Dövlət Departamentinin hesabatı Azərbaycan həqiqətlərini təhrif edir
04.03.2014 [09:48]
Novruz Məmmədov: Çox təəssüf ki, ABŞ Azərbaycana qərəzli mövqeyini hər zaman olduğu kimi, fürsət düşəndə nümayiş etdirir
Bildiyimiz kimi, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair 2013-cü il üzrə hesabatının Azərbaycana həsr olunan bölməsində qeyri-obyektiv, ölkədəki reallığı əks etdirməyən yanaşma sərgilənib. Azərbaycanda insan haqlarının gerçək durumunun ifrat şəkildə təhrif olunduğu hesabat ölkə ilə bağlı mənfi təsəvvür yaratmağa xidmət edir. Üstəlik, ən təəssüfləndirici məqam odur ki, ABŞ Dövlət Departamentinin ölkəmizə qarşı bu cür qərəzli mövqeyi bundan əvvəlki illik hesabatlarda da əskini tapmaqla xroniki hal alıb. Xatırladaq ki, sözügedən hesabata münasibət bildirən Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun sözlərinə görə, həmin hesabatda bütün məsələlərə yanaşmada ifrat qərəzlilik müşahidə olunur: “Çox təəssüf ki, ABŞ Azərbaycana qərəzli mövqeyini hər zaman olduğu kimi, fürsət düşəndə nümayiş etdirir. İnsan hüquqları, fikir və ifadə azadlığı, sərbəst toplaşma azadlığı və digər məsələlərlə bağlı göstərilən mövqe Azərbaycandakı reallıqdan tam fərqlidir”.
Demək olar ki, hər il eyni fikirlərin təkrarlandığı Dövlət Departamentinin hesabatı demokratik, hüquqi dövlət quruculuğu islahatlarını mütəmadi olaraq həyata keçirən, bu sahədəki bəzi göstəricilərinə görə, hətta demokratiyanın qabaqcıl nümunələri sayılan dövlətləri belə geridə qoyan Azərbaycanın reallıqları ilə kəskin ziddiyyət təşkil edir.
Məlum olduğu kimi, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Ölkəmiz demokratik inkişaf yoluna Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Prezident İlham Əliyevin fəaliyyəti dövründə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu cəmiyyət həyatının bütün sferalarını əhatə edir.
Şəffaf, bərabərhüquqlu, ədalətli rəqabət və xalqın iradəsinin ifadəsi şəraitində baş tutan 2013-cü ilin 9 oktyabr prezident seçkiləri əksər beynəlxalq müşahidəçilərin təsdiq etdiyi kimi, demokratiyanın təntənəsi oldu. Bu seçkilər ölkənin siyasi sisteminin demokratik əsaslara söykəndiyini göstərdi.
Bundan əlavə, siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycanda bütün kütləvi informasiya vasitələrinin fəaliyyətinə nəinki tam şərait yaradılıb, hətta media qurumlarına və jurnalistlərə heç bir ayrı-seçkilik olmadan dövlət qayğısı göstərilir. Cəmiyyətdəki rolu və çəkisi artmaqda olan internet məkanında da heç bir məhdudiyyət tətbiq edilmir, vətəndaşlar istənilən mənbə vasitəsilə informasiya mübadiləsi apara bilir.
Həmçinin, Azərbaycanda vətəndaşların sərbəst toplaşma, vicdan azadlıqları qorunur. Əlbəttə ki, azadlıqlardan istifadə etmək adı altında başqalarının hüquqlarını, cəmiyyətin rahatlığını pozmağa yönələn hallara qarşı qanunun aliliyinin təmin olunduğu hər bir dövlətdə mövcud hüquqi normalar çərçivəsində tədbirlər görülür.
Belə olan təqdirdə, Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı iradları tamamilə yersiz görünür. Əgər hesabatın Azərbaycanla bağlı hissəsinin hazırlanmasında məqsəd həqiqətən də ölkədə insan haqlarının durumunu qiymətləndirməkdirsə, o zaman, öz yurdunda yaşamaq kimi fundamental hüquqları pozulan azərbaycanlı məcburi köçkünlərin hesabatda diqqətdən kənarda qalması nə ilə izah oluna bilər? Təkcə bu məqam hesabatın Azərbaycanla bağlı hissəsinin qeyri-səmimiliyindən və qərəzliliyindən xəbər verir.
Lakin bütün kənar təzyiqlərə baxmayaraq, Azərbaycan öz müstəqil siyasətini yürütməkdə, hərtərəfli inkişaf yolunda irəliləməkdə davam edəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

