ABŞ-ın Havay ştatının parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib
01.04.2014 [09:38]
ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası martın 28-də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanındığını bildirən qətnamə qəbul edib. Qətnamə Nümayəndələr Palatasının plenar iclasında iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib. Nümayəndələr Palatasının həm demokratlar, həm də respublikaçılar fraksiyaları tərəfindən dəstəklənən qətnamənin təqdimatı zamanı demokratik çoxluğun rəhbəri Rida Kabanilla, respublikaçı azlığın rəhbəri Cin Vord, turizm komitəsinin sədri Tom Brauer və təhsil komitəsinin üzvü Riçard Fali çıxış edərək Azərbaycan-ABŞ tərəfdaşlığının yüksək strateji önəm daşıdığını bildirib, Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə böyük səylər göstərdiyini qeyd ediblər.
Qətnamədə Azərbaycanın son 23 il ərzində öz suverenliyini və müstəqilliyini daha da möhkəmləndirdiyi və ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrildiyi vurğulanır. Bildirilir ki, Azərbaycan Xəzər hövzəsi kimi çox önəmli bir bölgədə ABŞ-ın güclü müttəfiqidir. Qeyd olunur ki, ABŞ və BMT Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi və hazırda Əfqanıstanda yerləşən ABŞ qüvvələri üçün nəzərdə tutulmuş təchizatın 40 faizinin bu ölkənin ərazisindən daşındığı qeyd olunur. Sənəddə Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir.
Qətnamədə Azərbaycanda müxtəlif dini və etnik icmaların əsrlərdən bəri dinc şəraitdə yaşadığı vurğulanır. Habelə Azərbaycanın Havay ştatı ilə münasibətləri inkişaf etdirmək əzmində olduğu bildirilir və Havay ştatının paytaxtı Honolulu şəhərinin Bakı şəhəri ilə uzun illərdən bəri qardaşlaşmış şəhərlər münasibətləri saxladığı qeyd olunur.
Sonda ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri daha da inkişaf etdirməli olduğu vurğulanır, Havay ştatının Nümayəndələr Palatasının Azərbaycan-ABŞ strateji tərəfdaşlığını və dostluğunu tam dəstəklədiyi bəyan edilir və bu münasibətlərin növbəti illərdə daha da güclənəcəyinə ümid ifadə edilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00

