məsələləri düzgün hesablayıb və onları yerinə yetirərkən riskləri nəzərə alaraq yeritdiyi siyasət özünü bütün sferalarda əldə olunan müsbət nəticələrdə göstərir. Bu baxımdan cənab Prezidentin konfransda söylədiyi bütün fikirlər müasir dünyada gedən böhranların əhalimizin sosial durumuna təsir göstərməməsinə şərait yaradacağına inanırıq.
Cənab Prezidentin sözügedən tədbirdə bütün sahələr üzrə görülən işlərdə şəffaflığın təmin edilməsi, israfçılığa yol verilməməsi, maliyyə intizamının qorunması, layihələrin icrası zamanı nəzarətin gücləndirilməsi ilə bağlı söylədiyi fikirlər kifayət qədər ciddi əhəmiyyət kəsb edir. Xüsusilə, vətəndaş-məmur münasibətlərində ölkə rəhbərinin vurğuladığı məqamları qeyd etmək istərdim. O, ilk növbədə, ölkə Prezidentinin və məmurların xalqın xidmətində durmalı olduğunu, onların fəaliyyətinin məzmununun məhz bundan ibarət olduğunu vurğulamaqla bir daha öz siyasi komandasını, hər bir vətəndaşı məsuliyyətli olmağa, təkəbbürlü olmamağa, özbaşına hərəkətlərə yol verməməyə çağırıb. Cənab Prezident özünün birinci növbədə vətəndaşlarımızın hüquqlarının müdafiəçisi olduğunu diqqətə çatdırdı. Bütün bunlar məsuliyyətin artırılmasına, hər bir kəsin vicdanla öz işinə, vəzifəsinə yanaşmağa gətirib çıxaracaq. Hər bir vətəndaş bu kimi amilləri nəzərə almayan məmurların bu günə kimi ölkə Prezidenti tərəfindən cəzalandırıldığını bilir.
Çıxışı zamanı Prezident İlham Əliyev torpaqlarımızı işğal altında saxlayan, bizimlə müharibə şəraitində olan Ermənistanla bağlı da fikirlər səsləndirdi. Bu da olduqca ciddi əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, danışıqlara yalnız danışıqlar xatirinə gedən Ermənistanın beynəlxalq hüququn prinsiplərini pozmasına ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların, eləcə də, ayrı-ayrı dövlətlərin göz yumduğu bir zamanda onlara bir daha xatırladıldı ki, bu siyasət, ilk növbədə, erməni xalqına ziyan vurur. İstər iqtisadi, istərsə də digər sahələrdə tənəzzül dövrünü yaşayan Ermənistana yaxşı heç nə vəd etmir. Regionda daim çiçəklənən, dünya üçün əhəmiyyətli bir dövlətə çevrilən Azərbaycanın imkanlarının daha da artdığı bir dövrdə bu cür mövqenin Ermənistana yalnız bədbəxtçilik gətirəcəyini göstərir. Bu istiqamətdə konstruktiv mövqenin onlara xeyir və fayda gətirəcəyi bir daha Ermənistan tərəfinin diqqətinə çatdırıldı. Təmas xəttində ermənilərin əl atdıqları təxribatları nəzərə alaraq cənab Prezidentin ifadə etdiyi qətiyyətli mövqe bir daha erməni maraqlarına xidmət edən dairələrə, həmçinin, Ermənistana xəbərdarlıqdır. Azərbaycan ordusu bu gün dünyada ən güclü ordular sırasındadır və Azərbaycanla heç kimin güc dilində danışmağa nə iradəsi, nə də hərbi gücü yetməz. Başqa ölkələrin əlində vassal rolunu oynayan, onların maraqlarının ifadəçisi kimi alət qismində çıxış edən ölkə getdikcə simasını daha da itirəcək. Ermənistan müstəqilliyini elan edib, amma faktiki olaraq qeyri-müstəqil siyasət yeridən dövlətlər sırasındadır. Azərbaycanın regionda üçtərəfli tərəfdaşlıq qismində reallaşdırdığı layihələrin bölgə xalqlarına daha çox inkişaf gətirəcəyi danılmazdır. Bütün bu proseslərdən kənarda qalan bir dövlət var, o da Ermənistandır.
Ümumilikdə, sözügedən müşavirədən çıxan nəticə ondan ibarətdir ki, Azərbaycan kənardan heç kimin maliyyə dəstəyini almadan, maliyyə qurumlarından asılılığı olmadan öz resursları hesabına inkişafını, siyasətini quran müstəqil, günü-gündən çiçəklənən bir dövlətdir. Bu, bizi sevindirir, qürurlandırırsa, digər ölkələrə bu modeldən istifadə etməyə imkan yaradır. İnkişafın Azərbaycan modeli ölkəmizi uğurdan-uğura aparır.
- Bu günlərdə, Ermənistan tərəfi hava məkanımızda təxribata cəhd göstərərkən layiqli cavabını aldı. Bu kimi təxribatları bir neçə gün öncə Serj Sarkisyanın Azərbaycana “sürpriz” vəd etməsi ilə əlaqələndirmək olarmı?
- Bu hadisənin Serj Sarkisyanın özünün özünə sürprizi olduğunu düşünürəm. Hər kəs bilir ki, onun sürprizləri erməni xalqına yalnız bədbəxtlik gətirir. Növbəti dəfə onların pilotsuz təyyarəsinin Azərbaycan səmasında vurulması onu göstərir ki, Azərbaycanın hava hücumundan müdafiə qüvvələri, hərbi qüvvələri böyük imkanlara malikdir. Heç kəs Azərbaycan səmasında özbaşınalıq edə, təxribatlar törətməyə cəsarət edə bilməz. Əvvəlki helikopter hadisəsi onlara dərs olmalı idi. Əgər bundan nəticə çıxarmayan Ermənistan təxribatlara əl atırsa, bunun da adekvat cavabı verilir. Sarkisyana belə vasitələrdən çəkinməyi, onun prezident kimi bilavasitə vəzifəsi olan işlərlə məşğul olmağı tövsiyə edərdik. Bu da erməni xalqının maraqları, onun rifahı, inkişafı kimi öhdəliklərdir ki, o, bununla məşğul olmalıdır. Beynəlxalq hüququ heçə saymaqla, başqa ölkənin ərazi bütövlüyünü pozmaqla problemlərinin həll ediləcəyini düşünürsə, yanlış yoldadır. Sarkisyan Ermənistanı bürümüş etiraz dalğalarını səngitmək, daxili vəziyyətdən diqqəti yayındırmaq məqsədi ilə hansısa addımları atmaq, hansısa sürprizləri göstərmək istəsə də, bu, yenidən özünə qayıdır, onun siyasətinin mahiyyətini aşkar edir. Sarkisyan nə danışırsa danışsın, hansı addımı atırsa atsın, bunun arxasında Xocalıda insanlığa qarşı bir vandalizm, soyqırım aktına imza atmış bir insanın siması görünür. Bu sima onlara xoş gəlirsə, bu, Ermənistana daha ağır sürprizlər vəd edir.
- Azərbaycan AŞPA-nın sonuncu iclasında Rusiyanın sözügedən qurumdakı səsvermə hüququndan məhrum edilməsinə dair təklifin əleyhinə səs verdi. Ötən il isə qurumda Krım məsələsinə görə Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Bu dövlətimizin hər zaman haqlı olanın yanında olduğunun göstəricisi sayıla bilər?
- Azərbaycan bütün hallarda müstəqil siyasət yürüdür və hər zaman haqlının yanındadır. Ölkələrin ərazi bütövlüyü, suverenliyi, hüquqlarının tanınması istiqamətində hər zaman doğru addımlar atıb və bu gün də bu davam etdirilir. Beynəlxalq hüquq bütün dövlətlərə şamil olunmalıdır. Harada yerləşməsindən, hansı iqtisadi, siyasi imkanlara sahib olmasından asılı olmayaraq, hər kəs üçün beynəlxalq hüquq eyni tədbiq olunmalıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasında rəhbərliyi həyata keçirərkən, məhz bu prizmadan çıxış edirdi. Bu cür mötəbər təşkilatın tribunasında əsas prioritetinin həm öz ölkəsinin müstəqilliyindən, həm də beynəlxalq hüququn prinsiplərindən çıxış etmək olduğunu dünyaya nümayiş etdirdi. Hansısa maraqların ifadəsinə çevrilib, bu və ya digər subyektiv mövqeləri ortaya qoymadan da cəsarətli siyasət yeritməyin mümkünlüyünü sübut etdi. Bəzi mətbuat nümayəndələri, bəzi dairələr Rusiyanın AŞPA-nın sonuncu iclasında səvermə hüququnun əlindən alınmasında Azərbaycanın əleyhinə səs verməsinin Rusiyaya meyilli siyasətdən irəli gəldiyi qənaətindədirlər. Bu isə qətiyyən belə deyil. Bu, dövlətimizin yeritdiyi beynəlxalq hüququn prinsiplərinə söykənən siyasətin mahiyyətindən doğan addımdır. Biz 22 ildir ki, dünya birliklərini, təşkilatlarını Azərbaycanın pozulmuş ərazi bütövlüyündə səslərini qaldırmağa, Ermənistanın təcavüzkar siyasətinin qarşısını almağa çağırırıq. Özlərinin qəbul etdikləri sənədlərin işğalçı dövlət tərəfindən yerinə yetirməli olduğunu söyləməyə çağırırıq. Bu günə qədər heç bir irəliləyiş yoxdur. Bunlar bizi təəccübləndirir. Ermənistanın bütün ərköyünlüklərinə, təcavüzünə, soyqırımına göz yuman dövlətlər birdən-birə digər ölkələrə niyə sanksiyalar tətbiq etməyə çalışırlar? Ermənistana sanksiyaların tətbiq olunmalı olduğunu söylədikdə bizə sülh yolu ilə məsələni həll etməyi tövsiyə edirlər. Amma demək olar ki, məzmunca eyni münaqişəyə nədən fərqli mövqe sərgilənir? Bu, bir neçə standartların mövcudluğunu göstərir. Bu baxımdan, Azərbaycan məsələyə beynəlxalq hüququn prinsiplərindən yanaşmanı tələb edir. Biz nə Ukraynanın əleyhinə addım atmışıq, nə də Rusiyameyilli mövqe ortaya qoymuşuq. Hesab edirəm ki, biz öz mövqeyimizdən çıxış edərək bu addımı atmışıq.
- Bu ilin payızında keçiriləcək parlament seçkiləri ilə əlaqədar ölkənin siyasi mühitində canlanma müşahidə olunur. Radikal müxalifət düşərgəsində seçki blokları ilə bağlı təkliflər irəli sürülür. Bu onu göstərirmi ki, radikal düşərgənin sosial bazası yoxdur?
- Ölkəmizdə demokratik bir cəmiyyət qurulub. Burada yekcins ictimai-siyasi mühit, yekcins qüvvələr axtarmağa ehtiyac yoxdur. Hər kəs öz maraqlarından, öz imkanlarından çıxış edir. Müxalifətin mövqeyi, yanaşmaları, fəaliyyəti haqqında biz dəfələrlə fikirlər söyləmişik. Bir neçəsini çıxmaq şərti ilə, onların demək olar ki, ölkəmizə faydaları çox azdır. Ən müxtəlif siyasi maraqlar danışır ki, bunların arxasında da siyasi ambisiyalar dayanır. Azərbaycanda nə qədər siyasi partiya varsa, içərisində onun qədər lider olmaq istəyənlər də var. Radikal qanada məxsus düşərgədə xüsusilə, bir partiya bir neçə yerə bölünüb və bunlar da bir-birilə kəskin ziddiyyətli mövqedə dayanırlar. Partiyalararası yox, partiyadaxili münaqişə daha çox qabarır. Təmsil etdikləri siyasi partiyanın daxilində fərdlərin maraq davası baş qaldırıb. Bunun üçün konkret bir mövqedən dəyərləndirmə mümkün deyil. Yaxşı olardı ki, bu məsələni onların öz öhdəsinə buraxaq. Onlar bu prosesdə necə iştirak edəcəklər, bu, onların öz işləridir. Nəyə gücləri çatacaq onu da edəcəklər. Bizim iqtidar partiyası olaraq üzərimizdə böyük öhdəliyimiz var. Seçki mühitinin sağlam rəqabət əsasında qurulmasında maraqlıyıq. Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə neçə illərdir uğur qazanmağın yalnız qanun çərçivəsində baş tutduğunu əyani olaraq sübut edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32

