Yanvarın sonuna kimi...
01.01.2025 [14:54]
Real nəticə gözləməyə dəyər
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki....
Azərbaycana qarşı ayrıseçkilik və qaralama kampaniyasının nə vaxt bitəcəyi ilə bağlı sualların cavabı nisbətən konkretləşməyə başlayır. Böyük ehtimalla bu siyasət yekunlaşa, ən azı səngiyə və ya da formasını dəyişə bilər.Çünki bu kampaniyanı konkret dövlətlər və konkret dövlət adamları başladıblar...
Qalibiyyətli Qarabağ müharibəsi və Antiterror tədbirlərindən sonra daha açıq şəkil almış kampaniya COP 29 hazırlıqlarına start verilən kimi daha intensiv şəkil aldı. Bəzən elə təsəvvür yaranırdı ki, müəyyən dövlətlər və onların başçıları COP- un Azərbaycanda keçirilməsi barədə beynəlxalq qərarın dəyişdirilə biləcəyinə sanki inanırlar, buna can atırlar. Vaxtımızı, enerjimizi, resurslarımızı müəyyən qədər aldılar, istədikləri nəticəni ala bilmədilər...
Prezident İlham Əliyevin yeni il və həmrəylik təbrikindən bir fikri yerinə düşdüyü üçün xatırladım.
"Azərbaycana qarşı şər, böhtan, qaralama, ayrıseçkilik böyük ehtimalla yanvarın sonlarından dayanacaq, biz buna ümid edirik"- Prezidentin fikrində dəqiq orientir həqiqətən o məqama söykənir ki, yuxarıda dediyim kimi, bu kampaniya konkret dövlətlərdən və onkret şəxslərdən başlayıb.Demək ki, konkret dövlətlərin və şəxslərin mövqeyində müasir dünya və region reallıqlarına uyğun olaraq dəyişikliklər baş versə, əks- kampaniyalar azala və sıradan çıxa bilər.
Digər tərəfdən, böyük ehtimalla, Prezident İlham Əliyev kampaniyaların bitəcəyi son müddət olaraq yanvarın sonlarından danışmaqla konkret mətləblərə söykənir.Məlumdur ki, bu il yanvarın 20- də ABŞ- ın seçilmiş yeni prezidenti D.Tramp rəsmən fəaliyyətə başlayacaq. Gözləntilər çoxdur, yenidir. Bir sıra anonslar verilib. Anonsu verilmiş bütün məsələlərin Tramp tərəfindən icra ediləcəyini hələ iddia etmək çətindir.Ancaq onun vəd etdiyi məsələlərin ümumi istiqamətinə uyğun siyasət aparması da kifayətdir. Əgər belə etsə, ABŞ tarixinə "öz doktrinası" ilə düşəcəyinə iddialı ola bilər. Öz Doktrinası ilə tarixdə qalan hansı ABŞ prezidentindən zəifdir ki?! ...
Uilyam Taft, Teodor Ruzvelt, bu günlərdə 100 yaşında dünyasını dəyişmiş Cimmi Karter. Reyqan və digərləri öz " doktrinaları" ilə tanınmırlar?! Əgər Tramp Amerikanın qlobal və regional siyasətində bir sıra məsələlərə yanaşmasını dəyişsə bu onun özünəməxsus "Doktrinasına" çevrilə bilər.Dövlətlərin daxili işlərinə müdaxilədən, müxtəlif regionlarda münaqişələri qızışdırmaqdan, Amerikanın dövlət siyasətini bəzi məlum diaspor- lobbi qruplarının ( məsələn ,erməni diasporu və sair) mənafelərinə qurban verməkdən geri dursa, hər şeyi sırf Amerikanın öz dövlət - milli təhlükəsizlik prinsipləri üstündə qursa, bu elə yeni prezident doktrinası olmazmı? Bu istiqamətlərdə ABŞ- ın müxtəlif ölkələri , məsələn Fransanı, Almaniyanı, Hollandiyanı və digırlərini Azərbaycanın əleyhinə yönəltməsi də ziyanlı bir təmayül kimi ortadan qalxmış olar. Amerika üçün də yaxşı olar, ayrı-seçkilikdən əziyyət çəkən Azərbaycan kimi ölkələr üçün də yaxşı olar, alətə çevrilmiş Fransa kimi ölkələr də resurslarını öz daxili problemlərinin həllinə yönəltməklə bir ildə azı 4 dəfə hökumət dəyişmək kimi rüsvayçılıqdan can qurtara bilərlər. Kim bilmir ki, Avropanın bir sıra ğlkələrini, eləcə də Kanadanı Azərbaycanın üstünə qışqırdan bəzi ABŞ hökumətləridir....Demək, hökumətin xarakteri dəyişsə, onun Azərbaycan əleyhinə "alət, maşa dövlətlər" saxlamasına ehtiyac da qalmaz. ..
Birinci dönəm prezidentliyi dövründə Trampın bəzi yanaşmaları onun ABŞ tarixində yeni "prezident doktrinası " yarada biləcəyi ehtimalını gücləndirir.Konkret olaraq, Tramp 2016- 2020- ci il aralığındakı ilk prezidentlik dönəmində yeni münaqişə və müharibə ocaqları yaratmadı, Azərbaycan kimi ölkələrin daxili işlərinə kobud müdaxilə etmədi,Azərbaycanın öz ərazi bütövlüyünün bərpasına yönəlik müharibə haqqına əməli olaraq heç bir maneçilik törətmədi və sair....Yeni dönəmdə Trampın artıq özünü doğrultmuş keçmiş siyasət kursunu sadəcə davam etdirməsi yetər ki, dünyada bir sıra mütərəqqi tendensiyalarla bərabər, həm də onun şahidi olaq ki, Azərbaycan dünyada ayrıseçkiliyin hədəfi olmasın...
Prezident İlham Əliyevin "yanvarın sonlarında Azərbaycana qarşı kaçpaniyalar bitə bilər" fikri əsaslıdır....Real nəticə üçün gözləməyinə dəyər....
Aydın Quliyev,
"Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18

