/ / Siyavuş Novruzov: Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edə biləcəyini bir daha sübut etdi
Siyavuş Novruzov: Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edə biləcəyini bir daha sübut etdi
13.04.2016 [10:01]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun “AzVision.az”a müsahibəsi:
- Siyavuş müəllim, cəbhə xəttində gedən döyüşlərlə bağlı fikrinizi bilmək istərdik. Azərbaycan 4 günlük müharibədən nə qazandı?
- Azərbaycan ordusu 4 gün ərzində Ermənistanın həm hərbi qulluqçularını, həm də texnikalarını sıradan çıxardı və işğal altında olan bir sıra strateji yüksəklikləri, yaşayış məntəqələrini azad etdi. Bununla da Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edə biləcəyini bir daha sübut etdi. Eyni zamanda, bu məsələdə xalqın birlik nümayiş etdirməsi Ermənistan tərəfinin “münaqişə uzandıqca işğal faktı ilə barışılacaq” mifini dağıtdı. Sübut olundu ki, gənc nəsil daha güclü şəkildə öz torpaqlarının azad olunmasına çalışır və ordu sıralarına qoşulmağa hazırdır.
Bu, eyni zamanda, beynəlxalq təşkilatlara göstərdi ki, dondurulmuş münaqişə sülh demək deyil. Münaqişə dondurulubsa, bunu həll etmək lazımdır. ATƏT-in Minsk qrupuna üzv və həmsədr dövlətlər, beynəlxalq təşkilatlar münaqişənin həlli istiqamətində səylərini artırmalıdırlar. Münaqişə həllini tapmasa, hər an müharibə başlaya bilər.
- Atəşkəs barədə əldə olunan razılaşmadan sonra beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri tərəfindən münaqişənin siyasi yolla həllinə dair fikirlər səsləndirilir. Sizcə, bu səylər münaqişənin həllinə necə təsir göstərəcək?
- Hesab edirəm ki, münaqişə tezliklə sülh yolu ilə həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü mütləq təmin olunmalıdır. Əgər tezliklə münaqişə sülh yolu ilə həllini tapmasa, alternativ yol göz qabağındadır. Ermənilər son 4 gün ərzində bunun şahidi oldular.
- Cəbhədəki hadisələrlə bağlı müxalifət düşərgəsinin mövqeyini necə qiymətləndirirsiniz?
- 4 günlük hərbi əməliyyatlar dövründə, demək olar ki, əksər siyasi partiyalar həmrəylik nümayiş etdirdilər. Bir neçə şəxsi çıxmaq şərti ilə - yerdə qalanlar erməni lobbisinə xidmət edən şəxslərdir. Onlar Azərbaycan dövlətinə qarşı müxalifətdə olan insanlardır. Əli Kərimli və onun dəstəsi ermənilərə xidmət göstərdi. Bütün erməni saytları onun yazdığı statuslara istinad edərək ölkəmizə qarşı kampaniya aparır.
- Ə.Kərimlinin sərgilədiyi mövqe gənclər tərəfindən də etirazla qarşılanır.
- Əli Kərimlinin mövqeyi təkcə gəncləri yox, hər bir Azərbaycan vətəndaşını hiddətləndirir. Çünki Azərbaycanda hər kəs həmrəylik nümayiş etdirdiyi bir vaxtda Əli Kərimli anti-Azərbaycan mövqe sərgilədi. Belə hərəkət heç bir azərbaycanlıya yaraşmır. Gənclər haqlı olaraq bu mövqeyə etiraz edirlər.
- Cəbhədəki hadisələrdən sonra belə çağırışlar var ki, iqtidar-müxalifət dialoqu bərpa edilməlidir. Hazırkı durumda dialoqun keçiriləcəyi gözlənilirmi?
- İqtidar hər zaman dialoqa hazırdır. Son hadisələrə qədər müxtəlif müraciətlər vardı. Partiyalar sərbəst şəkildə müraciətlərini edə bilərlər. Bundan sonra fikir mübadiləsi aparmaq, qərar qəbul etmək mümkündür.
- YAP-çı gənclərin düşmənə qarşı informasiya savaşında iştirak etmədiyi haqda iddialar səsləndirilir. Bu barədə nə deyə bilərsiniz? YAP üzvləri düşmənlə virtual müharibədə necə iştirak edirlər?
- Düşünürəm ki, YAP-ın gəncləri informasiya savaşında çox aktiv şəkildə iştirak edirlər. Nəinki son hadisələr zamanı, ümumiyyətlə, gənclərimiz anti-Azərbaycan qüvvələrə qarşı daim mübarizə aparır. Hər gün YAP Gənclər Birliyinin ofisinə yüzlərlə gənc gələrək həm xaricdəki, həm də daxildəki anti-Azərbaycan qüvvələrə qarşı öz rəylərini bildirirlər. Yəni informasiya müharibəsində çox aktiv şəkildə iştirak edirik.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42

