/ / D-8 Media Forumunda strateji kommunikasiya və böhranın idarə olunması məsələləri müzakirə olunub
D-8 Media Forumunda strateji kommunikasiya və böhranın idarə olunması məsələləri müzakirə olunub
21.11.2025 [17:58]
Noyabrın 21-də D-8 Media Forumu çərçivəsində “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzusunda ikinci panel sessiya təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyevanın moderatorluğu ilə keçirilən panel müzakirədə Malayziya Milli Xəbər Agentliyinin Kommersiya Departamentinin rəhbəri Mastura Hassan, Nigeriyanın informasiya və milli istiqamət nazirinin tədqiqat və strategiya üzrə köməkçisi Saidu Ahmed, Pakistan Televiziyasının rəhbəri Adil Şahzeb, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin Strateji kommunikasiya və böhran idarəetməsi departamentinin rəhbəri, dosent Bora Bayraktar isə spiker qismində çıxış edərək dövlət qurumlarının kommunikasiya strategiyalarının yenilənən informasiya mühiti ilə uyğunlaşdırılması barədə fikirlərini bölüşüblər.
Panel sessiya zamanı iştirakçılar böhran vəziyyətlərində operativ, şəffaf və dəqiq məlumatlandırmanın ictimai etimadın qorunmasındakı rolunu vurğulayıblar. Müzakirələrdə rəsmi qurumların kommunikasiya fəaliyyətinin koordinasiyası, vahid informasiya axınının idarə olunması, sosial media platformalarında böhran kommunikasiya alətlərindən istifadə imkanları və informasiya risklərinin qiymətləndirilməsi kimi məsələlər geniş şəkildə təhlil edilib. Qeyd olunub ki, sürətlə dəyişən informasiya mühiti şəraitində ictimaiyyətlə sistemli kommunikasiya strategiyasının qurulması zəruridir, bu baxımdan üzv ölkələr arasında təcrübə mübadiləsi və birgə metodoloji çərçivələrin hazırlanması mühüm əhəmiyyət daşıyır.
Proqram çərçivəsində media və kommunikasiya üzrə beynəlxalq ekspert Tiffany J. Bell tərəfindən “Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusunda vörkşop keçirilib. Vörkşop zamanı media etikasının yeni texnoloji reallıqlarda qarşılaşdığı çağırışlar, rəqəmsal platformalarda məsuliyyətli davranış qaydaları və innovativ kommunikasiya tendensiyaları haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirak edib.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

