Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Strateji Araşdırmalar Mərkəzində Sumqayıt hadisələrinin 26-cı ildönümü ilə bağlı “dəyirmi masa” keçirilib

Strateji Araşdırmalar Mərkəzində Sumqayıt hadisələrinin 26-cı ildönümü ilə bağlı “dəyirmi masa” keçirilib

28.02.2014 [09:09]

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Sumqayıt hadisələrinin 26-cı ildönümünə həsr olunmuş “Sumqayıt hadisələri: Tarixi yaddaş və tarixi məsuliyyət” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, SAM-ın direktoru Fərhad Məmmədov tədbiri açaraq 1988-ci il fevralın 28-də baş vermiş bu hadisənin Azərbaycan tarixində çox böyük fəlakətlərə gətirib çıxardığını söyləyib. Çünki məhz həmin hadisədən sonra ermənilərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məkrli fəaliyyəti daha da fəallaşıb. Onlar bu hadisələri qabardaraq fəaliyyətlərinə legitimlik donu geyindirməyə çalışırlar. Sumqayıt hadisələri həm də SSRİ miqyasında yeni bir prosesin başlanğıcı oldu. Ermənilərin və erməni diasporunun həmin hadisələrdən fəal şəkildə istifadə etmələri ona gətirib çıxarmışdı ki, dünya ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məhz bu kontekstdə məlumat alırdı.
Bütün bu hadisələr bizim üçün bir dərs olub. Həmin hadisələr xüsusi xidmət orqanlarının, erməni diasporunun gördüyü işlər, Azərbaycana qarşı yönəlmiş təxribat zəncirinin bir halqası idi. Bu hadisələrə dünya ictimaiyyəti tərəfindən obyektiv qiymətin verilməsi ilə bağlı işlər görülür.
Sonra tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, tanınmış jurnalist İbrahim Məmmədovun müəllifi olduğu “Azərbaycana qarşı Sumqayıt təxribatı: Qriqoryanın işi” kitabının təqdimatı olub.
Bildirilib ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılıb və nəşr olunub. Kitabın ön sözünün müəllifi və elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Qeyd edilib ki, bu kitab Azərbaycan xalqının yaxın tarixində qaranlıq mərhələ təşkil edən Sumqayıt hadisələri haqqında jurnalist təhqiqatının məhsuludur. Kitabın hazırlanmasında məqsəd Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Kitab artıq rus dilinə tərcümə olunub. Yaxın vaxtlarda isə ingilis dilinə tərcümə ediləcək.
“Dəyirmi masa” da iştirak edən Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib ki, bu kitab 1988-ci il fevralın 28-də Sumqayıt şəhərində baş vermiş hadisələrin gedişinin, tarixi köklərinin, səbəblərinin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
R.Usubov bildirib ki, Sumqayıt hadisələrindən 26 il keçməsinə baxmayaraq, ermənilər dünya ictimaiyyətini, beynəlxalq təşkilatları hadisələrin mahiyyəti ilə bağlı aldatmaqdan əl çəkmirlər. Onlar həmin hadisələrin əsl mahiyyətini gizlədərək Azərbaycan xalqı haqqında “vəhşi” obrazı yaratmaq üçün əllərindən gələni edirlər. Halbuki Sumqayıt hadisələri zamanı azərbaycanlılar tərəfindən yüzlərlə erməninin həyatı xilas edilib. Həmin ermənilər özləri sonralar dəfələrlə azərbaycanlılar tərəfindən xilas edildiklərini bildiriblər. Həmin vaxt Sumqayıtda 18 minə yaxın erməninin yaşamasına baxmayaraq, onlardan cəmi 26 nəfəri ölüb. Amma ermənilər faktları təhrif edərək bildirirlər ki, ölənlərin sayı əslində çoxdur. Lakin həmin 26 nəfərin hamısının kimliyi haqqında dəqiq materiallar var.
Diqqətə çatdırılıb ki, iş üzrə təqsirləndirilmiş şəxs kimi 6 nəfərin qətlində iştirak etmiş milliyyətcə erməni Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları çox çalışıblar. Bu qədər cinayət törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb.
R.Usubov deyib ki, Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi tərəfindən Sumqayıt hadisələri ilə bağlı birgə istintaq qrupu yaradılıb. İstintaq işinin gedişi göstərir ki, hadisələrin əsl mahiyyəti açılmayıb, gizlədilib, əsl təşkilatçılar məsuliyyətdən kənarda qalıblar. Onların məsuliyyətə cəlb edilmələri üçün heç bir tədbir görülməyib. Ona görə də Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurəti yaranıb. Məqsəd həmin hadisələrin günahkarlarını, əsasən də təşkilatçılarını üzə çıxarmaqdır.
Baş prokurorun müavini qeyd edib ki, istintaq materiallarına əsasən, Sumqayıt hadisələri zamanı 26 erməni ilə yanaşı, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan bir şəxs avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər. Hazırda həmin iş də təzələnib və istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sonra kitabın müəllifi İbrahim Məmmədov çıxış edərək deyib ki, Sumqayıt hadisələri zamanı 6 erməninin qətlində iştirak etmiş Eduard Qriqoryanın özünün də erməni olması bütün fakt və sənədlərlə sübuta yetirilib. Bunu hətta E.Qriqoryanın özü də etiraf edib. Araşdırmalar zamanı müəyyən edilib ki, ermənilər və SSRİ xüsusi xidmət orqanları bu hadisələrə əvvəlcədən hazırlıq görüblər. Əldə edilmiş faktlar sübut edir ki, Sumqayıt hadisələri Azərbaycana və Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış təxribat idi.
Tədbirdə kitabda yer almış materiallar əsasında çəkilmiş sənədli filmdən bəzi epizodlar nümayiş etdirilib.
“Dəyirmi masa”da digər çıxış edənlər - Milli Məclisin deputatları və tədqiqatçılar kitabın əhəmiyyətindən danışıb, bu nəşri Sumqayıt hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılmış mühüm addım kimi dəyərləndiriblər.

Paylaş:
Baxılıb: 881 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31