Birinci xanım Mehriban Əliyeva başda Azərbaycan olmaqla daha gözəl dünya üçün çalışır
18.04.2014 [10:43]
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xarici ölkələrə səfərləri zamanı ağıl, insanlar və ürəklər bir araya gəlir, Şərq ilə Qərb qovuşur və yaxşı əməllər ortaya çıxır. Birinci xanım qadınlara və uşaqlara göstərilən diqqət və qayğının rəmzidir. Dünyanı müsbət mənada dəyişməyi qarşısına məqsəd qoymuş UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanda səhiyyə, təhsil, mədəni irsin qorunması və s. sahələrdə həyata keçirilmiş mühüm layihələrin təşəbbüskarıdır.
AzərTAc xəbər verir ki, bu fikirlər İngiltərənin “Capital Finance International” jurnalının saytında dərc edilmiş “Mehriban Əliyeva - Azərbaycan başda olmaqla birinci xanım daha gözəl dünya üçün çalışır” sərlövhəli məqalədə qeyd olunub.
Məqalədə bildirilib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində mühüm layihələr həyata keçirir, ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərdə fəal iştirak edir.
Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycanda müasir məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının və s. inşasında mühüm rol oynayır.
Azərbaycanın birinci xanımının sivilizasiyalararası dialoqun və dini tolerantlığın möhkəmləndirilməsi işinə verdiyi töhfələrin xüsusi vurğulandığı yazıda Heydər Əliyev Fondunun Macarıstanda, Rumıniyada və Şərqi Avropanın digər ölkələrində kimsəsiz uşaqlara yardım məqsədilə həyata keçirəcəyi iddialı planlardan geniş söhbət açılıb.
Bildirilib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond Versal sarayının və Strasburq Katedralının bərpasına maliyyə yardımı göstərib. Azərbaycanın birinci xanımı ictimai, mesenatlıq fəaliyyəti, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələrə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.
Yazıda vurğulanıb ki, Mehriban Əliyeva misilsiz xidmətləri ilə Azərbaycanın zəngin milli mənəvi dəyərlərini bütün dünyada layiqincə təbliğ edir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
httr://cfi.co/asia/2014/04/mehriban-aliyeva-with-azerbaijan-at-heart-the-first-lady-reaches-out-for-a-better-world/
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

