/ / “Rossiya-1-Astraxan” kanalında Heydər Əliyev Fondunun 10 illik yubileyinin Həştərxanda bayram edilməsinə hazırlıq işlərinə həsr olunmuş süjet göstərilib
“Rossiya-1-Astraxan” kanalında Heydər Əliyev Fondunun 10 illik yubileyinin Həştərxanda bayram edilməsinə hazırlıq işlərinə həsr olunmuş süjet göstərilib
18.04.2014 [10:41]
“Rossiya-1-Astraxan” kanalında Heydər Əliyev Fondunun 10 illik yubileyinin Həştərxanda bayram edilməsinə hazırlıq işlərinə həsr olunmuş süjet göstərilib.
Tatyana Kidyarovanın süjetində deyilir ki, Azərbaycan tərəfinin dəstəyi ilə vilayət mərkəzində Privoljskaya körfəzinin sahili abadlaşdırılıb, müqəddəs Knyaz Vladimirin abidəsinin açılışı olub, uşaq şəhərciyi tikilib və hazırda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəb bərpa edilib.
Həştərxan Kremli və Qız Qalası. Əbədi rəmzlər. Həştərxanı və Bakını həmişəlik birləşdirən dostluq körpüsünün sürahilərindəki ornamentlərdə bu rəmzlər təsvir olunub. Uzunluğu 50 metr olan körpü Heydər Əliyev adına bağçadan Anatoli Qujvin prospektinə qədər uzanır. Müasirlərimiz deyirlər: “Həştərxanda əsas dəyər - tarixən Xəzər dənizi sahillərində yaşayan çoxsaylı xalqlar arasında mehriban münasibətlər möhkəmlənmişdir”.
Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş dostluq körpüsü bir neçə il ərzində siması tamamilə dəyişmiş Privolskaya körfəzinin sahilində gözəl harmoniya yaradıb. Açılışı lap bu yaxınlarda olmuş müqəddəs Knyaz Vladimirin heykəli, uşaq şəhərciyi və əlbəttə, Azərbaycan xalqının Ümummilli liderinin tunc abidəsinin ucaldığı park vahid ansambl təşkil edir. Bu park yaşından, millətindən və dinindən asılı olmayaraq insanların daimi görüş yerinə çevrilib.
Dəfələrlə Bakıda olmuş və tez-tez Heydər Əliyev adına parkda istirahət edən Həştərxan sakini Vasili Nefedov deyib: “O, çox gözəl insan idi. Mən Onun oğlunu - Azərbaycan Prezidentini də tanıyıram. Azərbaycan xalqı adından edilən hər şey gözəldir”.
Ulu öndərin şərəfinə adlandırılmış 11 nömrəli Həştərxan məktəbinin şagirdləri də Heydər Əliyev Fondunun 10 illiyi münasibətilə tədbirlər barədə məlumatlıdırlar. Onlar regionun strateji tərəfdaşı olan Azərbaycan ilə münasibətlərin inkişafı ilə bağlı hər şeyə böyük maraq göstərirlər. Regionun beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev yuxarı sinif şagirdlərinə regional hakimiyyətin planlarından danışır: “Xəzərin sahilindəki paytaxt şəhəri və Azərbaycan arasında tezliklə bərə nəqliyyatı işə salınacaqdır. Artıq bu il Həştərxanda yeni uşaq bağçası istifadəyə veriləcəkdir”.
Nazir əlavə edib ki, Xəzərin sahilindəki dost ölkənin bu hədiyyəsi regionun vacib problemlərinin həlli istiqamətində atılan daha bir addımdır. Bir il əvvəl Həştərxan tərəfindən Bakıda Dostluq parkının açıldığını bildirən D.Afanasyev deyib: “Bilirəm ki, bu yerlər insanların sevimli istirahət guşəsinə çevrilmişdir”.
Heydər Əliyev Fondunun 10 illik yubileyinin bayram edilməsinin kulminasiyası may ayında olacaq. Azərbaycan Respublikasından Xəzərin sahilindəki şəhərə rəsmi nümayəndə heyəti gələcək. Denis Afanasyev bildirib ki, qonaqlar neçə illərdən sonra bərpa olunmuş birinci aviareyslə gələcəklər.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

