İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun yekunları ilə bağlı mətbuat konfransı keçirilib
30.04.2014 [09:15]
Aprelin 29-da II Qlobal Açıq Cəmiyyətlər Forumunun yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
AzərTAc xəbər verir ki, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa bu nüfuzlu Forumun belə yüksək səviyyədə təşkilinin Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində mümkün olduğunu bildirib. O, vurğulayıb ki, əvvəlki illə müqayisədə builki Forumda müzakirə edilən mövzular daha əhatəli olub, daha böyük nailiyyətlər əldə edilib. Sabiq Prezident qeyd edib ki, iki gün davam edən tədbir çərçivəsində müzakirələr zamanı iştirakçıların diqqəti həllini gözləyən bir sıra problemlərə yönəldilib. Bunlardan biri də dondurulmuş münaqişələrdir ki, bu sıraya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxildir. Müxtəlif mövzulara həsr edilmiş sessiyalar zamanı bəşəriyyəti narahat edən problemlərin həlli yollarının tapılması məsələsi araşdırılıb. Nəticə budur ki, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı bu problemlərin həlli istiqamətində daha fəal olmalı və bütün imkanlarını səfərbər etməlidirlər.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü Nazim İbrahimov qeyd edib ki, artıq Azərbaycan qlobal məsələlərin müzakirə olunduğu bir mərkəzə çevrilib. Bu, bizim ölkəmizin inkişafından, dünya dövlətləri arasındakı nüfuzundan xəbər verir. Komitə sədri bildirib ki, Azərbaycan hər il bu cür tədbirlərə ev sahibliyi etməyə hazırdır. N.İbrahimov məlumat verib ki, cari ilin oktyabrında Gəncədə Nizami irsinin öyrənilməsinə həsr olunan beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Forumda çox vacib məsələlərin müzakirə olunduğunu, iki gündə faydalı fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb. O, tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05

