Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

14.03.2014 [09:36]

Martın 13-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Rusiya Federasiyası Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Rusiya Federasiyasının ayrı-ayrı subyektləri ilə respublikamız arasında qarşılıqlı faydalı əlaqələrin mövcudluğunu vurğulayan Baş nazir Artur Rasizadə, o cümlədən Uralın nəhəng sənaye potensialına malik Sverdlovsk vilayəti ilə də əməkdaşlığa müsbət yanaşıldığını qeyd edib. İqtisadiyyatın bir çox sahələrində, xüsusən qeyri-neft sektorunda qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu deyən Artur Rasizadə 2014-cü ilin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Sənaye İli” elan olunması sayəsində əməkdaşlığın daha da aktuallıq kəsb etdiyini diqqətə çatdırıb.
Daha sonra rusiyalı qonaqların diqqətini ölkəmiz və xalqımız üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Baş nazir münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolu ilə həllinin vacibliyini deyib.
Səmimi qəbula görə, Azərbaycanın Baş nazirinə minnətdarlıq edən rusiyalı qubernator Yevgeni Kuyvaşev Sverdlovsk vilayətinin Azərbaycan ilə əsasən maşınqayırma, metallurgiya, hərbi-texniki sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət, humanitar sahələr və digər istiqamətlərdə səmərəli işgüzar əlaqələrə maraq göstərdiyini bildirib.
Görüşdə iqtisadi-mədəni əlaqələrin perspektivinə dair bir çox məsələlər ətrafında fikir mübadiləsindən sonra, Baş nazir Artur Rasizadə irəli sürülən təkliflərin diqqətlə öyrəniləcəyini vurğulayıb.

Paylaş:
Baxılıb: 778 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31