Azərbaycanla Serbiya arasında siyasi əlaqələr yüksək səviyyədədir
27.11.2012 [00:58]
YAP Sədrinin müavini Əli Əhmədov Serbiya Baş nazirinin müavini, Serbiya Sosial Demokratik Partiyasının sədri Rasim Lyayiçlə görüşüb
Dünən Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov Serbiya Sosial Demokratik Partiyasının sədri, bu ölkənin Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin başçılıq etdiyi nümayəndə heyəti ilə partiyanın mənzil qərargahında görüşüb.
Qonağı salamlayan Əli Əhmədov Azərbaycanla Serbiya arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, bu əlaqələr təkcə hökumətlər arasında deyil, hakim partiyalar arasında da inkişaf edir. “Bir neçə ay əvvəl partiyalarımız arasında əməkdaşlığa dair sənəd imzalanıb. Əlaqələrimizin genişlənməsi hər iki tərəfin marağındadır. Çünki bu əlaqələr dövlətlərarası və hökumətlərarası münasibətlərin inkişafına da müsbət təsir göstərir” - deyə, YAP Sədrinin müavini vurğulayıb. “Azərbaycana çox vacib missiya ilə gəlmisiniz” deyən, Əli Əhmədov qeyd edib ki, iqtisadi və digər sahələrdə də münasibətlərin inkişafı sevindiricidir. Onun fikrincə, bu münasibətlərin daha da inkişafı üçün geniş imkanlar var və bu imkanlardan istifadə olunmalıdır.
Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Rasim Lyayiç də öz növbəsində hər iki partiya arasında əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. “Səfərimiz çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə və digər rəsmi şəxslərlə məhsuldar görüşlər keçirmişik. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, amma bu əlaqələrin digər sahələrdə də inkişafında maraqlıyıq. Son 3 il ərzində dövlətlərimiz arasında 20-dən çox sənəd imzalanıb. Ən mühüm sənəd isə gələn ilin fevralında imzalanacaq strateji tərəfdaşlıq haqqında saziş olacaq. Bu saziş əlaqələrimizin digər sahələrdə də inkişafına müsbət təsirini göstərəcək” - deyə, Serbiya Baş nazirinin müavini vurğulayıb.
Görüşdə qeyd olunub ki, Azərbaycanla Serbiya beynəlxalq müstəvidə də yaxından əməkdaşlıq edir. Bir sıra məsələlərdə, xüsusilə ərazi bütövlüyü məsələsində mövqelərimiz üst-üstə düşür. R.Lyayiç Azərbaycan tərəfinə Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə, Kosovonun müstəqilliyini tanımadığına görə minnətdarlıq edib. Eyni zamanda, bildirib ki, Serbiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. “Serbiya Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə dəstək verib. Həmçinin, belə dəstəyi bir sıra beynəlxalq məsələlərdə Azərbaycandan görmüşük” - deyə, qonaq bildirib.
İqtisadi əməkdaşlığa da böyük önəm verildiyini deyən R.Lyayiç səfər çərçivəsində Azərbaycan-Serbiya biznes forumunun keçirildiyini xatırladıb. Onun sözlərinə görə, bu forumda Serbiyanın 25 şirkətinin nümayəndələri iştirak edib və həmçinin, Azərbaycanın 70-dən çox şirkəti Serbiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafında maraqlıdır. Bu faktor iqtisadi sahədə əlaqələrin daha da inkişafına təsirini göstərəcək.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə YAP İcra katibinin müavinləri, millət vəkilləri Mübariz Qurbanlı və Siyavuş Novruzov iştirak edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

