/ / “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin birinci kitabı oxuculara təqdim edilib
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin birinci kitabı oxuculara təqdim edilib
03.12.2024 [20:57]
Azərbaycan Dövlət Nəşriyyatı (“Azərnəşr”) “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinə başlayıb.
AZƏRTAC xəbər verir ki, çoxcildliyin birinci kitabına Ulu Öndər Heydər Əliyevin xalqın istəyi və tələbi ilə yenidən ölkə rəhbərliyinə gəldiyi 1993-cü ildə çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və s. daxil edilib. Kitabda yer alan materiallar 1993-cü ilin iyunundan oktyabrınadək olan dövrü əhatə edir. Bu materiallarda həmin dövrdə ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər müdrikliklə, obyektiv şəkildə təhlil olunur. Kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə təcrübəsi əksini tapıb, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilib.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ictimai-siyasi fəaliyyətinin 1993-cü ilin iyunundan sonrakı dövrünü əhatə edən “Müstəqilliyimiz əbədidir” kitabı ilk dəfə “Azərnəşr” tərəfindən 1997-ci ildən başlayaraq 46 cilddə nəfis tərtibatda nəşr edilib. Çoxcildlik respublika ictimaiyyətinə yaxşı məlumdur. Cildlərin xronoloji ardıcıllıqla təqdim edilməsi tədqiqatçılar üçün geniş imkanlar yaradır. Kitablarda Heydər Əliyevin müxtəlif ölkələrə səfərləri, sammitlərdə iştirakı, görüşləri, bəyanatları, məktubları, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mühüm çıxışları, Azərbaycana gələn xarici ölkə rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlarla görüşləri zamanı çıxış və nitqləri təqdim olunub və bütün bunlar o dövrün öyrənilməsi üçün dərs vəsaiti kimi qəbul olunur.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamından ruhlanan “Azərnəşr”in kollektivi “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyini təkrar nəşr edib oxuculara çatdırmağı qarşısına məqsəd qoyub. Təkrar nəşrin səbəbi cəmiyyətin bütün təbəqələrindən olan insanların - gənclərin, tələbələrin, tədqiqatçıların, elm adamlarının, dissertantların, politoloqların, iqtisadçıların - bir sözlə, çoxminli oxucu kütləsinin istəyi və tələbatıdır. İnanırıq ki, bu kitabı incəliklərinə qədər öyrənərək mənimsəyən Azərbaycan vətəndaşları qətiyyətlə və məsuliyyətlə deyəcəklər: “Heydər Əliyevin hər bir əsəri dərslikdir - vətəndaşlıq, dövlətçilik və Vətənə sevgi dərsliyi”.
Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.
Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

