Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib

05.04.2014 [10:56]

Millət vəkilləri, həmçinin, bir sıra qanunlara dəyişikliklər ediblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda millət vəkilləri əvvəlcə cari məsələlərlə bağlı çıxışlar ediblər. AVP sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin növbəti sərsəm fikirləri Azərbaycan xalqının ciddi narahatlığına səbəb olub. Millət vəkili təklif edib ki, V.Jirinovskinin hərəkətləri ilə bağlı Dövlət Dumasının rəhbərliyinə Azərbaycan parlamenti adından müraciət edilsin və müraciətdə həmin şəxsin bu cür yanlış hərəkətlərinin, davranışlarının dayandırılması, qarşısının alınması tələb olunsun.
Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, Jirinovski ilə bağlı hər hansı bir müzakirəyə və müraciətə ehtiyac yoxdur: “Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tərəfindən Jirinovskiyə kifayət qədər tutarlı cavab verildi. Özünüz də görürsünüz ki, həmin gündən bu yana o, heç nə danışmır. Bir adam ki öz milliyyətini dana, ondan nə gözləyəsən?!”.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əhəmiyyətini vurğulayıb. A.Mirzəzadə bildirib ki, Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkilərindən sonra ilk səfərini Bakıya etməsi ölkəmizə verilən önəmin ifadəsidir: “Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və maraqlarımızı hər zaman müdafiə edir. Eləcə də, ölkəmiz bütün məsələlərdə Türkiyəni dəstəkləyir”.
Millət vəkili Zahid Oruc Türkiyədə keçirilən bələdiyyə seçkilərinin Azərbaycanda da kifayət qədər maraqla izləndiyini deyib: “Bəli, biz Türkiyənin daxili işlərinə qarışmırıq. Hər hansı bir siyasi bölümün qalibiyyəti bizim tərəfimizdən qəbul olunacaqdı. Ancaq Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan -Türkiyə münasibətləri iki türk dövlətinin liderinin sayəsində daha da irəli gedib. Ərdoğanın Azərbaycana səfəri mühüm dövrə təsadüf edir. Hesab edirəm ki, bu səfər iki ölkə arasındakı əlaqələri daha da gücləndirəcək”.
Bəzi millət vəkillərinin Krımda baş verən hadisələrlə bağlı fikirlərinə münasibət bildirən spiker O.Əsədov deyib ki, Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Amma təəssüf ki, bu qətnamələri yerinə yetirməyən dövlətə qarşı sanksiya tətbiq olunmur.
O.Əsədov bildirib ki, beynəlxalq müstəvidə biz öz maraqlarımızın qorunması istiqamətində iş aparmalıyıq. “Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradıldı. Məqsəd də bu idi ki, problem dialoq vasitəsilə həll olunsun. Hesab edirəm ki, Krım məsələsi ilə bağlı da beynəlxalq birlik problemin siyasi yolla həlli məqsədilə bu tipli format yaratmalıdır. Bunun vasitəsilə problemin tənzimlənməsi mümkün ola bilər. Azərbaycan da bu məsələlərdə öz maraqlarını qorumalıdır və qoruyur” - deyə, spiker vurğulayıb.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, bələdiyyələrlə əlaqədar qəbul edilən qanunlar ən yüksək standartlara uyğundur: “Bələdiyyələr haqda 40-a qədər qanun qəbul olunub, onlara kifayət qədər status verilib. Bələdiyyə torpaqları, onların mülkiyyəti mövcuddur, amma mülkiyyətdən səmərəli istifadə etməlidirlər ki, gələn gəlirlərdən digər müəssisələr, o cümlədən məktəblər, uşaq bağçaları və s. yaratsınlar. Təəssüflər olsun ki, bələdiyyələr gəlirləri əməkhaqqı formasında bölüşdürür”.
Daha sonra iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib. Məlumatı Milli Koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edib. “Azərbaycanda son 10 il ərzində insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasına dövlət, hökumət və parlament səviyyəsində xüsusi diqqət yetirilib. Bu müddət ərzində hüquq-mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 580 insan alveri və məcburi əmək faktı aşkarlanaraq 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib” - deyə, Vilayət Eyvazov bildirib. V.Eyvazov qeyd edib ki, insan alverinin qurbanı olan 529 şəxs cəmiyyətə reinteqrasiya olunub. Məruzədə qeyd olunub ki, İkinci Fəaliyyət Planının icrası dövründə qeydə alınmış 400 insan alveri və məcburi əmək cinayəti üzrə 176 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilmiş 263 qurbandan 173-ü təhlükəsiz sığınacağa yerləşdirilib. Reinteqrasiya dövründə 232 qurbana birdəfəlik müavinət, 133 nəfərə Kömək Fondundan yardımlar verilib.
Həmçinin, 48 nəfər işlə təmin edilib, 90 nəfər peşə kurslarına cəlb olunub, bir çoxu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Yardım Mərkəzlərinə istiqamətləndirilib.
Səhiyyə Nazirliyi tərəfindən 155 insan alveri qurbanına və 579 potensial qurbana tibbi yardımlar göstərilib və bu məqsədlər üçün ayrılmış 5 tibb müəssisəsi zəruri avadanlıqlarla təchiz edilib.
Ötən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb, 17 nəfər (14 qadın, 3 kişi) cinayət məsuliyyətinə cəlb edilib. Axtarışa elan olunmuş 17 şəxsdən 5-i tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Müəyyən olunmuş 56 qurbandan (41-i qadın, 15-i kişi) 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılıb, 5 qurban isə ölkə daxilində istismara məruz qalıb. Qurbanlardan 37-si sığınacağa yerləşdirilib və hər birinə zəruri yardımlar edilib. O cümlədən 22-si işlə təmin edilib, 21-i peşə kursuna göndərilib, 50 qurbana birdəfəlik müavinət verilib, 13-nə Kömək Fondu maddi yardım ayırıb. Həyata keçirilmiş profilaktik tədbirlərlə 12 qurban ailəsinə qayıdıb, dövlət vəsaiti hesabına 3 nəfərin cərrahi əməliyyata, 1 nəfərin müalicəyə olan ehtiyacı, habelə 3 əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ təmin edilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə isə hər bir zərərçəkənə müdafiəçi ayrılıb.
Məruzə ilə bağlı müzakirələrdən sonra “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair” hesabat Milli Məclis tərəfindən qəbul edilib.
İclasda millət vəkilləri daha sonra bir sıra dövlətlərarası sənədləri təsdiq edib. Eləcə də, bəzi qanunlara əlavə və dəyişikliklər olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 758 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31