Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
15.03.2014 [10:49]
Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikası xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndə İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, İbrahim Rəhimpur ötən dövrlərdə hər iki dövlət arasındakı rəsmi səfərlərin mehriban qonşuluq prinsiplərinə əsaslanan əlaqələrin inkişafında vacib amil olduğunu deyib. Qonaq bildirib ki, İran İslam Respublikası Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikası mühüm əhəmiyyət daşıyır.
Qonaq İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün real imkanların olduğunu vurğulayıb, Ali Məclis sədrini İran İslam Respublikasına səfərə dəvət edib.
İran İslam Respublikasının xarici işlər nazirinin müavinini Naxçıvanda görməkdən məmnunluğunu ifadə edən Ali Məclisin sədri Vasif Talıbov qeyd edib ki, ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq getdikcə genişlənir. Bu gün dövlətlərarası münasibətlərimiz parlamentlərarası dostluq qrupu çərçivəsində də uğurla inkişaf etdirilir. Qeyd olunub ki, hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında səmərəli əməkdaşlıq mövcuddur. Kənd təsərrüfatı, enerji, təhsil və digər sahələrdə əlaqələr uğurla inkişaf etdirilir.
Ali Məclisin sədri İbrahim Rəhimpurun Naxçıvana səfərinin mühüm əhəmiyyət daşıdığını bildirib, münasibətlərin bundan sonra da dostluq müstəvisində inkişaf edəcəyinə inamını ifadə edib.
Görüşdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxAnalitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14

