Məcburi köçkün uşaqları üçün daha bir məktəb binası tikilir
31.07.2013 [09:36]
İyulun 30-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi ilə bağlı inşaat işlərinin vəziyyətini öyrənmək məqsədi ilə həmin ərazidə olub.
Qurumun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Baş nazirin müavini Əli Həsənov ərazidə aparılan inşaat işləri ilə tanış olub və tikintini aparan şirkətin rəhbərliyinə və iş icraçılarına işlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün tapşırıq və tövsiyələrini verib.
Tikinti şirkətinin rəhbərliyi inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıb və istənilən qədər texnikanın, işçi qüvvəsinin, eləcə də tikinti materiallarının olduğunu bildirib.
Qərara alınıb ki, məktəb binası avqustun sonunadək, yüksək keyfiyyətlə təhvil verilsin.
Bütövlükdə bir hektar sahədə inşa edilən 300 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam etdirilir. Məktəbdə sinif otaqları ilə yanaşı, idman, akt zalları, laboratoriyalar, fənn kabinələri, kompyuter otağı və yeməkxananın da tikintisi aparılır. Məktəbin ətrafında isə idman meydançaları tikilir. Həmçinin bina elektrik, su və müasir istilik sistemi ilə tam təchiz ediləcək.
Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi böyük tarixə malikdir. Bu təhsil ocağı 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərərək ölkə təhsilinin inkişafına öz töhfələrini verib, Dağlıq Qarabağda azərbaycançılıq ideyalarının, ədəbiyyatımızın, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğində, gənc nəsildə yüksək mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il dekabrın 30-da məktəbin gələcəkdə də səmərəli fəaliyyətinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq Xankəndi sakinlərinin böyük bir qisminin müvəqqəti məskunlaşdığı Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün 300 şagird yerlik yeni binanın tikintisi məqsədi ilə Sərəncam imzalayıb.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

