Həmsədrlər münaqişənin həlli istiqamətində olan təşəbbüsləri dəstəkləməlidirlər
23.05.2009 [10:54]
Milli Məclisin dünənki iclasında Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Minsk qrupu həmsədrlərinin son zamanlar verdikləri bəyanatlara etiraz edib. O, jurnalistlərlə söhbətində də bildirib ki, vasitəçilər öz üzərlərinə düşən missiyanı lazımi səviyyədə yerinə yetirməlidirlər:
- Biz dəfələrlə qeyd etmişik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, onların təmsil etdikləri dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı müəyyən işlər görüblər. Ancaq, eyni zamanda, istər Azərbaycan cəmiyyətinin ayrı-ayrı nümayəndələri, istərsə də ölkə Prezidenti cənab İlham Əliyev bu qurumun fəaliyyətinin Azərbaycan ictimaiyyətini kifayət qədər təmin etmədiyi barədə fikirlər səsləndirib. Bildiyiniz kimi, Minsk qrupu 17 ildir ki, fəaliyyət güstərir, ancaq bu müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, nizama salınması mümkün olmayıb. Təbii ki, bu fakt Minsk qrupunun özünü də narahat etməlidir. Qeyd etdiyim kimi, 17 il heç də az müddət deyil və bu müddət ərzində onlar, yəqin ki, öz fəaliyyətlərinin hər hansı bir son nəticəyə gətirib çıxarmaması üzərində düşünməlidirlər. Bu, məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfinə gəlincə, ümumiyyətlə, vasitəçilik məntiqi onu tələb edir ki, Minsk qrupunun həmsədrləri onların yerinə yetirmək istədiyi missiya ilə bağlı hansısa müsbət təşəbbüs kimin tərəfindənsə və yaxud hansısa bir məqamla əlaqədar irəli sürülürsə, onu gərək müdafiə etsinlər, dəstəkləsinlər. Əgər Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına yönəldilmiş hər hansı bir təşəbbüs istər Minsk qrupunun üzvləri, istər bu qrupa daxil olmayan dövlətlər və yaxud qurumlar tərəfindən irəli sürülürsə, o zaman sözügedən qrupa həmsədrlik edən dövlətlərin istənilən nümayəndəsi də bunu dəstəkləməlidir. Amma biz bunun əksini görürük. Bu hal bir neçə dəfə təkrar olunub. O cümlədən, BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın təşəbbüsünə əsasən sözügedən münaqişə ilə əlaqədar məsələ müzakirə olunarkən Minsk qrupunun həmsədrləri tamamilə əks mövqe tutdular. Digər bir tərəfdən, son zamanlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqələndirilməsi barədə bəyanatlar səslənəndə Minsk qrupunun həmsədrlərindən biri, konkret olaraq, Fransanı təmsil edən Bernar Fasye ortaya tamamilə fərqli müvqe qoydu. Qeyd etdiyim kimi, vasitəçilik məntiqindən çıxış etsək, istər-istəməz cənab Fasye də bu fikrə gəlməliydi, yəni, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müsbət xarakter daşıyan məlum təşəbbüsü dəstəkləməliydi. Bütün bunların hamısını ümumiləşdirərək qeyd etmək istəyirəm ki, həmsədrlər onların missiyalarını yerinə yetirmələrinə dəstək verə biləcək istənilən müsbət təşəbbüsləri müdafiə etməyə borcludurlar, bu, onların vəzifəsidir.
- Əli müəllim, prezidentlərin növbəti görüşü Sankt-Peterburq şəhərində keçiriləcək. Bu görüşdən nəticə gözləmək olarmı? Görüş öncəsi belə bir fikirlər səslənir ki, problemin həlli ilə bağlı baza prinsipləri razılaşdırıla bilər...
- Hər bir görüşün keçirilməsində müəyyən gözləntilər var. Əgər gözləntilər olmasaydı, bu görüşlər keçirilməzdi. Əlbəttə, Azərbaycan münaqişənin nizama salınması üçün bütün addımların atılmasına tərəfdardır. Amma, təəssüf ki, münaqişə hələ də həll olunmayıb. Eyni zamanda, Sankt-Peterburq görüşündən bəzi gözləntilər var ki, bu haqda müəyyən fikirlər səslənir.
- Həmsədrlər bəyan ediblər ki, 2009-cu ildə problemin həllində nəticə əldə oluna bilər...
- Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi mürəkkəb münaqişədir və problemin həll olunması da böyük səylər tələb edir. Bütün səylərimiz ondan ibarətdir ki, münaqişə tezliklə həll olunsun. Azərbaycan qədər münaqişənin tezliklə həll olunmasına çalışan hər hansı tərəf təsəvvür etmək mümkün deyil. Amma problemin həll olunmamasının səbəbi işğalçı Ermənistanın indiyədək danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmasıdır və işğalçı ölkə bu mövqeyini hələ də davam etdirir.
- Qeyd etdiniz ki, Minsk qrupu həmsədrlərinin fəaliyyəti Azərbaycan cəmiyyətini qane etmir. Bu qurumun fəaliyyətinə qarşı cəmiyyətin bütün təbəqələrində narazılıq artmaqdadır. Belə olan halda vasitəçilik missiyasının formatına yenidən baxmaq olarmı?
- Hesab edirəm ki, vasitəçilər öz missiyasını yerinə yetirməyi, sadəcə, regiona səfər etmək və bəyanat verməkdə görməməlidir. Bunu Azərbaycan Prezidenti də vurğulayıb. Əlbəttə, münaqişə tərəflərinin mövqeyinin yaxınlaşması istiqamətində müəyyən addımlar atılıb. Bunu qiymətləndirməmək olmaz. Amma fakt odur ki, münaqişə həll olunmayıb, Azərbaycanın işğal olunmuş torpaqları azad edilməyib, qaçqınlar, məcburi köçkünlər öz yurdlarına qayıtmayıblar. Ona görə də, biz, Minsk qrupunun fəaliyyətinə qiymət verərkən tərəflərin yaxınlaşması istiqamətində səylərə və reallıqların indiyədək dəyişməməsinə istinad edərək mövqeyimizi bildiririk. Məsələyə yanaşmam bundan ibarətdir ki, əgər bir qurum uzun müddət öz vəzifəsini yerinə yetirə bilmirsə, ən azından, formatın dəyişdirilməsi haqqında düşünmək lazımdır.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

