/ / Ölkəmizdə aparılan islahatlar bütövlükdə iqtisadiyyatımızı dinamik, texnoloji və innovativ edəcək
Ölkəmizdə aparılan islahatlar bütövlükdə iqtisadiyyatımızı dinamik, texnoloji və innovativ edəcək
06.09.2019 [09:01]
Milli Məclisin deputatı Tahir Mirkişili www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, məlum olduğu kimi, sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 250 manata çatdırılıb. Sizcə, bu artım əhalinin rifah halına necə təsir göstərəcək?
- Minimum əməkhaqqının səviyyəsinin çox ciddi iqtisadi və sosial funksiyası var. Minimum əməkhaqqının artırılması cəmiyyətdə davamlı olaraq maddi rifah halının yaxşılaşmasına, əməyə verilən qiymətin artmasına, əmək məhsuldarlığının yüksəlməsinə, işçilərin ixtisaslarına olan tələbin artmasına səbəb olur. Azərbaycanda 2019-cu ildə minimum əməkhaqqının 130 manatdan 250 manata qədər, yəni təqribən 2 dəfə artması çox ciddi iqtisadi və sosial hədəflərdən xəbər verir.
İlk öncə onu deyim ki, minimum əməkhaqqının bu dərəcədə kəskin artımı üçün iqtisadi potensial olmalıdır ki, bu artımı maliyyələşdirmək mümkün olsun. Digər tərəfdən, tənzimləmə mexanizmləri təkmil olmalıdır ki, artım kəskin inflyasiyaya səbəb olmasın. Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar nəticəsində iqtisadiyyatın şəffaflaşması bu artımı artan büdcə gəlirləri hesabına maliyyələşdirməklə etibarlı maliyyə mənbəyi ilə təmin etdi. Digər tərəfdən, inflyasiyanın 2,5% olması artımın real dəyərinin qorunub saxlanmasının göstəricisidir. 2019-cu ilin 6 ayının iqtisadi yekunları, əhalinin gəlirlərinin 6,6% artması bu prosesin davamlı olacağını deməyə əsas verir. Eyni zamanda, minimum əməkhaqqının artması orta aylıq əməkhaqqının da artmasına təsir görtərir ki, bu proses artıq başlayıb. Düşünürəm ki, 2019-cu ilin yekun göstəriciləri əhalinin real gəlirlərinin daha çox artmasını göstərəcək.
- Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu prosesin hazırkı səviyyəsi haqqında nə deyə bilərsiniz?
- 2019-cu ilin 6 ayının iqtisadi göstəriciləri qeyri-neft sektorunda əhəmiyyətli kəmiyyət və keyfiyyət göstəricilərinin əldə edildiyini deməyə əsas verir. Həcm cəhətdən qeyri-neft sektorunun ümumi artımının ümumi daxili məhsulun artımını üstələməsi, qeyri-neft sənayesinin 15,7%, kənd təsərrüfatı istehsalının isə rekord 13% artması bu sahələrdə görülən işlərin mühüm nəticələridir. Qeyri-neft ixracımızın da 15% artması bu prosesin kompleks hal aldığı və həm də miqyas effektindən qaynaqlandığı anlamına gəlir.
Digər tərəfdən, vergi yığımında qeyri-neft sektorunun payının 70%-ə çatması bu sektorun iqtisadi faəliyyətdə aparıcı rol oynaması deməkdir. Gəlirlərin bölgüsünün əsas güzgüsü olan vergi yığma sistemində qeyri-neft sektorunun aparıcı rolu bu sektorun həm də sosial sahələrin inkişafında artıq həlledici rolundan xəbər verir. Digər tərəfdən, ölkə iqtisadiyyatına investisiyaların da əsas hissəsinin qeyri-neft sektoruna qoyulması, insan kapitalının inkişafı və bu kapitalın da əsasən qeyri-neft sektorunun inkişafına yönəldilməsi bu sahənin inkişafını davamlı və sürətli etməkdədir.
- Qarşıda duran vəzifələrdən biri də ölkəmizin ixrac potensialının artırılmasıdır. Azərbaycan məhsullarının mövcud ixrac səviyyəsi və daha hansı sahələrdə ixrac potensialının artırılmasının mümkünlüyü haqqında fikirlərinizi bilmək istərdik...
- Azərbaycanın ixrac potensialının artırılması və ixracın reallaşması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bir tərəfdən ixrac potensialının artırılması üçün sənaye istehsalı artırılır, sənaye parkları artıq öz bəhrəsini verir, kənd təsərrüfatı istehsalı artır, emal sənayesi inkişaf etdirilir. Turizm xidmətlərinin inkişafı üçün regionlarda əhəmiyyətli tədbirlər həyata keçirilir. Bütün bu layihələr ixrac potensialını artırır və ixracetmə üçün məhsul yaradır. Digər tərəfdən, yeni ixrac bazarları əldə etmək və ənənəvi bazarları genişləndirmək üçün həm dövlət tərəfindən, həm də sahibkarların özləri tərəfindən müxtəlif səylər və tədbirlər həyata keçirilir. Məhz bu tədbirlərin nəticəsində 2019-cu ilin 6 ayı ərzində qeyri-neft ixracımız 15% artmışdır.
Ancaq ixrac bazarlarının genişləndirilməsi həm də ciddi rəqabətlə üzləşmək deməkdir. Dövlətin əsas dəstək funksiyası sahibkarlar üçün xarici bazarlarda inzibati maneələrin aradan qaldırılmasına nail olmaq və onlar üçün bazara daxil olmanı asanlaşdırmaq və marketinq fəaliyyətinə dəstək verməkdir. Amma xarici bazarlarda rəqabət aparmaq ixraçatçıların əsas funksiyası olmalıdır. Bunun üçün isə daxili istehsalda texnologiyaların və innovasiyaların tətbiqini genişləndirmək, əmək məhsuldarlığını artırmaq və proaktiv marketinq fəaliyyəti aparmaq lazımdır. Düşünürəm ki, ölkəmizdə aparılan islahatlar bütövlükdə iqtisadiyyatımızı dinamik, texnoloji və innovativ edəcəkdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03

