/ / “ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumu çərçivəsində “Avrasiya enerji dəhlizi və enerji təhlükəsizliyi: Azərbaycanın strateji rolu” mövzusunda sessiya keçirilib
“ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumu çərçivəsində “Avrasiya enerji dəhlizi və enerji təhlükəsizliyi: Azərbaycanın strateji rolu” mövzusunda sessiya keçirilib
01.05.2014 [09:05]
Sessiyada Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və ABŞ ilə sıx əməkdaşlığa sadiqliyi vurğulanıb
“ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumu çərçivəsində “Avrasiya enerji dəhlizi və enerji təhlükəsizliyi: Azərbaycanın strateji rolu” mövzusunda sessiya keçirilib.
Sessiyada ABŞ Senatının üzvləri - Mark Beqiç (Alyaska ştatı), Mark Uorner (Virciniya), Çarlz Şumer (Nyu-York), ABŞ dövlət katibinin enerji diplomatiyası məsələləri üzrə köməkçisinin müavini Amos Hokstayn, ARDNŞ-in investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, Texas ştatından konqresmen Stiv Stokman və İndiana ştatından keçmiş konqresmen Den Berton çıxış ediblər.
ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov sessiyadakı çıxışında ABŞ ilə Azərbaycanın strateji tərəfdaşlığından danışaraq bildirib ki, neft məhsulları istehsalçıları olan ölkələrimiz tarixin müəyyən mərhələsində rəqabət aparıblar. Çünki onların hər biri ayrılıqda dünya bazarını neft həcminin yarısı ilə təchiz edirdi. Hazırda isə bu dövlətlər öz aralarında sıx əməkdaşlıq edirlər.
Senator Çarlz Şumer çıxışında istər enerji əməkdaşlığı, istərsə də təhlükəsizlik sahələrində Azərbaycanın rolunu vurğulayaraq deyib: “Bu gün biz iki böyük demokratik ölkə - Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 22-ci ildönümünü bayram edirik”.
Keçmiş konqresmen Den Berton Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ARDNŞ-in mühüm rolunu vurğulayıb.
Sonra ABŞ dövlət katibinin enerji diplomatiyası məsələləri üzrə köməkçisinin müavini Amos Hokstayn çıxış edərək, Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün enerji təhlükəsizliyinin əhəmiyyətini qeyd edib. Prezident Barak Obama Administrasiyasının nümayəndəsi deyib: “ABŞ bir-biri ilə bağlı elementlər olan Avropanın enerji və milli təhlükəsizliyinin təmin olunmasına tərəfdardır”.
A.Hokstayn Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsinin uğurla həyata keçirilməsi barədə auditoriyaya məlumat verərək bildirib ki, 1990-cı illərin əvvəllərində bir çox tənqidçilər BTC layihəsinin həyata keçirilməsinə inanmırdılar. Lakin Azərbaycan ABŞ-ın dəstəyi ilə onu gerçəkləşdirdi. Bu da belə bir ifadəni isbat edir: “Bədgümanlar heç vaxt heç nə yaratmırlar, inamını itirməyənlər isə həmişə uğur qazanırlar”.
A.Hokstayn deyib ki, 2009-cu ildə Prezident Barak Obama Administrasiyasında enerji diplomatiyası şöbəsi yaradılıb. O vaxtdan etibarən Vaşinqton enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı problemlərin həllini qaz təchizatı mənbələrinin şaxələndirilməsində görür və “Cənub” Qaz Dəhlizi buna əyani misaldır. Azərbaycan hökumətinin, ARDNŞ-in səyləri və ABŞ-ın dəstəyi ilə layihədə növbəti uğur əldə olunub: 2013-cü ildə Yekun investisiya qərarı imzalanıb. A.Hokstayn deyib: “Biz qaz kəmərinin çəkilməsini dəstəkləməliyik, çünki bu, sadəcə, 10 milyard kubmetr qazın nəql olunduğu boru kəməri deyildir, gələcəkdə əlavə qaz təchizatı üçün potensialdır. Bu da infrastruktur tikintisinin genişlənməsinə kömək edəcək, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm amil olacaqdır”.
Sonda sıx tərəfdaşlıq münasibətlərinə görə Azərbaycana təşəkkür edən A.Hokstayn ABŞ ilə əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxElm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32

