/ / Azərbaycan dövləti koronavirusla mübarizə məqsədilə bütün mümkün tədbirləri maksimum effektiv şəkildə həyata keçirməyə çalışır
Azərbaycan dövləti koronavirusla mübarizə məqsədilə bütün mümkün tədbirləri maksimum effektiv şəkildə həyata keçirməyə çalışır
04.09.2020 [09:34]
Milli Məclisin deputatı Soltan Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Soltan müəllim, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin rejimi sentyabrın 30-dək uzadılıb. Cəmiyyətimizdə bu məsələ geniş müzakirə olunur. Sizcə, karantin rejiminin uzadılmasını zəruri edən səbəblər nədir?
- Bilirsiniz ki, Azərbaycan elə ilk günlərdən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirdi. Cənab Prezident də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimiz üçün ən vacib məsələ vətəndaşların sağlamlığıdır. Çünki bu, həm də milli təhlükəsizlik məsələsidir. Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Məhz buna görə də, Azərbaycan dövləti bir çox iqtisadi və maliyyə risklərini gözə alaraq vətəndaşların sağlamlığının qorunması üçün bütün mümkün addımları atdı. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyət başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi məhz bu məqsədə xidmət edirdi. Qısa zamanda səhiyyə sisteminin effektiv fəaliyyətini təmin edən addımlar atıldı, modul tipli xəstəxanalar quruldu. Yeni laboratoriyalar formaslaşdırıldı. 46 xəstəxana koronavirus xəstələrinə xidmət göstərmək üçün ayrıldı. 575 çarpayılıq “Yeni Klinika” fəaliyyətə başladı, Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq xəstəxana istifadəyə verildi. Bu günlərdə isə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 820 yerlik modul tipli növbəti hospitalın açılışı oldu. Bu tədbirlər virusun daha böyük miqyasda yayılmasının qarşısını almağa, yoluxanların müalicəsi üçün imkanların genişləndiriılməsinə şərait yaratdı. Nəticədə sağalanların sayı yoluxanların sayını üstələdi və biz müsbət dinamika əldə etdik. Bu dinamikanı qoruyub saxlamaq üçün karantin rejimin tətbiqi olduqca mühüm əhəmiyyət kəsb edir.
COVID-19 yeni tip virus olduğundan tam şəkildə müalicəsi hələ ki yoxdur. Dünyanın müxtəlif ölkələrində bu istiqamətdə ciddi araşdırlmalar aparılır. Peyvəndin tapılmasına qədər virusun yayılmasının qarşısının alınmasının hələlik ən effektiv yolu insanların kütləvi şəkildə toplaşmasının məhdudlaşdırılması, fiziki məsafənin saxlanılması və tibbi qoruyucu vasitələrdən istifadədir. Karantin rejiminin müddətinin uzadılması da insanların sağlamlığının maksimum dərəcədə qorunmasına hesablanıb.
- COVID-19 infeksiyası ilə mübarizədə Azərbaycanın səhiyyə sisteminin maddi-texniki bazasını, tibb personalının peşəkarlığını necə dəyərləndirirsiniz?
- Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri, ölkəmizə gələn həkimlər, mütəxəssislər bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. Azərbaycan dövləti virusla mübarizə məqsədilə bütün mümkün tədbirləri maksimum effektiv şəkildə həyata keçirməyə çalışır. Qeyd etdiyim kimi, yeni xəstəxanaların fəaliyyətə başlaması, qısa müddətdə müasir laboratoriyaların qurulması, ən yüksək standartlara cavab verən testlərin ölkəmizə gətirilməsi bizim əldə etdiyimiz nailiyyətləri şərtləndirən əsas amillərdir.
Ölkəmizə gələn xarici mütəxəssislərin əsas qeydlərindən biri ondan ibarət idi ki, Azərbaycandakı xəstəxanalar Ümumdünya Səhiyyə Təşkilatının müalicə protokollarında təsdiq olunmuş bütün dərman preparatları ilə təchiz olunub. Təminatın yüksək olması, müalicə protokollarına dəqiqliklə əməl olunması Azərbaycanda COVID-19-dan ölüm sayının az olmasını əsas səbəblərindən biridir. Müvafiq avadanlıqların, süni tənəffüs aparatlarının düzgün tətbiqi də burada mühüm rol oynayıb. Bütün bunlar həm də bizim həkimlərimizin yüksək peşəkarlığından xəbər verir. Bunu xarici mütəxəssislər də xüsusi qeyd edirdilər.
- Yeri gəlmişkən, avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub. Azərbaycan Prezidenti cənab İlham Əliyev hospitalın açılışında videoformatda iştirak edib. Dövlətimizin başçısı açılışda cəmiyyətə ciddi mesajlar verib. Bu barədə nə deyə bilərsiniz?
- Cənab Prezident bir daha qeyd etdi ki, Azərbaycan dövləti insanların sağlamlığını qorumaq, pandemiyadan ən az itki ilə çıxmaq üçün bütün tədbirləri davam etdirməkdə qərarlıdır. Əsas məsələlərdən biri, vətəndaşlarımızın bundan sonra da verilən qərarlara ciddi şəkildə riayət etməsidir. Çünki bu, elə bir xəstəlikdir ki, onunla mübarizədə vətəndaş həmrəyliyi, dövlətlə xalq arasında qarşılıqlı inam, etimad, milli birlik olduqca mühüm əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, cənab Prezident öz çıxışında bir daha karantin rejiminin məhdudiyyətlərinə əməl etməyin vacibliyini xüsusi olaraq vurğuladı. Azərbaycan hüquqi dövlətdir və hər bir vətəndaşa münasibətdə ədalətli davranılması ölkəmizdə idarəçilik fəlsəfəsinin təməl prinsiplərindən birini təşkil edir.
- Soltan müəllim, koronavirus pandemiyası ilə mübarizədə bütövlükdə cəmiyyətimizin üzərinə hansı vəzifələr düşür?
- Pandemiya hələ ki, bitməyib və onun bitəcəyi tarixi də indiki halda dəqiq proqnozlaşdırmaq mümkün deyil. Ona görə də, hər birimiz bu məsələdə maksimum dərəcədə məsuliyyətli olmalıyıq. Burda hansı vəzifədə çalışmasından, ictimai statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı məsuliyyət hissi ilə yanaşmalıdır. Hesab edirəm ki, cəmiyyətin böyük bir hissəsi bu xəstəliyə qarşı mübarizədə kifayət qədər yüksək məsuliyyət nümayiş etdirir. Biz əldə etdiyimiz müsbət dinamikanı saxlamaq üçün bundan sonra da diqqətlə, məsuliyyətlə davranmalıyıq.
Pandemiya dövrü mahiyyət etibarilə həm də dövlətlər üçün bir sınaq idi. Hesab edirəm ki, dövlətimiz bu sınaqdan uğurla çıxmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Lakin, COVID-19 həm də cəmiyyətlər üçün bir sınaqdır. Bu sahədə də nikbin olmağa əsas yaradan faktlar kifayət qədərdir. Əminəm ki, məhz dövlət-xalq birliyi, Azərbaycanda mövcud olan həmrəylik bizim koronavirusa qalib gəlməyimiz üçün kifayət qədər ciddi imkanlar yaradır.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

