Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda demokratik inkişafın milli modeli formalaşıb

Azərbaycanda demokratik inkişafın milli modeli formalaşıb

04.09.2013 [08:35]

Əli Əhmədov: Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir dövlətə çevrilib
Bu, bir gerçəklikdir ki, hazırda Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Yəni, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi rasional strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bugünkü dinamik inkişafın strateji əsaslarını təşkil edir. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun da qeyd etdiyi kimi, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə olunan nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub: “Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir dövlətə çevrilib”.
Dinamik iqtisadi inkişaf milli tərəqqini sürətləndirən faktordur
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə xalqın, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran başlıca komponentlərdən biri qismində dinamik iqtisadi inkişaf çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi tendensiyası, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Sadalananların məntiqi nəticəsidir ki, ölkəmiz ötən 10 il ərzində dinamik inkişaf mərhələsi keçib.
Əsaslı ictimai-siyasi sabitlik dövlətimizin milli gücünü təmin edən komponent kimi
Eyni zamanda, güclü, qüdrətli Azərbaycanın sürətli tərəqqisini şərtləndirən digər amil mütəmadi səciyyə daşıyan ictimai-siyasi sabitlikdir. Yəni, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi, yekun rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir. Həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.
Bütün bunların qanunauyğun nəticəsi kimi, Azərbaycan cəmiyyətində Prezident İlham Əliyevin adı iqtisadi inkişaf və sabitliklə assosiasiya olunur.
Bu məsələyə toxunan YAP-ın Sədr müavini - İcra katibi qeyd edib ki, Azərbaycan vətəndaşları son 10 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər: “Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə və Azərbaycanın inkişafı olduqca yüksək qiymətləndirilməkdədir”.
Azərbaycanda demokratik inkişafın milli modeli formalaşıb
Prezident İlham Əliyevin rasional daxili siyasət kursunun effektiv nəticələrindən birini də Azərbaycanın demokratiya yolunda inamla irəliləməsi təşkil edir. Ümumiyyətlə, demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Odur ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən başlıca amil qismində mütəmadi surətdə həyata keçirilən sistem-struktur islahatları çıxış edir.
Başqa sözlə, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədovun vurğuladığı kimi, gənc və müasir Azərbaycan dövlətinin müsbət imicini formalaşdıran amillərdən biri də ölkəmizin demokratikliyidir: “İnsan və vətəndaş hüquq və azadlıqlarının mütəmadi olaraq təmin və müdafiə olunması, demokratiyanın inkişafı istiqamətində davamlı olaraq mühüm addımların atılması Azərbaycanın seçdiyi inkişaf yolunun aydın təzahürləridir. Demokratik inkişaf həm də Azərbaycanın gənc və müasir dövlət kimi dünya birliyinə sürətli inteqrasiyasını təmin edən ən mühüm vasitələrdəndir”.
“Azərbaycandakı bəzi müxalifət dairələri ölkəyə kənardan təsir göstərmək istəyən maraqlı qruplarla sinxron fəaliyyət göstərir”
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli iqtisadi inkişafı, müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini davamlı surətdə möhkəmləndirməsi, demokratik inkişaf yolunda qətiyyətlə irəliləməsi ölkəmizlə tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə malik olan dövlətlərdə pozitiv təəssürat yaratsa da, bəzi dairələrdə narahatlıq hissi meydana gətirir. Məhz buna görə də, həmin anti-Azərbaycan dairələri ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq, xaos mühiti yaratmaq, dövlətimizə təzyiq etmək üçün nəinki ölkəmizə qarşı qara piar kampaniyası aparır, eyni zamanda, illeqal vasitələrə istinad edirlər. Bu sırada daha çox ölkə daxilində fəaliyyət göstərən “siyasətçi”lərin, onların yaratdıqları dəstələrin, qondarma qurumların fəaliyyətindən istifadə edilir. Beləliklə, xarici maraq qruplarından maliyyələşən və konkret güclərin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən bir sıra daxili antimilli ünsürlərin nümayiş etdirdiyi anti-azərbaycançı fəaliyyət bəhs olunan dağıdıcı qüvvələrin nəyə qadir olduğunu və kimlərə xidmət etdiyini aşkar surətdə əks etdirir. Bu qüvvələr sırasında “Milli şura” adlı qondarma qurumda “birləşmiş” və qurumun fəaliyyətinə dəstək verən autsayderlər xüsusilə fərqlənir.
YAP-ın Sədr müavini - İcra katibi bu məsələyə toxunaraq qeyd edib ki, Azərbaycandakı bəzi müxalifət dairələri ölkəyə kənardan təsir göstərmək istəyən maraqlı qruplarla sinxron fəaliyyət göstərir: “Bunun qabarıq ifadələrindən biri odur ki, müxalifətin bəzi namizədləri, bir sıra hallarda isə müxalifət partiyaları özlərinə dəstəyi Azərbaycanın içərisində deyil, ölkədən kənarda axtarmağa meyil göstərirlər. Bir neçə gün bundan əvvəl müxalifətin “dublyor” namizədinin hansısa xarici ölkəyə dəvət edilməsi xəbəri yayılıb. Azərbaycanın prezidenti seçilmək istəyən bir kəs öz dəstəyini niyə ölkədən xaricdə axtarır? Məgər onu Azərbaycandan kənarda prezident seçəcəklər? Yaxud müxalifətin namizədi “bəyənilmək” üçün xaricə getməlidir? Niyə onu Azərbaycandan kənarda “bəyənməlidirlər”? İrəli sürülən namizədlərə münasibətini ifadə edəcək bir subyekt varsa, o da Azərbaycan xalqıdır”.
Nurlan QƏLƏNDƏROV

Paylaş:
Baxılıb: 1135 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31