Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Uğurlu diaspor siyasəti milli həmrəyliyi və bütövlüyü təmin edən faktordur

Uğurlu diaspor siyasəti milli həmrəyliyi və bütövlüyü təmin edən faktordur

09.08.2012 [23:07]

Milli həmrəyliyin təmin olunması, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, onların təşkilatlandırılması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli nailiyyətlər əldə edilib
Xəbər verildiyi kimi, Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda forum keçirilib. Forumda Azərbaycanın dövlət, hökumət və parlament nümayəndələri, Rusiya və Türkiyə rəsmiləri iştirak ediblər. Məlumat üçün qeyd edək ki, forumun işində 26 ölkədən 172 diaspor təşkilatının 200 nəfər nümayəndəsi iştirak edib. Onların 157 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləridir.
ümumilikdə, forum çərçivəsində Azərbaycanın diaspor siyasətinin əsaslarından və istiqamətlərindən, bu sahədə əldə edilmiş əhəmiyyətli nailiyyətlərdən, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor şəklində uğurlu fəaliyyətindən, eyni zamanda, perspektiv gözləntilərdən bəhs edilib.
Məlum olduğu kimi, Azərbaycanın diaspor siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli maraqlara və dəyərlərə müvafiq surətdə həyata keçirilən xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biri olan diaspor siyasəti özünəməxsus önəm kəsb edərək bütün dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsini təmin edib. “Müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi vətənidir” - deyən ümummilli lider Heydər Əliyevin milli həmrəylik və bütövlüyə fundamental töhfələr bəxş edəcək universal ideoloji formula səciyyəsi daşıyan azərbaycançılıq ideologiyasının əsasını qoyması və onu milli ideologiyaya çevirməsi diaspor siyasətinin uğurlu olmasını təmin etməklə yanaşı, dünya azərbaycanlılarının da təşkilatlanmasını şərtləndirib. Beləliklə, diasporun formalaşdırılması və təşkilatlandırılması milli həmrəyliyə və bütövlüyə fundamental töhfələr bəxş etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan siyasətinə yardımçı olan əhəmiyyətli faktor kimi çıxış edib. Eyni zamanda, Ulu öndərin əsasını qoyduğu uğurlu diaspor siyasəti xaricdə yaşayan hər bir soydaşımızın milli maraqlarımızı prinsipiallıqla müdafiə etməsini və onların öz milli kimlikləri ilə fəxr etmələrini təmin edib.
Bəhs olunan toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bununla bağlı qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Dünya azərbaycanlılarının I qurultayında xaricdə yaşayan azərbaycanlıların fəaliyyət fəlsəfəsini ehtiva edən bir prinsip müəyyənləşdirib: Hər bir azərbaycanlı yaşadığı ölkənin dəyərli vətəndaşı olmalıdır.
Əli Həsənov diasporun fəaliyyətinin ikinci mühüm şərti olaraq ümummilli lider Heydər Əliyevin “Xaricdə yaşayan hər bir soydaşımız azərbaycanlı olduğunu unutmamalıdır” prinsipini vurğulayıb. O qeyd edib ki, azərbaycanlılar haqqında elə obraz formalaşdırılmalıdır ki, hər bir soydaşımız öz milli mənsubiyyəti ilə fəxr edə bilsin.
Bu gün isə xarici siyasət strategiyasının mühüm istiqaməti və elementi qismində səciyyələndirilən diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə uğurla həyata keçirilir. Milli ideologiya əsasında davam etdirilən diaspor siyasətinin uğurlu nəticələri kimi, ölkəmizi təmsil edən diaspor təşkilatlarının fəaliyyətinin əhatə dairəsi genişlənir, səmərəlilik səviyyəsi isə daha da artır. Bunlar isə, nəticə etibarilə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi işinə önəmli töhfələr verir.
Praqmatik diaspor siyasətinin növbəti uğurlu nəticələrindən biri də beynəlxalq aləmdə ölkəmizə qarşı ermənilər tərəfindən davam etdirilən çirkin təbliğatın-qara piar kampaniyasının alt-üst edilməsidir. Belə ki, uzun müddət erməni lobbisinin dünyanın bir çox ölkəsində Azərbaycana qarşı apardığı qara piar kampaniyası artıq neytrallaşdırılmaqdadır. Daha da dəqiqləşdirsək, Azərbaycan Respublikasının “hücum diplomatiyası” sayəsində dünya ictimaiyyətinə relevant informasiya (və ya mövcud həqiqətlər) və faktlar çatdırılmaqdadır və informasiya savaşında əhəmiyyətli üstünlük əldə edilməkdədir. Bütün bunlar isə beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmlənməsinə mühüm töhfələr bəxş etməklə yanaşı, ölkəmizə qarşı həyata keçirilən təbliğatın da qarşısının alınmasına yardımçı olur. çıxışında bu məsələyə toxunaraq Azərbaycan dövlətinin diaspor quruculuğu işinə başqa ölkələrlə müqayisədə bir qədər gec başladığını qeyd edən Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin son on ildə bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev dünyanın hər hansı ölkəsində yaşayan hər bir azərbaycanlının hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verir.
Nəticə etibarilə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin aktual çağırışlara müvafiq surətdə həyata keçirdiyi uğurlu diaspor siyasətinin qanunauyğun nəticəsi kimi, hazırda milli həmrəyliyin təmin və mühafizə olunması, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, onların təşkilatlandırılması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli nailiyyətlər əldə edilib.
Paylaş:
Baxılıb: 906 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30