Beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın qanuni haqqıdır
07.10.2020 [08:52]
Milli Məclisin deputatı Rauf Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Rauf müəllim, son günlər Azərbaycan Ordusu işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq uğurlu əks-hücum əməliyyatı həyata keçirir. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirir. Təcavüzkar Ermənistanın sentyabrın 27-dən Azərbaycana qarşı başladığı genişmiqyaslı hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları uğurla davam edir. Şanlı Ordumuz artıq Cəbrayıl şəhəri başda olmaqla işğal altında olan bir sıra qəsəbə və kəndlərimizi, böyük strateji əhəmiyyəti olan Murovdağ və digər yüksəklikləri işğaldan azad edib. Əks-hücum əməliyyatları zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və texnikası məhv edilib. Torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda mübarizə aparan rəşadətli, qəhrəman Ordumuza yeni qələbələr arzu edirəm.
Düşmən ən müasir silahlarla təchiz olunmuş qəhrəman Azərbaycan Ordusu qarşısında davam gətirə bilmir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş, müdrik siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə, o cümlədən ordu quruculuğunda yüksək nəticələr əldə olunub. Azərbaycan Ordusu hazırda dünyanın ən güclü 50 ordusu sırasındadır.
Rəşadətli Ordumuz yüksək ruh yüksəkliyi ilə işğal altında olan torpaqlarımızı azad etmək üçün qarşıya qoyulan vəzifələri yüksək peşəkarlıqla və qəhrəmanlıq nümunələri göstərərək yerinə yetirir. Bizim yolumuz haqq yoludur. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan bütün torpaqlarımızı azad edəcək və üçrəngli bayrağımız Xankəndidə, Şuşada və Qarabağın işğaldan azad olunan digər yaşayış məntəqələrində dalğalanacaq. Bu şərəfli vəzifənin yerinə yetirilməsində qəhrəman Azərbaycan Ordusuna uğurlar arzu edirəm.
- Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində, eləcə də xarici kütləvi informasiya vasitələrinə müsahibəsində atəşkəsin bərpa edilməsi üçün şərtləri açıqladı. Bu barədə nə deyə bilərsiniz?
- Son günlərdə Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti dəfə müraciət edib, bir sıra nüfuzlu xarici kütləvi informasiya vasitələrinə müsahibələr verib. Bu, hazırda baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Cənab Prezident həm Azərbaycan xalqına müraciətində, həm də müsahibələrində Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi. Dövlətimizin başçısı bir daha qətiyyətli mövqeyini nümayiş etdirərək bəyan etdi ki, atəşkəsin bərpa olunması üçün Paşinyan Azərbaycan xalqından üzr istəməli, “Qarabağ Ermənistan deyil” deməli və işğal olunmuş torpaqlarımızı tərk etmək üçün konkret cədvəl verilməlidir.
Bütün Azərbaycan xalqı Prezidentimizlə qürur duyur. Prezident İlham Əliyevin bu qətiyyətli mövqeyi bir daha göstərdi ki, dövlət və milli maraqlarımız hər şeydən üstündür. Baxmayaraq ki, müəyyən beynəlxalq dairələr sadəcə atəşkəsin bərpa olunmasına çalışırlar, hətta açıq şəkildə işğalçı ermənilərə dəstək verirlər...
- Yeri gəlmişkən, Fransa Prezidenti Emmanuel Makron erməniləri açıq şəkildə dəstəkləyən bəyanat verib. Buna münasibətiniz necədir?
- Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən son hadisələrlə əlaqədar Latviyanın paytaxtı Riqada verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilk missiyasına uyğun gəlmir, birtərəfli və qərəzlidir. Makronun bu qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı onu göstərir ki, bu ölkə Minsk qrupu həmsədri kimi funksiyasını yerinə yetirə bilmir. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik müssiyasını yerinə yetirməli olan bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq”, - deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Bu, işğalçı Ermənistanı açıq-aşkar dəstəkləmək və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir.
Vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi. Bu bəyanatla Fransa 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu. Belə olan halda, Fransanın Minsk qrupu həmsədrliyindən kənarlaşdırılması müzakirə olunmalıdır.
Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır. Bu savaş Azərbaycanın işğal olunmuş torpaqları işğaldan tam azad edilənədək davam edəcək. Bu, bizim haqq işimizdir. Dağlıq Qarabağ münaqişəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur.
Qəhrəman Ordumuz ruh yüksəkliyi ilə Qarabağda ərazi bütövlüyümüz uğrunda apardığı müharibəni uğurla davam etdirir. Bizim yolumuz haqq yoludur. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan torpaqlarımızı azad edəcək və qələbə bayrağımız Xankəndində, Şuşada və digər işğaldan azad olunan torpaqlarımızda dalğalanacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

