Daşkəsəndə Azərbaycanın Dövlət Müstəqilliyi Günü təntənə ilə qeyd olunub
19.10.2013 [13:33]
18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü bütün respublika ərazisində olduğu kimi, Daşkəsən rayonunda da təntənə ilə qeyd olunub. Daşkəsən rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən ümumrayon tədbirində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib ki, müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın ən böyük arzusudur. Ona görə müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs və şirin nemətdir. Bu neməti əldə etmək, müstəqillik arzusuna qovuşmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəbdir.
“Ulu öndər Heydər Əliyevin böyük liderlik keyfiyyətləri və milli iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı və dövlətə rəhbərlik bacarığı, qlobal düşüncə tərzi və sair bu kimi keyfiyyətləri Onun həyatının mühüm bir mərhələsini təşkil edən 1990-1993-cü illərdəki fəaliyyətində - Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda apardığı mübarizə dövründə daha qabarıq formada üzə çıxmışdır. 1969-1982-ci illərdə Azərbaycanın gələcək dövlət müstəqilliyinin bünövrəsini qoyan Heydər Əliyev xalqımızın ciddi və taleyüklü problemlər qarşısında dayandığı bir dövrdə Öz həyatını təhlükə qarşısında qoyaraq milli mübarizə meydanına atılmış, misilsiz tarixi xidmətlər göstərmiş və Azərbaycanın müstəqilliyinin əldə olunmasında, dövlətçiliyinin yaşadılmasında, milli birliyin qorunub saxlanılmasında tarixi missiya həyata keçirmişdir. Nə qədər ağır və çətin olmasına baxmayaraq, həmin dövr Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir”, - deyən Əhəd Abıyev əlavə edib ki, 1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycan yeni intibahının bünövrəsi demək idi. Lakin müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. Bir-birini əvəz edən A.Mütəllibov və AXC-Müsavat iqtidarları, əslində, dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin məhvinə aparırdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.
Əhəd Abıyev, həmçinin, vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi Ulu öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil edir. Son 10 ildə ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həm də dövlət idarəçiliyində və siyasət meydanında yeni məktəbin banisi olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs isə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir.
İcra Hakimiyyətinin başçısı qeyd edib ki, 9 oktyabr 2013-cü il tarixdə Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 84,54 faiz səs toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu qələbə bütün xalqımızın, bütün Azərbaycanın xoşbəxt gələcəyinin qələbəsidir. Artıq Azərbaycan dövləti 10 ildir böyük inkişaf yolundadır: “Bu inkişafın millətimizə bəxş etdiyi xoşbəxtliyin nəticəsini bu gün Azərbaycan xalqı öz səsi ilə təsdiqlədi. Sevindirici haldır ki, bu inkişaf cənab İlham Əliyevin rəhbərliyi altında yenidən davam etdiriləcək. Bu gün biz şərəfli 10 ilin növbəti 5 il ərzində davamına başlayırıq. Bu gün növbəti inkişaf, tərəqqi, yüksəliş yoluna qədəm qoyuruq. Sözsüz ki, bu yolu Azərbaycan xalqı cənab İlham Əliyevlə keçmək istədi və Onu seçdi. Bu qələbənin kökündə son 10 ildə Azərbaycanda həyata keçirilən nəhəng layihələr, böyük işlər və əzəmətli nailiyyətlər dayanır. Qarşıdakı dövrdə ötən illərdə həyata keçirilmiş siyasət davam etdiriləcək və bu Azərbaycana daha böyük uğurlar qazandıracaqdır”.
Daha sonra rayon Gənclər və İdman idarəsinin rəisi S.Həsənov, rayon Təhsil şöbəsinin müdirinin müavini R.Ələsgərov, Əməkdar müəllim B.Nəsibova çıxış edərək dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, bu siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

