Bakıda mənzil almış jurnalistlərə sənədlərin təqdim edilməsi mərasimi keçirilib
25.12.2013 [09:50]
Tədbirdə, həmçinin, fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılıblar
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə bu ilin iyul ayında dövlət başçısının Sərəncamı ilə tikilmiş binada mənzil almış jurnalistlərə mənzillərin sənədlərinin və açarlarının təqdim edilməsi, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
AzərTAc xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün yaşayış binasının inşasına başlanılıb. Bu il 22 iyul - Milli Mətbuat Günündə isə Prezident İlham Əliyevin iştirakı ilə binanın açılışı olub. Bina tam təmirlidir və sənədləşmə ilə bağlı dövlət aktı qəbul olunub.
Azərbaycan dövlətinin mətbuata qayğısı, jurnalistlərin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin mətbuata münasibətinin əyani təzahürü olan bu cür tədbirlərdən təkcə media mənsubları deyil, bütövlükdə cəmiyyətimiz bəhrələnir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, dövlətimiz əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ciddi bir sosial siyasət yürüdür. Bu sosial siyasətin tərkib hissəsi insanları informasiya ilə təmin edən, cəmiyyətin milli mənəvi dəyərlərinin keşiyində duran media işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır.
Media sahəsində ən çox xidmətləri olan jurnalistlərə sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün mənzillərin verildiyini diqqətə çatdıran Əli Həsənov deyib ki, dövlət başçısının digər Sərəncamı ilə jurnalistlər üçün tikiləcək ikinci binanın təməli qoyulub. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata yüksək diqqət və qayğısının daha bir əyani nümunəsidir.
Prezident Administrasiyasının şöbə müdiri 2013-cü ilin Azərbaycan üçün uğurlu il olduğunu, ölkəmizin dünyanın təbii qaz xəritəsini dəyişdirəcək addımlar atdığını qeyd edib.
Əli Həsənov bildirib ki, bu ilin ən mühüm hadisələrindən biri də ölkəmizdə keçirilən prezident seçkiləri olub. Dövlətimizin başçısı İlham Əliyev xalqımız tərəfindən yekdilliklə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Bütün bunları ümumiləşdirərək qeyd etmək olar ki, biz sözün həqiqi mənasında uğurlu bir ili yola salırıq və böyük müvəffəqiyyətlər və uğurlar vəd edən Yeni ili qarşılamağa hazırlaşırıq.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov mənzil almış jurnalistləri, fərdi jurnalist yazıları müsabiqəsinin bütün iştirakçılarını, o cümlədən qalibləri qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra Əli Həsənov mənzillərin sənədlərini və açarlarını jurnalistlərə təqdim edib.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev mənzil almış jurnalistlər adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə media ilə sıx əməkdaşlıqlarına görə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqova Fondun xüsusi mükafatları təqdim edilib.
Mərasimdə Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verilib.
Fondun icraçı direktoru Vüqar Səfərli deyib ki, qurumun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 108 yazı təqdim olunub. Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 15 istiqamət üzrə keçirilib. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilib.
Bundan sonra müsabiqənin nəticələri Müşahidə Şurasının müzakirəsinə çıxarılıb. Müzakirələrdə iştirak edən Şura üzvləri jurnalist peşəkarlığının artırılması baxımından müsabiqənin xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə, müsabiqənin 15 iştirakçısına həvəsləndirici mükafatların verilməsi qərara alınıb.
Bildirilib ki, müsabiqənin şərtlərinə uyğun olaraq qaliblərin hər birinə 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə 300 manat məbləğində mükafat verilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, artıq ölkəmizdə fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi və qaliblərin ilin sonunda - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində bu cür təntənəli mərasimlərdə mükafatlandırılması ənənə halını alıb.
Mərasimin sonunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

