İsa Qəmbər casusları müdafiə edir
09.08.2012 [23:06]
Radikal müxalifətin anti-milli fəaliyyət göstərməsi yeni məsələ deyil. Cəmiyyətimiz zaman-zaman bu düşərgənin qeyd olunan istiqamətdəki fəaliyyəti ilə bağlı ortaya çıxan faktlarla tanışdır. Yəni, kimsəyə sirr deyil ki, şəxsi maraqları naminə Müsavat və AXCP rəhbərləri milli maraqlarımıza zidd fəaliyyətdən çəkinmirlər. Məlumdur ki, Azərbaycanın sürətli inkişafı, müstəqil siyasət həyata keçirməsi müəyyən xarici dairələri narahat edir. Ona görə də, həmin dairələr daim ölkəmiz haqqında beynəlxalq müstəvidə mənfi rəy yaratmağa çalışır, həmçinin, ölkəmizdə sabitliyi pozmağa cəhdlər edilir. Təsadüfi deyil ki, xarici qüvvələr bu prosesdə məhz Azərbaycan müxalifətinin radikal qanadından öz məqsədləri üçün istifadə edirlər. Anti-milli mövqe tutan Müsavat və AXCP kimi partiyalar isə böyük həvəslə həmin qüvvələrin qulluğunda dayanırlar. “Eurovision 2012” mahnı müsabiqəsi ərəfəsində bunun bir daha şahidi olduq.
Onu da vurğulamaq yerinə düşər ki, ölkəmizin müstəqilliyinə qarşı olan xarici qüvvələr öz məqsədləri üçün casuslardan da istifadə edirlər. Təəssüf ki, belələrinin sırasında öz vətəndaşlarımız da var. Diqqətçəkən məqam odur ki, radikal müxalifət, konkret olaraq, Müsavat Partiyasının başqanı İsa Qəmbər belələrinin müdafiəsində canfəşanlıq edir. Belə ki, bu günlərdə İ.Qəmbər İran xüsusi xidmət orqanlarına casusluqda ittiham edilərək həbs olunmuş “Tolişi Sədo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədovun “hüquqlarının müdafiəçisi” Rafiq Cəlilovla görüşüb. Yayılan məlumatlara görə, görüşdə onlar H.Məmmədovun müdafiəsi üzrə görülən işlər və “mümkün birgə tədbirlər barədə” fikir mübadiləsi aparıblar. Bu fakt bir daha təsdiqləyir ki, İ.Qəmbər kimilər öz siyasi məqsədləri üçün, hətta casusları belə müdafiə etməkdən çəkinmir və bu yöndə xaricdən gələn sifarişləri yerinə yetirirlər.
Yeri gəlmişkən xatırladaq ki, H.Məmmədovun həbsi üçün kifayət qədər əsaslı arqumentlər olub və bu barədə hüquq-mühafizə orqanları ictimaiyyətə məlumat verib. Həmin məlumatda bildirilib ki, Hilal Məmmədovun barəsində cinayət təqibinin başlanması və həbs qətimkan tədbirinin seçilməsi konkret ictimai-təhlükəli əməl törətməsi ilə əlaqədardır. H.Məmmədov xarici dövlətlərdən birinin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilərək Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı əleyhinə fəaliyyət göstərməsi, milli, irqi, dini nifrət və düşmənçiliyin salınması, habelə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə vətəndaş müraciəti və Daxili İşlər Nazirliyinə daxil olmuş əməliyyat məlumatı əsasında Cinayət-Prosessual Məcəlləsinin və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun müddəalarına riayət edilməklə 2012-ci il iyunun 21-də saxlanılıb.
İstintaqla müəyyən edilib ki, uzun illər ərzində jurnalist peşəsinin və mədəniyyət mərkəzinin rəhbəri vəzifəsinin imkanlarından yararlanan H.Məmmədov 1992-ci ildən etibarən İranın xüsusi xidmət orqanının əməkdaşı Əbdoli Əli Həmzəli oğlu tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı zərərinə fəaliyyət göstərib, bunun müqabilində mütəmadi şəkildə birbaşa maddi vəsait alıb. Verilmiş tapşırıqlar əsasında Hilal Məmmədov respublikamıza qarşı düşmənçilik fəaliyyəti aparmaqda istifadə olunması üçün zəruri məlumatları toplayıb İranın kəşfiyyat qurumuna ötürüb, eləcə də, belə məlumatlara malik şəxsləri müəyyənləşdirib, həmin təşkilatın nümayəndələri ilə əlaqələndirərək, casusluğu ilə dövlətə xəyanət edib. H.Məmmədov dövlətin konstitusiya quruluşunun təhlükəsizliyini sarsıtmaq məqsədilə yuxarıda adı çəkilən Əbdoli Əli Həmzəli oğlu və digərləri ilə cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə etməklə müxtəlif vaxtlarda İranda keçirilən konfranslardakı çıxışlarında, “Səhər-2” televiziya kanalındakı müsahibələrində, “Tolişi Sədo” qəzetində dərc olunmuş məqalələrində və tərcümə etdirərək yaydığı kitablarda respublikamızın ərazisində yaşayan azsaylı xalqların həyatına, mədəniyyətinə, ənənələrinə, tarixinə inam və hörməti sarsıdan fikirlər bildirib, aşkar surətdə milli ayrı-seçkiliyin və düşmənçiliyin salınmasına yönələn hərəkətlər edib. Hilal Məmmədov saxlanılarkən şahidlərin iştirakı ilə keçirilmiş baxış zamanı üzərində və yaşadığı mənzildə ümumi çəkisi 33,183 qram olan narkotik vasitə - heroin, həmçinin, qanunsuz fəaliyyətində istifadə etdiyi kompüter və digər informasiya daşıyıcıları aşkar edilib götürülüb.
Yuxarıda göstərilənlərə əsasən, Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Göründüyü kimi, müəyyən dairələr bu şəxsin həbsini siyasiləşdirməyə cəhd göstərir və Müsavat başqanı İ.Qəmbər bu prosesdə fəal iştirak edir. Maraqlıdır, İ.Qəmbər İran xüsusi xidmət orqanlarına casusluq edən şəxsi nədən belə canfəşanlıqla müdafiə edir? Əslində, Müsavat başqanının İran sevgisi çoxdan var. Hələ Bakı-Ceyhan əsas ixrac boru kəmərinin marşrutu müzakirə edilərkən, İ.Qəmbər bu kəmərin məhz İran ərazisindən keçməsini təklif etmişdi. Yəqin ki, casusların da müdafiə edilməsi bu “sevgi”nin kökündən qaynaqlanır. Amma bütün hallarda casusları müdafiə etməklə, Müsavat başqanı bir daha anti-milli mövqeyini ortaya qoyur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

