“Minsk qrupu 20 ildir həll edə bilmirsə, biz nə etməliyik...”
06.02.2016 [10:15]
Son günlər Azərbaycan cəmiyyətində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu barədə birmənalı olaraq “Azərbaycan bu qurumdan imtina etməlidir” fikri hakim kəsilib. 20 ildir Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin qrup rəhbərinin müavini olan, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bununla bağlı “Modern.az” saytına müsahibə verib.
- Eldar müəllim, 20 illik zaman kəsiyində Azərbaycanı ATƏT PA-da təmsil edən millət vəkili olaraq, son vaxtlar Azərbaycan cəmiyyətində Minsk qrupu ilə bağlı səsləndirilən fikirləri necə qiymətləndirirsiniz?
- Uzun illərdir ki, ATƏT PA-da Azərbaycan parlamentinin nümayəndə heyətinin qrup rəhbərinin müavini kimi fəaliyyət göstərirəm. Ona görə də bu sahədə baş verənlərin, orada nələr olduğunun şəxsən şahidi olmuşam. Yaxşı xatirimdədir, ATƏT PA-nın Rumıniyadan olan sədri Adrian Severn bir dəfə Azərbaycana gəldi və buradan da Ermənistana getdi. Qayıdandan sonra o, özünə Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə təyin etdi.
O vaxt İngiltərədən olan Bryuz ATƏT PA sədri oldu. Onunla yaxın əlaqələrim vardı. Bizim səfirimiz Vaqif Sadıqov idi və onun iştirak etdiyi toplantıda mən qəti etiraz etdim ki, ATƏT PA sədrinə Qarabağ üzrə xüsusi nümayəndə nəyə görə lazımdır. Mən o vaxtdan hiss edirdim ki, bu cür insanların belə təşkilatlarda çox olması bizə qarşıdır. Sonra Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə Qoran Len Marker Azərbaycana gəldi. Biz birlikdə Sabirabada getdik, qaçqın və məcburi köçkünlərlə görüşdük. Sonra onunla söhbətimiz zamanı hansısa məsləyə fikrini soruşanda deyirdi ki, hələ ki səni dinləyirəm. Axırda da dedi ki, dünyada hər kəs erməni lobbisinin işlərindən danışır. Mənim də vəzifəm budur. Demək istəyirəm ki, ATƏT-in Minsk qrupu fəaliyyəti nəticəsində Qarabağ məsələsində 20 ildə 20 mm-lik irəliləyiş edə bilməyib. Bu qurumun vəzifəsi sanki Azərbaycanda olanları ermənilərə çatdırmaq və onları təlimatlandırmaqdır. Amma nə etmək olar, beynəlxalq təşkilatlardan təcrid olunmaq da olmur.
Diqqət edin, görün həmsədrlər nə deyirlər: “İki ölkənin prezidenti siyasi iradə tapıb razılığa gəlsələr problem həll olunar”. Sual olunur ki, bəs onda ATƏT-in Minsk qrupu niyə var, kimə lazımdır? Əgər məsələ bu şəkildə həll olunsaydı, daha bizim belə bir quruma niyə ehtiyacımız vardı ki... Onlar düşünürlər ki, bunların işi prezidentlərin görüşünü təşkil etməkdir.
Axı bunu bizim Xarici İşlər Nazirliyi də təşkil edə bilər. ATƏT-in Minsk qrupunun əsl siması Avropa Şurası Parlament Assambleyasının son sessiyasında ortaya çıxdı. Orada hamı həmsədrlərin erməniləri necə müdafiə etdiyinin şahidi oldu. Prezidentimiz də çıxışında bunu söylədi.
ATƏT PA ilə bağlı daha bir məqamı da diqqətinizə çatdıracam. Bir dəfə Amerikada ATƏT PA-nın iclasında Qoran Len Marker Qarabağla bağlı hazırladığımız materialı gündəliyə salmadı. Buna etiraz etdik. Sonra məsələ gündəliyə salınsa da, ona səs verilmədi. Səbəb də gözümüzün önündə oldu. Sədr bütün deputatları bizim sənədə səs verməməyə çağırdı. Dünyada ikili standartlar var. Bu da məsələnin həllini çətinləşdirir.
- Eldar müəllim, ATƏT-in Minsk qrupu dünyanın üç nəhəng dövlətinin təmsilçiləridir. Demək, onların vasitəçiliyindən imtina da asan deyil. Sizcə, konkret hansı addımı atmalıyıq?
- Mən ATƏT PA-da dəfələrlə bəyan etmişəm ki, həmsədrlər dəyişsə də, bu qurumun sədri daimi biri olmalıdır. Kimsə gəlir, bir il sədrlik edib gedir. Həmsədrlər üç böyük ölkənin təmsilçiləri olaraq haqq-ədalətlə işlərini görməlidirlər. Yeri gələndə haqdan, ədalətdən danışan bu şəxslər əməllərində bunu göstərmirlər. Dünyada miqrant anlayışını formalaşdıran Avropa indi öz qapısını miqrantların üzünə bağlayır. Hər halda hesab edirəm ki, belə bir təşkilatın olmasının bizə heç bir faydası yoxdur. Düşünürəm ki, həmsədrlərin olmağından olmamağı daha məqsədəuyğundur.
Mən ATƏT PA-da Sərsəng su anbarı ilə bağlı dəfələrlə məsələ qaldırmışam. Həyəcanla bildirmişəm ki, qəzalı vəziyyətdə olan bu anbar insanların həyatına təhlükədir, kimsə təminat verə bilməz ki, sabah işğalçı Ermənistan azərbaycanlıları su altında qoymayacaq. ATƏT PA rəhbərliyi bu məsələyə heç bir münasibət bildirmədi. Dedilər ki, ATƏT-in Minsk qrupu bu məsələ ilə məşğuldur. Ancaq mən başa düşə bilmirəm ki, onlar hansı məsələ ilə məşğul olurlar.
- Sizcə, bu gün ATƏT-i hansı ölkə idarə edir?
- ATƏT-i də okeanın o tayından idarə edirlər. Mən bir dəfə ATƏT sədrinə sual verdim ki, ATƏT adından da göründüyü kimi, Avropaya aiddir. Amerika isə Avropa ölkəsi sayıla bilməz. Bəs, Amerikanın bu qurumda nə işi var? Təbii ki, cavab verə bilmədi.
- Maraqlıdır, şəxsən Eldar İbrahimov ATƏT PA-nın xarici ölkələrdən olan üzvləri ilə söhbətində Qarabağla bağlı nələri söyləyir?
- Yunanıstandan olan Petros Efdemoye bir vaxt ATƏT sədri idi və o, ailəvi dostumdur. O, Azərbaycana səfəri zamanı bizim evdə də qonaq oldu. İsti münasibətlərimiz var. Ona dedim ki, sən ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini ortalığa qoymaqla tarixə düşmüş bir sədr ola bilərsən, ona görə də çalış Minsk qrupu ATƏT PA-da hesabat versin. Cavab verdi ki, bu məsələnin üstündə işləyəcəklər. Doğrudan da, o, Xorvatiyada ATƏT PA-nın iclası zamanı bu məsələni qaldırdı. Həmsədrləri də çağırdı və onlar gəlib hesabat verdilər. Azərbaycanın mövqeyi dəstəkləndi.
Sonra dostum yaxınlaşıb dedi ki, sözünün üstündə dayanaraq bunu etdi. Ermənistan işğalçı dövlət kimi tanındı. Biz hər zaman orada çıxış edərək fikirlərimizi bildirmişik. Bir şeyi deyə bilərəm ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə çox səmərəli işləyir, bütün mümkün imkanlardan istifadə edib Qarabağ məsələsini hər an diqqətdə saxlayır.
- Eldar müəllim, ATƏT PA və yaxud da Minsk qrupu həmsədrlərinin verdikləri hər hansı qərar deklerativ xarakterlidir və bunun icra mexanizmi yoxdur. Təcrübəli şəxs olaraq, sizcə, niyə bizlər beynəlxalq təşkilatlara bu qədər güvənirik? Onsuz da onların bizim torpaqları azad etməyəcəklərini bilirik.
- AŞPA-nın son sessiyasında ATƏT-in Minsk qrupu bir daha sübut etdi ki, bu təşkilat haqsızlığın yanındadır, bizim əleyhimizə işləyir. Ancaq biz beynəlxalq təşkilatlardan da təcrid oluna bilmərik. Ona görə də biz hər zaman çıxışlarımızda Ermənistanın işğalçılıq siyasətindən danışmalıyıq.
Ancaq bilməliyik ki, BMT Təhlükəsizlik Şurasından (TŞ) başqa beynəlxalq müstəvidə Qarabağla məşğul olacaq qurumların verəcəyi qərarların icra mexanizmi yoxdur. Amma BMT TŞ də 4 qətnamə qəbul edib. Bəs bunlar niyə həyata keçirilmir? Budur ikili standart, budur ədalətsiz yanaşma. İnsan hüquqlarını qoruyurmuş kimi bu pərdə altında başlayıblar ölkələrə təzyiq göstərməyə. Azərbaycanda keçirilmiş istər prezident, istər parlament seçkiləri ən şəffaf seçkilərdir və dünyanın heç bir yerində belə seçki prosesi həyata keçirilmir.
Mən son olaraq demək istəyirəm ki, bu təşkilatların bizim torpaqlarımızın geri qaytarılmasında heç bir rolları ola bilməz. Sadəcə, biz bu beynəlxalq təşkilatların iclaslarında iştirak etməklə dünyaya səsimizi çatdırmağa çalışırıq. İnanıram ki, BMT gec də olsa bu məsələlərlə məşğul olacaq. Biz torpaqlarımızın azad edilməsi üçün böyük gücə sahibik. Biz istəmirik ki, müharibə olsun. Amma bu problemləri ATƏT-in Minsk qrupu 20 ildir həll edə bilmirsə, biz nə etməliyik. Məntiqlə bu qurumdan imtina etməliyik.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

