Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Novruz Məmmədov: Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoqun Bakıda keçirilməsi təbiidir

Novruz Məmmədov: Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoqun Bakıda keçirilməsi təbiidir

09.04.2013 [11:37]

“Dünya İqtisadi Forumunun (Davos Forumu) Bakıda keçirilməsi Azərbaycan dövləti üçün böyük əhəmiyyət kəsb edir”. Bunu “Publika.Az”-a eksklüziv açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. 
Bakıda keçirilən “Cənub Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunun əhəmiyyətindən danışan N.Məmmədov deyib ki, bu cür beynəlxalq tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasını bir daha göstərir. Şöbə müdiri qeyd edib ki, artıq dünyada gedən geosiyasi, iqtisadi, təhlükəsizlik proseslərinin ağırlıq mərkəzi Avrasiya məkanına keçir.
“Azərbaycan bu məkanda mühüm mövqeyə malikdir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyada geosiyasi proseslərə böyük töhfə verən və regionun lider dövlətidir. Azərbaycanda hər il onlarla beynəlxalq tədbir keçirilir və bu, bütün dünyanın diqqətini çəkir. İlk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında Avropa Olimpiya Komitəsi qərar qəbul etdi. Necə deyərlər, biz bütün bunlara alışmışıq. Ola bilsin ki, bizim üçün bu adiləşib. Amma tarix keçirilən həmin tədbirlərin qiymətini verəcək. Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoqun Bakıda keçirilməsi təbiidir. Bunun Davos Forumu çərçivəsində edilməsi isə Azərbaycana verilən önəmin göstəricisidir”.

Paylaş:
Baxılıb: 1051 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30