Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir
05.09.2013 [09:40]
Cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclər əldə edilən uğurları yüksək qiymətləndirir və gələcəyə optimist baxırlar
Bu bir həqiqətdir ki, gənclər malik olduqları qabiliyyət və bacarıqla maksimum şəkildə dövlətin inkişafına töhfə vermək üçün bütün potensialını ortaya qoyan, ölkənin daxili və xarici siyasətində özünəməxsus rol oynayan qüvvə kimi hər zaman diqqət mərkəzində olub. Müasir dövrdə gənclərin cəmiyyətin həyatında avanqard mövqeyilə ictimai-siyasi proseslərin önündə yer alması, dövlətin gələcəyinin onlarla bağlı olması gənc nəslin üzərinə böyük məsuliyyət qoyur. Bu mənada gənclər daim dövlətin diqqət və qayğısı ilə əhatələnir, onların layiqli vətəndaş, kreativ qüvvə kimi formalaşmaları üçün əlverişli şərait yaradılır.
Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş aparılır. Dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini nümayiş etdirir.
Bu, bir faktdır ki, müstəqilliyin ilk illərində, xüsusilə, AXC-“Müsavat” hakimiyyəti dönəmində gənclərdən ən çirkin məqsədlərin reallaşdırılması üçün istifadə edirdilər. Amma Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra gənclərin perspektivli gələcəyinin qurulması üçün fəaliyyətə start verildi. Gənclər və İdman Nazirliyi yaradıldı, Dövlət proqramları qəbul edildi, gəncliyin inkişafı ilə bağlı xeyli sayda Sərəncam və fərmanlar imzalandı. Bütün bunlar bir məqsədə - gənclərin milli-mənəvi dəyərlərə malik, vətənpərvər vətəndaş kimi yetişdirilməsinə xidmət edirdi. Gənclərə göstərilən etimad isə qısa müddət ərzində öz effektini verdi: Azərbaycan dünyada idman ölkəsi kimi tanındı, gənclərimiz elm sahəsində çoxsaylı nailiyyətlər əldə etdi, qlobal səviyyəli təşkilatların üzvü seçildi və s.
Məlum olduğu kimi, hazırda Ulu öndər Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. “Azərbaycan gəncliyinin inkişafı (2011-2015-ci illər)” Dövlət Proqramı icra olunmaqdadır. Bütün bu söylənilənlərin fonunda gənclərin cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal rol oynaması üçün perspektivli, real iş platforması təqdim etməsi kompleks qayğını labüdləşdirib. Artıq gənclər onlar üçün yaradılmış şəraitdən istifadə edərək, intellektual və yaradıcılıq baxımından kamilləşirlər. Ölkəmizin fəal gəncləri də qəzetimizə açıqlamalarında bunu təsdiqləyiblər.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadənin qənaətinə görə, bu gün Azərbaycan dinamik inkişaf yolunda irəliləyir. Bu tərəqqi bütün sahə və sektorları əhatə edir. Ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini qeyd edən Ş. Seyidzadə əlavə edib ki, gənclərə xüsusi diqqət və qayğının göstərilməsi olduqca təqdirəlayiqdir.
“Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin prioritetlərindən birini də gənclərə xüsusi diqqət və qayğının göstərilməsi təşkil edir. Ötən 10 ildə gənclər siyasətinə sərf olunan maliyyə vəsaiti 100 dəfə artıb. Hazırki dönəmdə ölkəmizdə “Azərbaycan gəncliyinin inkişafı (2011-2015-ci illər)” Dövlət Proqramı icra olunmaqdadır. Bütün bunlar gənclərin səmərəli fəaliyyətinin formalaşmasına və inkişafına özünəməxsus töhfələr verir” -deyə, o, vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir. Bu siyasət bir çox inkişaf etmiş ölkələrin gənclər siyasətindən daha üstün və səmərəlidir: “Məsələn, Avropa Gənclər Fondu 47 ölkəni əhatə edir və büdcəsi təxminən 3 milyon avro civarındadır. Azərbaycan Gənclər Fondunun 1 illik büdcəsi isə 5 milyon manat təşkil edir. Məhz bu fakt da ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əhəmiyyətini göstərir”.
Ş.Seyidzadə onu da əlavə edib ki, iqtisadi, sosial, siyasi, mədəni və digər sahələrdə mövcud olan yüksək inkişaf tempi gələcəyə daha optimist baxmağa imkan verir.
Demokratik Azərbaycan Naminə İctimai Birliyinin sədri Elməddin Behbud isə vurğulayıb ki, Azərbaycanın ən müasir tarixi xronikasına nəzər yetirsək, görərik ki, əhalimizin ən dinamik və çoxsaylı kəsimi olan gənclər ölkə əhəmiyyətli bütün məsələlərlə bağlı hər zaman ortaya birmənalı mövqe qoyublar: “Bunun əsası isə 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra gəncliyə və onun gücünə böyük önəm verərək onlarla keçirdiyi tarixi görüşdən sonra qoyulub. Bundan sonra biz 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasını, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsini, 1997-ci ildə fevralın 2-nin Gənclər Günü elan edilməsi ilə bağlı Fərmanın imzalanmasını və digər uzunmüddətli strategiyanın nümunələrini müşahidə edə bilərik. İndiyədək qəbul olunan Dövlət gənclər proqramlarının icrası yüz minlərlə insanı əhatə edib və bu proses hazırda da davam etməkdədir”.
Onun sözlərinə görə, ölkə gənclərinin önəmli hissəsi regionda və Azərbaycanda baş verən prosesləri diqqətlə izləyir: “Gənclər prosesləri doğru-dürüst şəkildə təhlil edərək ötən illər ərzində gərgin əmək nəticəsində qazanılan nailiyyətlərin qorunub saxlanılmasını və inkişaf etdirilməsini istəyirlər. Azərbaycanın dünyada artan nüfuzu, hərbi və iqtisadi gücünün yüksəlməsi, sabit ictimai-siyasi durum Azərbaycan gənclərini dövlətimiz ətrafında birləşdirən əsas səbəblərdəndir”.
O, 2011-2015-ci illəri əhatə edən Dövlət gənclər proqramının bütün müddəalarının icrası istiqamətində atılan addımların sevindirici olduğunu deyib: “Gənclik hər zaman dinamizmin, yeniliyin, pozitivliyin ifadəsidir. Azərbaycan dövləti Avropada özünün gəncyaşlı əhalisinin üstün sayına görə fərqlənir. Bu cəhətdən düşünürəm ki, gənclər mükafatının təsis olunması ilə bağlı verilən Sərəncam Azərbaycan gəncliyinin elmi, ictimai, intellektual və yaradıcı sahədə fəaliyyətini daha da stimullaşdırmaqla onların sivil dünyaya inteqrasiyası, öz imkanlarını yüksək səviyyədə dövlətimizin inkişafı üçün sərf etmələri baxımdan çox mühüm addımdır”.
NURLAN
OKTAY
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

