Azərbaycan-İran münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf edir
15.04.2014 [09:22]
Əli Həsənov: Hər iki dövlət başçısının nümayiş etdirdiyi mövqe onu deməyə əsas verir ki, siyasi, iqtisadi və humanitar sahələr üzrə ölkələrarası əməkdaşlığın genişləndirilməsi siyasəti gələcəkdə daha səmərəli nəticələr verəcək
Məlum olduğu kimi, Azərbaycan öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu baxımdan, Azərbaycan-İran münasibətlərinin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və İranın dövlət başçısı Həsən Ruhani ilk dəfə bu ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində görüşüblər. Həmin görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib. Müsbət ab-havada aparılan müzakirələr dövlət başçıları arasında növbəti görüşə və qarşılıqlı səfərlərə əlverişli zəmin hazırladı.
Bir müddət əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına sayca üçüncü rəsmi səfəri baş tutub. Danışıqlar zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub, mövcud potensialın daha da inkişafı ilə bağlı real imkanlar ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, qarşılıqlı sərmayə qoyuluşu, enerji, nəqliyyat, fövqəladə hallar, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, mədəniyyət, gənclər-idman və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
Kifayət qədər məhsuldar keçən səfərdə qarşılıqlı əlaqələrin müxtəlif sahələrdə inkişafını nəzərdə tutan sənədlər imzalanıb. Tərəflər arasında “Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu”, “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” imzalanıb. Əminliklə demək olar ki, imzalanmış sənədlər Azərbaycan ilə İran arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Sözügedən səfərlə bağlı müsbət məqamlardan biri də Prezident İlham Əliyev ilə İranın Ali Rəhbəri Seyid Əli Xamenei arasındakı görüşün də müsbət məcrada, səmimi ünsiyyət şəraitində keçməsi oldu. Bu, hər iki ölkənin mehriban qarşılıqlı münasibətləri möhkəmləndirməkdə maraqlı olduğunu bir daha təsdiq etdi.
Qeyd olunan görüşlərdə Azərbaycan üçün böyük önəm kəsb edən məsələlərdən biri İran tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini növbəti dəfə ifadə etməsi oldu. Belə ki, Azərbaycan və İran prezidentlərinin mətbuat üçün səsləndirdikləri bəyanatlar zamanı İran Prezidenti Həsən Ruhani regiondakı bütün münaqişələrin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq səviyyədə qəbul edilmiş hüquq normaları və ədalət çərçivəsində öz həllini tapmalı olduğunu, regiondakı coğrafi sərhədlərin dəyişdirilməsinə yol verilməməli olduğunu bildirib. Həmçinin, İranın Ali Rəhbəri Əli Xamenei Prezident İlham Əliyevlə görüşündə Azərbaycan dövlət başçısının səfərinin iki ölkə arasındakı əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini vurğulamaqla yanaşı, həm də ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-İran münasibətləri istər iki ölkə xalqlarının maraqları, istərsə də regional inkişaf və təhlükəsizlik mənafeləri baxımından müsbət istiqamətdə irəliləməkdədir. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da məsələ ilə bağlı mətbuata açıqlamasında söylədiyi kimi, sözügedən görüşlər qarşılıqlı maraqlara xidmət edir: “Hər iki dövlət başçısının nümayiş etdirdiyi mövqe onu deməyə əsas verir ki, siyasi, iqtisadi və humanitar sahələr üzrə ölkələrarası əməkdaşlığın genişləndirilməsi siyasəti gələcəkdə daha səmərəli nəticələr verəcək. İran Prezidenti Həsən Ruhani də xüsusi olaraq vurğuladı ki, ölkələr arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etməsi üçün onun ölkəsində də heç bir maneə yoxdur. Danışıqların ümumi gedişatı onu deməyə əsas verir ki, mövcud səmimi münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıq hər iki xalqın xeyrinədir və gələcəkdə regionda sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edəcək. Hesab edirəm ki, Azərbaycan Prezidentinin İrana rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və qarşılıqlı-faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm mərhələnin başlanğıcı oldu. Səfər bir daha təsdiq etdi ki, İran-Azərbaycan əlaqələri möhkəm zəmin üzərində qurulub və qarşılıqlı maraqlara xidmət edir”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

