193 ölkə bir çətir altında
24.10.2025 [10:39]
24 oktyabr - BMT günüdür
Təqvimdə elə günlər var ki, bütün dünya üçün önəmlidir. 24 oktyabr məhz belə gündür. Tarixin bu günündə - 1945-ci il oktyabr ayının 24-də Birləşmiş Millətlər Təşkilatı (BMT) təsis edilib. Bu həmin dövr idi ki, ayrı-ayrı ölkələrdə milyonlarla insanın həyatına son qoyan, humanitar, ekoloji fəlakətlərə yol açan İkinci Dünya müharibəsi təzəcə başa çatmışdı. Dünya anlayırdı ki, bəşəriyyətin nicatı həmrəylikdə, münaqişələrin, yaranan çağırışların həllinin birlikdə tapılmasında və məsuliyyətin bölüşdürülməsindədir. Beləliklə, qeyd olunan tarixdə dünyanın ən güclü 50 dövləti tərəfindən bir sıra hallarda “Ümumdünya Hökuməti” də adlandırılan BMT yaradılıb.
Sülh, inkişaf və insan haqları prinsipləri...
BMT-nin fəaliyyəti 3 sütun üzərində qurulub: Sülh və təhlükəsizlik, inkişaf və insan hüquqları. Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı, bir sözlə Yer kürəsinin 80 faiz ərazisi BMT-nin mandat sisteminə daxildir.
BMT-nin məqsədlərinə beynəlxalq sülh və təhlükəsizliyin qorunması, ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və insan hüquqları və əsas azadlıqlara hörmətin təşviq edilməsi daxildir.
Azərbaycanın BMT-də layiqli təmsilçiliyi
Azərbaycan 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən az sonra - 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilib. BMT üzvlüyü Azərbaycana bərabərhüquqlu üzv kimi beynəlxalq ictimaiyyətə qovuşmaq və təşkilatın Nizamnaməsində əks olunmuş mexanizmlərdən istifadə edərək, öz təhlükəsizliyi və rifahını təmin etmək, eləcə də beynəlxalq sülh və inkişafa töhfə vermək üçün əməkdaşlıq etmək imkanını açıb.
Resp?blikamızla BMT arasında real məzmunlu əməkdaşlıq isə 1994-cü ildən başlayıb. Həmin ilin sentyabr ayında Prezident Heydər Əliyevin Baş Assambleyanın 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikası ilə BMT arasında geniş əhatə dairəsinə malik tərəfdaşlığın əsası qoyulub. Ötən dövrdə respublikamız təşkilatda sadəcə, üzv dövlət kimi təmsil olunmayıb, eyni zamanda, bir çox qərarların qəbul və icra olunmasında mühüm rol oynayıb Bu kontekstdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsini və iki il ərzində uğurlu fəaliyyətini qeyd etmək yerinə düşər. Şübhəsiz, 2011-ci il oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında Sədrlik etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun məntiqi nəticəsi idi. Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirdi.
Ölkəmizin qlobal həmrəylik təşəbbüsləri
2019-cu ilin sonlarından başlayan yeni növ koronavirus pandemiyası çox qısa müddət ərzində dünyanın 200-dək ölkəsinə yayıldı və çox ciddi çağırışlar yaratdı. Xatırlatmaq yerinə düşər ki, pandemiya dönəmində kritik vəziyyətlə üzləşən təxminən 150 ölkə beynəlxalq təşkilatlardan dəstək istəmək məcburiyyətində qalmışdı. Belə bir şəraitdə Azərbaycan qlobal təhdidə qarşı beynəlxalq həmrəyliyin gücləndilməsi təşəbbüsünü irəli sürdü və bu təşəbbüs BMT səviyyəsində dəstəkləndi. Belə ki, Prezident İlham Əliyevin təklifi əsasında 3-4 dekabr 2020-ci il tarixlərində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19-a qarşı mübarizə mövzusuna həsr olunan 31-ci xüsusi sessiyası çağırıldı. Sessiyanın yüksək səviyyəli seqmentində 70-dən çoxu dövlət və hökumət başçıları, 48-i isə nazirlər səviyyəsində olmaqla, ümumilikdə, 147 üzv dövlət çıxış etdi.
23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Bundan başqa, Azərbaycan qlobal pandemiyanın fəsadlarına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və ayrı-ayrı ölkələrə böyük həcmdə maliyyə dəstəyi göstərib ki, bu da ölkəmizin gücünü və məsuliyyətini, beynəlxalq həmrəyliyə verdiyi önəmi təcəssüm etdirir.
BMT səviyyəsində ölkəmizin ərazi bütövlüyünə və sülhyaratma prosesinə dəstək
Sülh və təhlükəsizliyi özünün təməl prinsiplərindən biri kimi bəyan edən BMT müstəqilliyinin ilk illərində işğala məruz qalan Azərbaycanın ərazi bütövlüyünə davamlı dəstək verib. O cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 822, 853, 874, 884 saylı qətnamələr qəbul edilib. Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib və işğalçı qüvvələrin respublikamızın ərazisindən çıxarılması tələb olunub.
Təəssüf ki, bu qətnamələrin tələbləri Ermənistanın məsuliyyətsizliyi ucbatından təxminən üç onillik ərzində yerinə yetirilməyib. Yalnız 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazanılan qələbələr sayəsində Azərbaycan öz gücünə ərazi bütövlüyünü və suverenliyini təmin etməyə nail oldu.
Yeri gəlmişkən, postmüharibə dövründə Cənubi Qafqazda qalib Azərbaycanın təşəbbüsü ilə başlayan sülhyaratma prosesi BMT səviyyəsində də təqdir olunur. Azərbaycanla Ermənistan arasında tənzimləmə prosesinin ikitərəfli formatda irəli aparılması, eləcə də cari il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan razılaşmalar, yekun sülh sazişinin paraflanması BMT-nin Baş katibi tərəfindən alqışlanıb.
BMT-də islahatlar qaçılmazdır
Etiraf etmək lazımdır ki, bu gün BMT-də yeniliklərin edilməsi zəruri şərtə çevrilib - islahatların aparılması vacibdir. BMT-nin yarandığı dövrlə müasir dünyanın mənzərəsi eyni deyil. Tez-tez dəyişən çağırışlar dönəmində yaşayırıq. Ancaq müşahidə edilən odur ki, BMT bir sıra hallarda qlobal proseslərin önündə gedə, onlara istiqamət verə bilmir. Bundan itirən isə bütün dünyadır.
Azərbaycan da BMT-də islahatların aparılmasının tərəfdarıdır. Elə bir mexanizm yaradılmalıdır ki, qurumun qəbul etdiyi sənədlərin icrası mütləq qaydada təmin edilsin. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, BMT TŞ-nın tərkibi yenilənməlidir. Bu gün artıq körfəz ölkələrinin, İslam dünyasının, Qoşulmama Hərəkatının təmsilçiləri də TŞ-də yer almalıdırlar. Yalnız bu halda BMT-nin nüfuzunu artırmaq və ədalətli dünya nizamına nail olmaq mümkündür.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

