/ / Professor Robert Hoyland: Mən Azərbaycanın və onun yerləşdiyi bölgənin tarixini, mədəniyyətini dərindən öyrənəcəyəm
Professor Robert Hoyland: Mən Azərbaycanın və onun yerləşdiyi bölgənin tarixini, mədəniyyətini dərindən öyrənəcəyəm
10.06.2015 [09:12]
Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin direktoru professor Robert Hoylandın AZƏRTAC-a müsahibəsi:
- Mərkəzin rəsmi saytında qeyd olunub ki, Azərbaycan və onun yerləşdiyi Qafqaz bölgəsinin zəngin mədəniyyətinin, tarixinin araşdırılması beynəlxalq elm aləminin diqqətindən kənarda qalıb. Sizcə, sabah keçiriləcək elmi konfrans bu boşluğu doldura biləcəkmi?
- Bəli, mən düşünürəm ki, konfrans bu boşluğu doldurmağın yollarını müəyyənləşdirəcək. Çünki biz bir çox ölkələrdən, o cümlədən Almaniya, Böyük Britaniya və Azərbaycandan alimlər dəvət etmişik. Onlar Qafqazda, xüsusilə Azərbaycan və Gürcüstanda müxtəlif sahələrin - memarlıq, tarix və arxeologiya sahələrinin mütəxəssisləridir. Buna görə, bəli, məncə bu elmi konfrans dünyada Azərbaycan və ona qonşu bölgələr haqqında biliklərin genişlənməsinə öz töhfəsini verəcək.
- Ötən il AZƏRTAC-a verdiyiniz müsahibədə Nizami Gəncəvi adına Mərkəzin tezliklə fəaliyyətə başlayacağını qeyd etmişdiniz. O vaxtdan çox keçməsə də, Mərkəzin fəaliyyəti və layihələri haqqında nə deyə bilərsiniz?
- Biz bu qısa zaman ərzində çox işlər görməyə çalışmışıq. Ötən müddət ərzində biz artıq iki tədqiqatçıya elmi iş aparmaq üçün təqaüd vermişik. Bu təqaüdçülər sentyabr ayından öz tədqiqatlarına başlayacaqlar. Bu tədqiqatlar Azərbaycanda mövcud olan dillər və mədəniyyətlərlə bağlıdır. Biz Azərbaycan və rus dillərində kitabların ingilis dilinə tərcüməsinə başlamışıq. Onların arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə Bertelsin “Dahi Azərbaycan şairi Nizami” kitabını qeyd edə bilərəm. Biz, həmçinin Bərdədə tərəfimizdən aparılacaq ilk arxeoloji qazıntılar vasitəsilə qədim Qafqaz Albaniyasının Erkən Orta əsrlərdən etibarən İslam aləminin bir hissəsinə çevrilməsi prosesini tədqiq edəcəyik.
- Bu layihəyə təbii ki, Azərbaycandan böyük maraq göstərilir. Layihə ilə maraqlananlar Mərkəzin fəaliyyətində necə iştirak edə bilərlər?
- Maraqlananlar Mərkəzin Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun saytındakı bölmə vasitəsilə fəaliyyətimizi izləyə və bizə yazılı surətdə müraciət edə bilərlər. Əlbəttə, professor Nərgiz Paşayeva bizim Azərbaycanda təmsilçimizdir və hər kəs onunla əlaqə saxlaya, Mərkəzin fəaliyyəti ilə bağlı, gördüyü vacib işləri izləyə bilər.
- Siz öz sahənizdə dünyada tanınmış alimlərdənsiniz, bir çox əhəmiyyətli layihələrdə iştirak etmisiniz və etməkdəsiniz. Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi Mərkəzinin fəaliyyətindən Mərkəzin Oksford Universiteti tərəfindən rəhbəri kimi məmnunsunuzmu?
- Əlbəttə, mən müxtəlif sahələr üzrə işləməkdən zövq alıram. Vaxtilə Suriya, Yəmən və Misirdə tədqiqatlar aparmışam. Nizami Gəncəvi adına Mərkəzin əhatə etdiyi bölgə mənim üçün yeni bir elmi-tədqiqat istiqaməti olduğuna görə onun tarixi və mədəniyyətini dərindən öyrənmək həvəsindəyəm. Biz Mərkəzin internet səhifəsində bütün fəaliyyətimiz haqqında müntəzəm surətdə məlumat verəcəyik. Buyurub internet səhifəmizi izləyə və öz dəstək məktublarınızı göndərə bilərsiniz.
- Təşəkkür edirəm. Müsahibəyə görə sağ olun.
Xəbər lenti
Hamısına baxSiyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

