Əfqanıstan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır
19.03.2014 [10:15]
Martın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov əfqanıstanlı həmkarı Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
E.Məmmədyarov bildirib ki, görüşdə iqtisadi əməkdaşlıq məsələləri, o cümlədən Əfqanıstanın Bakı-Tbilisi-Qars dəmiryolu layihəsindən istifadə etməsi imkanları, həmin layihənin 2015-ci ildən sonra işə salınması ilə bağlı Əfqanıstandan yüklərin daşınması üçün əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin təhsil sahəsində əməkdaşlıq, Azərbaycanın Əfqanıstanın enerji sahəsinə sərmayə yatırması məsələləri barədə fikir mübadiləsi aparılıb.
Nazir qeyd edib ki, beynəlxalq təşkilatlarda bir çox məsələlərdə Azərbaycanın və Əfqanıstanın mövqeləri üst-üstə düşür. İki ölkə arasında siyasi sahədə əlaqələr yüksək səviyyədədir və Azərbaycan qardaş ölkə ilə münasibətləri inkişaf etdirmək niyyətindədir. Əfqanıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının mövqeyini dəstəkləyir. Əfqanıstan Azərbaycan ilə iqtisadi əlaqələrin genişlənməsinə də maraq göstərir. Məsələn, rəsmi Kabil Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi ilə maraqlanır və Əfqanıstanın dəmiryolu şəbəkəsini qərb istiqamətində genişləndirmək istəyir. Biz həmin məsələyə dair birgə işçi qrupun yaradılmasını istisna etmirik. Bundan başqa, Əfqanıstan öz vətəndaşlarını Azərbaycanın ali təhsil müəssisələrində oxumağa göndərir. Həmçinin Əfqanıstan tərəfi Azərbaycan investisiyalarının bu ölkəyə cəlb olunmasına maraq göstərir.
Zarar Ahmad Osmani Bakıda keçirdiyi görüşlərin yekunlarından razı qaldığını bildirib. O deyib ki, Əfqanıstan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməyə önəm verir. Biz Əfqanıstanın Türkiyə və Gürcüstana yolunu açacaq nəqliyyat infrastrukturuna maraq göstəririk. Biz, həmçinin ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yaxşı platforma formalaşdıran hökumətlərarası komissiya yaratmalıyıq.
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00

